Xələfli A. A


İntruziyanın təbəqələşməsi ilə əlaqədar olan yataqlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə159/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   155   156   157   158   159   160   161   162   ...   168
geofiziki kesfiyyat usullari

İntruziyanın təbəqələşməsi ilə əlaqədar olan yataqlar
. Belə 
yataqlara xromit, titanomaqnetit, platin, mis-nikell, nefelinli apatit və 
nadir torpaq elementləri daxildir. Filiz kütlələri adətən, intruziyanın 
daxilində yerləşir nadir hallarda bu hüdudlardan kənara çıxır. 
downloaded from KitabYurdu.org


329 
İntruziyalar fiziki xassələrinə: maqnit qavrayıcılığına, sıxlığına, 
elektrik keçiriciliyinə, elastik dalğaların surətinə və s. görə 
yerləşdiyi süxurlardan çox fərqlənir,
Mədən axtarma mərhələsində həll olunan məsələlər
: 1) 
İntruziyalarla zəngin olan zonaların aşkar edilməsi, 2) intruziyaların 
özlərinin daxili quruluşunun öyrənilməsi, məqsəd bunun daxilində 
filizin bir Yerə toplanmasına şərait olan sahələrin aşkar edilməsidir. 
Kəşfiyyat geofiziki işlər aeroüsulla aparılır. 
Apatit-nefelin filizi (yataqları) qələvi tərkibli intruziyaların 
qatlara ayrılması ilə əlaqədardır. Süxurlar və filizlər sıxlığına və 
maqnit qavraycılığına görə fərqlənir, bunlar imkan verir ki, bütün 
axtarış işlərində maqnit və qravi kəşfiyyat üsullarından istifadə 
olunsun. 
Mis-nikel sulfid yataqları, ultraəsası və əsası massivlərlə 
əlaqədardır. Filiz zonalarının vəziyyəti zonanın laylara ayrılması, 
dağılması, süxurların hidrotermal dəyişməsi və toxunma 
Yerlərində müxtəlif tərkibli süxurların olması ilə nəzarət olunur. 
Məhəlli işlər aparma ərəfəsində aeromaqnit kəşfiyyatı, 
qravikəşfiyyat, elektrik kəşfiyyatı üsullarından istifadə olunur. 
Geofiziki planalmanın nəticələri qırışıqlarla səciyyələnən zonaları 
ayırmağa imkan verir. İntruziyanın axtarışı və morfologiyasının 
öyrənilməsi maqnit kəşfiyyatı və qravi kəşfiyyatla aparılır. Sulfid 
minerallaşmasının axtarışı və izlənməsini elektrik kəşfiyyatı üsulu 
ilə aparırlar. 
downloaded from KitabYurdu.org


330 
Ultraəsasi, əsasi süxur massivlərində laylara ayrılmayan və pis 
ayrılan yataqların axtarışı. 
Buraya çoxsaylı yataqlar almaz, xrom, peqmatitli platin və başqa 
faydalı qazıntılar daxildir. Xromit yataqları ultraəsasi süxurlarda 
cəmləşirlər və yüksək sıxlığı və yaxud zəif maqnitliyi ilə fərqlənirlər. 
Xüsusi müqavimətinə görə yerləşdiyi süxurdan seçilmir, buna görə 
də xrom axtarma işlərində qravi kəşfiyyatdan istifadə olunur. 
Xəritəalma məsələlərində və ultraəsası massivlərin sərhədlərinin 
aşkar olunmasında aeromaqnit kəşfiyyat üsulundan istifadə olunur. 
Peqmatit yataqları nadir torpaq elementləri, slyuda, keramika 
xammal mənbəyi adlanır. Qruluşuna və genetikasına görə peqmatit 
biotitli qranit massivləri qırışıqlı platforma çərçivəsində müxtəlif 
yaşlı quruluşların birləşdiyi Yerlərlə əlaqədardır. Yatağın axtarışı 
üçün aeromaqnit və qravi kəşfiyyat üsullarından istifadə olunur, 
yatağın tam dəqiqləşməsi üçün elektrik profilləmə üsulundan istifadə 
olunur. 
Köklü almaz yataqları kimberlit borularındakı kütlələr ilə 
əlaqədardır, bunlar dayka damar, yaxud boru şəkilli olurlar. 
Kimberlit kütlələri və yerləşdiyi süxurlar maqnit xassələrinə görə bir-
birindən fərqlənən laylara ayrılırlar. Kimberlit süxurlarının 
maqnitliyi çox yüksəkdir. Kimberlitlərin yerləşdiyi və üstünü örtən 
çökmə süxurları maqnit xassələrinə malik deyil. Bəzən kimberlit 
kütlələri trap qayaları ilə örtülü olur. Belə ki, onlar maqnit 
xassələrinə görə geniş hüdudda dəyişməsi ilə təsvir olunur. Ona görə 
də kiçik qalınlıqlı çökmə süxurları ilə örtülən kimberlit trubkalarını 
axtarmaq üçün geofiziki üsullardan əhəmiyyətli sahələri ayırmaq 
üçün 1:200 000 miqyasında aeromaqnit kəşfiyyatından və qravi 
kəşfiyyatdan istifadə edirlər. Kimberlit borularının axtarışını 
kompleks geofiziki üsullarla aparırlar,buraya aeromaqnit kəşfiyyat, 
Yerüstü maqnit axtarışı miqyası 1:10 000 və 1:5000, daxildir. 
Elektrik kəşfiyyatı induksiya üsulu ilə və yüksək dəqiqlikli qravi 
kəşfiyyatla həmin miqyasda axtarış işi aparılır (şəkil101). 
downloaded from KitabYurdu.org


331 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin