328
ayrılması əsasən, aeromaqnit və qravi kəşfiyyatla eyni zamanda
struktur elektrik kəşfiyyatı ilə həll edirlər. Əsas mis mənbəyi misli
qum daşlarıdır. Mədənlər çox hallarda qırışıqlıqlı strukturlarda əmələ
gəlir və kəsilişlər fiziki xassələrinə görə bir-birindən yaxşı seçilə
bilir. Filizlə zəngin olan layların aşkar edilməsi və litoloji izlənməsi
həmin süxurların yüksək sıxlığa, seysmik dalğaların böyük yayılma
sürətinə və böyük elektrik keçiriciliyinə malik olması ilə təsvir
olunur. Bunlar imkan verir ki, kompleks geofiziki qravi, seysmik,
elektrik kəşfiyyat üsullarından istifadə edərək bu məsələləri həll
etmiş olsun.
§119.Tikinti materialları, faydalı qazıntı yataqları.
Qum, gil,
mərmər və vulkanik massivlər (qranit, qranodlorit sistemi) elektrik
bölmələrinə görə çox aydın bir-birindən fərqlənir və bunları aşkar
etmək üçün elektrik kəşfiyyatı üsulundan, elektrik profilləmədən
istifadə olunur.
Daxili səbəblərdən əmələ gələn yataqların əsas xüsusiyyəti
intruziv massivlərlə əlaqədar. Buraya əsasi, ultraəsasi və qələvi sü-
xurlar daxildir. Bu əlaqə süxurun genetikasından və məkandakı
yerindən asılıdır, buna görə də geofiziki üsullarla aşağıdakı axtarış
məsələləri həll olunur: 1.İntruziv kütlələr ehtimal olan sahələrinin
seçilməsi, 2.İntruziyaların aşkar edilməsi, sərhədlərin çəkilməsi,
tərkibinin və quruluşunun təhlili. Bu nu ona görə edirlər ki, intruziv
kütlələr içərisində filiz yığıla bilən sahələr ayrılsın.
İntruziv süxurlar fiziki xassələrinə görə fərqlənir, bu məsələlərə
görə intruziyalar geofiziki işlər aparmaq üçün mühüm əhəmiyyət
kəsb edən hədəfdir. Geniş istifadə olunan geofiziki üsullar
aşağıdakılardır: maqnit, qravi, qamma-spektrometriya və s. Massivin
formasını öyrənmək üçün seysmik kəşfiyyat üsulundan istifadə
olunur.
Dostları ilə paylaş: