Xələfli A. A


§ 121. Yeraltı suların kəşfiyyatı və axtarışı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə162/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   158   159   160   161   162   163   164   165   ...   168
geofiziki kesfiyyat usullari

§ 121. Yeraltı suların kəşfiyyatı və axtarışı
Yeraltı suların kəşfiyyatı və axtarışında geofiziki tədqiqatlar sulu 
layların 
yerləşdiyi 
şəraitin 
aşkar 
edilməsi 
istiqamətində 
yönəldilməlidir. Geofiziki üsullar içərisində Yeraltı suların 
kəşfiyyatında ən məlumatlı üsul elektrik kəşfiyyatı üsuludur, bunun 
köməyi ilə çox suallara cavab tapmaq mümkündür. Bu ondan irəli 
downloaded from KitabYurdu.org


336 
gəlir ki, süxurların elektrik xassələri süxurun nəmliyindən, bu suların 
duzluluğundan Yeraltı suyun növündən (süxurun boşluqlarını, 
çatlarını, məsamələrini dolduran suyun dərəcəsindən: bağlı, sərbəst, 
bərk) asılıdır. Elektrik parameterlərinin süxurun su ilə doyma 
dərəcəsi arasında əlaqə cədvəldə gəstərilib və bir neçə emprik 
asılılıqlarla ifadə olunub. 
Elektrik kəşfiyyatından başqa bu məsələlərin həlli üçün seysmik, 
az hallarda qravi- maqnit, termometriya, radiometriya və nüvə 
fizikası üsulları istifadə olunur. 
Qrunt suları Yeraltı sel kimi (10 m-dən-30m-əqədər) çox da dərin 
olmayan qatlarda yerləşir. 
Qrunt suları olan ərazidə geoloji kəsilişlər üfüqi laylardan 
ibarətdir. Ona görə bunun öyrənilməsi üçün şaquli elektrik zondlama 
və gətirilmiş polyarizasiya üsulundan istifadə olunur. Sulu layları 
izləmək üçün açıq sahələrdə iki paylama elektrodlu elektrik 
profilləmə qurğusundan istifadə olunur. Linza formalı şirin suları 
susuz ərazilərdə duzlu sulardan ayırmaq üçin şaquli zondlama 
üsulundan, tezlikli zondlamadan, radiokipdən və aeroelektrik 
axtarışları üsullarından olan fırlanan maqnit sahəsindən istifadə 
olunur. 
Axırıncı iki üsulla linza formalı şirin su layı üzərində 
elektromaqnit sahəsinin komponenti olan maqnit gərginliyinin 
azalması müşahidə olunur. Yeraltı suların axma istiqamətinin sürətini 
yük üsulu yaxud təbii sahə üsulu ilə təyin edirlər (dördüncü hissəyə 
bax). 
Artezian suları xeyli dərinlikdə yerləşirlər (1 km-ə qədər), ona 
görə də artezian hövzələrini tapmaq üçün elektrik kəşfiyyatından 
istifadə olunur (şaquli elektrik zondlamadan, elektrodlar arasında 
məsafə AB 10 km-ə qədər olur). 
Çat, tektonik, karst suları çox hallarda karbonatlı süxurlarda 
yerləşir, terrigen metamorfik və vulkanik süxurların massivləri ilə 
gücləndirilir. Bu növ sular süxurlar dağılan, parçalanan yerdə 
toplanılır, bu suyu saxlayan həmin monolit süxurlar olurlar. 
Geofiziki tədqiqatlar qarşısında duran əsas vacib məsələ çatlarla 
downloaded from KitabYurdu.org


337 
səciyyələnən sahələri, karst əmələ gələn hissələri, çatlı sahələrin 
qalınlığının təyini, layların su ilə doymasını, onların ehtiyatının 
hesablanmasını, köklü süxurların üst qatında depresiya zonalarının 
aşkar edilməsindən ibarətdir. Bu məsələlərin həllində elektrik 
kəşfiyyatı üsulu ilə bərabər maqnit və seysmik kəşfiyyt üsulu da 
tətbiq olunur. 
Dəyirmi şaquli zondlama üsulu çatların əmələ gəlmə istiqamətini 
təyin etməyə, eyni zamanda yerləşdiyi dərinliyi, yatım bucağını təyin 
etməyə imkan verir


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin