§123.Yer qabığının və üst mantiyanın geofiziki üsulla
öyrənilməsi.
Yer qabığının öyrənilməsi iki böyük seysmik üsulla aparılır.
1)Nəzarət olunan, düz, əks olunan, refraksiya, sınan, uzununa və
eninə dalğalara əsaslanan üsullardan istifadə olunur.
2)Zəlzələlər zamanı yaranan səthi dalğalara əsaslanaraq istifadə
olunan üsullar. Səthi dalğalar Yer qabığının böyük hissəsində az
təfsilatlı parametrlərin qiyməti ilə təyin olunur. Böyük, güclü
downloaded from KitabYurdu.org
343
partlayış, süni dalğalardan fərqli olaraq səthi dalğalar Yer
qabığının böyük hissələrində parametrlərin orta qiymətini az
təfsilatla təyin etməyə imkan verir, həqiqətdə isə səthi dalğaların
araşdırılması Yer qabığının quruluşu haqda sərbəst faktiki
məlumatlar verir.
Hər bir seysmik üsul özünəməxsus dalğaya əsaslanır, əks olunan,
sınan dalğalar öyrənilən mühitin qeyri bircinsliyi hesabına əmələ
gəlir. Əks olunan dalğalar üsulunda (ƏDÜ) kritik mühitə qədər və
kritik mühitdən sonrakı əks olunmanı qeyd edirlər, sınan dalğalar
üsulunda isə baş dalğaları qəbul edirlər. Mübadilə dalğa üsulunda
ya təkcə əks olunan dalğa, ya da təkcə keçən dalğa öyrənilir.
yüksək (5-100 hers) və alçaq (5-50 hers) tezlikli dalğaları
fərqlənirlər.
Seysmologiyada və partlayış seysmologiyasında zəlzələlərin
yaratdığı elastiki dalğalara baxılmaqla bərabər heç bir təhrif
olunmadan uzununa və eninə dalğaları, müxtəlif növ mübadilə,
keçən səthi dalğalarını qeyd edirlər.
downloaded from KitabYurdu.org
344
§124.Yer qabığının öyrənilməsində seysmologiyanın
dəlillərindən istifadə olunması.
İlk dəfə olaraq seysmologiya
Yer qabığının okeanın və kontinentin altında müxtəlif quruluşa
malik olması haqda məlumatı, Yer qabığının qalınlığı və Yer
qabığında yerləşən maddələrin fiziki parametrlərini
qiymətləndirməyə imkan verdi. Stasionar seysmik stansiyalarda
zəlzələləri sutkalıq müşahidə edirlər. Seysmoloji stansiyaların
şəbəkəsi bütün Yer kürəsini əhatə edir.
Zəlzələ mərkəzindən Yerin səthi boyunca həm uzununa, həm də
eninə dalğalar yayılaraq səthi dalğalar Reley (L
R
yaxud Q) və
Lyava (L
O
) seysmik stansiyalarında seysmoqraflar qoyulur və bu
torpağın şaquli və horizontal yerdəyişmələrini qeyd edir. Zəlzələ
mərkəzində yaranan uzununa sferik dalğa Yerin səthindən keçərək
aşağı dərin qatlara keçdikcə səthlərdən əks olunmağa başlayır.
Eyni bir sürətlə sərhəd boyu hərəkət edən uzununa və eninə
dalğalar toplanaraq dalğalar yaradır, buna Reley dalğaları deyilir.
downloaded from KitabYurdu.org
345
L
R
dalğası interferensiya dalğalarıdır, şaquli müstəvi üzrə
yayılaraq polyarizasiya olunur. Reley dalğalarında hissəciklərin
hərəkət trayektoriyası ellips formasında olur. Reley dalğalarının
gərginliyi rəqs mərkəzinin yerləşdiyi dərinliyin azalması yəni
dalğa cəbhəsinin əyrilik radiusunun azalması ilə ekspotensial
qanunla artır. Reley dalğaları dərinlikdən asılı olaraq sönür, dalğa
mərkəzinin çox dərinlikdə yerləşməsi nəticəsində Reley dalğaları
hiss olunmur, bu da dərin fokuslu zəlzələlərin olmasını göstərir.
Mərkəz arasında məsafənin artması ilə həcmi dalğalar səthi
dalğalara nisbətən tez sönürlər, ona görə də böyük məsafələrdə
səthi dalğalar həcmi dalğalardan intensivliyinə görə güclü olurlar.
Lyava dalğaları interferensiya olmuş səthi dalğalardır və üfüqi
olaraq polyarizasiya olunub. Bunlarda hissəciklər dalğanın
yayılma istiqaməti perpendikulyar rəqsi hərəkət edir.
Dalğa cəbhəsinin yayılma sürətinə həcmi dalğanın yayılma sürəti
deyilir. İnterferensiya olunmuş rəqslərin cəbhəsi yoxdur, buna
downloaded from KitabYurdu.org
346
görə də səthi dalğaların yayılma sürəti faza və qrup dalğa sürəti ilə
təsvir olunur.
İnterferensiya olunan dalğanın ayrı-ayrı harmonik hissələrinin
yayılma sürətinə faza sürəti deyilir. Qrup sürət isə impulsun
maksimum əyilmə sürətidir. Qrup və faza sürətləri aşağıdakı
münasibətlə bağlıdırlar.
d
d
f
f
f
1
Burada V
qr..
qurup, V
f
faza sürətidir.ω isə dalğanın tezliyidir.
Yayılan dalğanın faza sürəti tezlikdən asılıdırsa, onda dalğa
dispersiyaya malikdir. Nə vaxt ki, faza sürəti tezlik artdıqca
azalırsa, onda dalğa normal dispersiyaya malikdir (V
qr.
>V
f.
)
əksinə olan halda (V
qr.
>V
f.
).
Lyava dalğalarının yayılma sürəti dalğanın uzunluğundan asılıdır,
yəni L
o
dalğası dispersiya olunur. Reley dalğasının dispersiyası
Yer qabığının laylardan ibarət olması ilə əlaqədardır. Bircinsli
fəzada Reley dalğaları yayıldıqda dispersiya olunmur. Səthi
downloaded from KitabYurdu.org
347
dalğaların sürəti təxminən məkanda uzununa dalğaları 0,9-f
bərabərdir.
Yer qabığının quruluşu müxtəlif l.dwhkw səthi dalğaların qiyməti
ilə təyin olunur. Səthi dalğaların çıxışının tapılması sürətin
hesablanmasının ən zəif yeridir, çünki Reley dalğaları dispersiya
olunur. İkinci çətinlik də ondan ibarətdir ki, Reley və Lyava
dalğaları bir-birinin üzərinə düşür, ancaq Reley dalğaları
seysmoqrammada şaquli komponentlə qeyd olunur, burada Lyava
dalğası olmur.
Müşahidə olunan dispersiya əyrilərinin araşdırılması Yer
qabığının müxtəlif nəzəri modellərinin qurulmasından ibarətdir və
müşahidə olunan dispersiya əyrisi ilə yaxşı uyğun gələn nəzəri
modellərin seçilməsindən ibarətdir. Səthi dalğaların araşdırılması
zamanı Avrasiyanın şərq hissəsi üçün Yer qabığının üst qatının 33
km qalınlığa malik olduğu müəyyənləşdirilmişdir. Yer qabığının
okean və kontinent altında müxtəlifliyinin təyini imkanı yarandı.
Şəkildə nəzəri dispersiya əyrisi (2-4) modeli üçün: su layının
downloaded from KitabYurdu.org
348
qalınlığı 5,57 km-də elastik dalğanın sürəti 1,52 km/s və sıxlığı 1
q/sm
3
bunun altında yatan eyni qalınlıqlı əsas süxur layında
uzununa dalğanın yayılma sürəti 6,9 km/s, eninə dalğanın sürəti
3,18 km/s, sıxlığı 2,67 q/sm
3
təsvir olunur. Maxaroviçiç səthi (M)
bu layı altda yatan ultraəsasi süxurlarda yayılan uzununa
dalğaların 8,1 km/s sürətinə bərabər götürülməsi ilə eninə
dalğaların 4-6,8 km/s sürəti ilə və 3 q/sm
3
sıxlıqla ayrılır.
Reley dalğalarından başqa Yer qabığının quruluşunu öyrəndikdə
Lyava dalğalarından istifadə olunur. Şəkildə qalınlığı 6 və 15 km
olan bazalt qatında iki nəzəri dispersiya əyrisi verilmişdir. Bu
layda uzununa dalğaların yayılma sürəti 3,71 km/s-ə bərabərdir,
və altda yatan qat üçün 4,5 km/s-dir. Sürüşmə modulun nisbəti
2
/
=1,76 ya bərabərdir.
Səthi dalğaların təhlili Yer qabığının asılı olmayan üsulunu verir.
Bunun müvəffəqiyyətlə tətbiq olunması üçün okean və
kontinentdə səthi dalğaların qaçma yolunu ciddi ayırmaq lazımdır.
downloaded from KitabYurdu.org
349
Səthi dalğaların araşdırılması Yer kürəsində üç növ Yer qabığı
ayırmağa imkan verir – okean, kontinent (qitə) keçid.
Dostları ilə paylaş: |