Xələfli A. A


§ 125. Yer qabığının növləri və geofiziki təsviri və onun geoloji



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə167/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   160   161   162   163   164   165   166   167   168
geofiziki kesfiyyat usullari

 
§ 125. Yer qabığının növləri və geofiziki təsviri və onun geoloji 
təbiətinin təyini.
«Yer qabığı» termininin məzmunu geoloji 
dəlillərin toplanması, təhlili və ümumiləşdirilməsi prosesində 
təkamülə məruz qalıb. Bu termini şüşəyəbənzər substrat kristallik 
qabıqdan fərqləndirmək üçün istifadə edirlər. 
1909-cu ildə yuqoslav seysmoloqu A.Maxaroviçiç aşkar etdi ki, 
zəlzələ baş verdikdə seysmik dalğanın yayılma vaxtını 
seysmoqrammadan hesabladıqda uzununa dalğaların sürətinin 
müəyyən sərhədlərdə sıçrayışla dəyişməsini fərz etmək lazımdır 
8,0-8,25 km/s. 
Hal-hazırda Yer qabığının alt sərhədini Maxaroviçiçin səthi kimi 
qəbul edirlər, yaxud onu Moxonun sərhədi adlandırırlar. 
M sərhədini uzununa dalğanın sürəti ilə 7 km/s və bundan böyük 
laydakı sürətlə 8,0-8,25 km/s ayırırlar. 
downloaded from KitabYurdu.org


350 
Geofiziklər «qranit», «bazalt» çatlar terminindən istifadə edirlər, 
bu çatların tərkibini təsvir etmir, sadəcə olaraq seysmik 
kəşfiyyatda qranit bazalt süxurları üçün dalğanın müxtəlif sürəti 
ilə təyin olunur. «Qranitoid» lay termini sinonim kimi layda 
uzununa dalğanın 5,5-6,5 km/s sürəti kimi istifadə olunur. 
Bazaltda və qabbroda dalğanın sürəti 6,25-7 km/s-dir, ona görə də 
Yer qabığını bu sürətlə təsvir edən qatı şərti «bazalt qatı» 
adlandırırlar. 
 
§ 126.Yer qabığının tipləri.
Yerin xarici kövrək qabığı (litosfer) 
70-dən 400 km-ə qədər dəyişir. Litosfer bazalt, qranit qabığını və 
ultraəsasi hissənin üstünü bura daxil edir. Qabıq üst mantiyadan 
Moxoroviçiç sərhədi ilə ayrılır. Litosfer daha özülü qatda yerləşir, 
buna astenosfer deyilir. Astenosfer yüksək temperaturu və 
plastikliyi ilə təsvir olunur. Ərimə baş verən temperaturaya soli-
dus temperaturu deyilir. Solidus izotermi üstündə litosfer yerləşir, 
bu izotermdən aşağıda astenosfer yerləşir. Konkret ərimə 
downloaded from KitabYurdu.org


351 
temperaturu süxurun maddi tərkibindən və suyun olmasından 
asılıdır. Belə güman olunur ki, bu temperatur nəmli süxurlar üçün 
1000

C və quru süxurlar üçünsə 1200

C təşkil edir. Maddənin 
qismən (1-10%) əriməsi uzununa dalğaların yayılma sürətinin 
azalması ilə sübut olunur. Astenosfer ilə litosfer arasındakı sərhəd 
ehtimal ki, kəskin fərqlənmir, o V
3
elektrik keçiriciliyi və 
temperaturun artması ilə ayrılır. Şəkildə Yer qabığının 
quruluşunun modeli göstərilmişdir. Bu təxminən litosferın üçdən 
birini, yaxud yarısını əhatə edir. 
Seysmik dəlillərin təhlili əsasında 4 tip Yer qabığı ayırırlar: 
kontinental, subkontinental, subokeanik, okeanik (şəkil). Mak 
Donald daha dəqiq ayırmalar apararaq 5 tip Yer qabığı ayırmışdır: 
1) normal okean tipli; 2) cürbəcür normal okean tipli, bazalt qatın 
qalınlığının artması ilə fərqlənən; 3) keçid tipli, çox da böyük 
olmayan okean tipli hövzə üçün səciyyəvi olan; 4) cavan, az 
qalınlıqlı tektonik kontinental; 5) kontinental, hansı ki, qranit və 
metamorfik süxurlardan ibarət geniş qalxanlar inkişaf edir. 
downloaded from KitabYurdu.org


352 
Okean qabığında M sərhədi okean səviyyəsindən 10-11 km 
aşağıda yerləşir. Onun yığılmış süxurlarının orta qalınlığı 5 km-ə 
yaxındır, bu qatda uzununa dalğaların yayılma sürəti 6,4-6,9 km/s-
dir. Okean qabığında 6 km/s sürətli qat yoxdur (qranit) və 0,7 
km/s yaxın sürətlə təsvir olunur (qalınlığı 1 km-ə yaxın mantiyada 
8,2-8,4 km/s). Qabıq sıxlaşmamış və az sıxlaşmış çöküntü ilə 
örtülüdür. Seysmologiyanın dəlilləri göstərir ki, kontinental 
massivlərdə (qalxanlarda) Lyava dalğalarının faza sürəti artır, 
lakin Sakit okean qabığında və kontinentin tektonik aktiv 
zonalarında isə azalır. Cənubi Amerikada və Avstraliyada 
astenosferdə qalxan, altında az sürətli layın (0,1-0,2 km/s) Sakit 
okeanın altındakı daha dərinlikdə başlanması ehtimal olunur. 
M sərhədi Yer kürəsinin bütün ərazilərində yayılmışdır, ondan əks 
olunan dalğalar istinad dalğları adlanır. M səthi düzənlikdə 
girintili-çıxıntılıdır, amplitudu 5-10 km-dir, orogen qurğuların 
birləşmə zonalarında amplituda 10-15 km-dir. Avrasiya qitəsində 
downloaded from KitabYurdu.org


353 
qabığın qalınlığı orta hesabla 50 km, bəzi Yerlərdə isə 70 km-ə 
çatır. 
Üst hissədə çökmə qat sürətin böyük qradiyenti (3-5 km) ilə təsvir 
olunur. Çox dərində yerləşmiş çökmə süxurlarda sürət dəyişən 
işarəli qradiyentlə fərqlənir. Çökmə qatı qalınlığı 0-dan 20 km-ə 
qədər dəyişir. 
Müxtəlif quruluşlarda (qalxımda, qədim və cavan qırışqlıq 
ərazilərində 10-30 km dərinlik hüdudunda lay aşkar olunub ki, 
dalğanın azalmış qiyməti ilə təsvir olunur, yəni sürətin inversiyası 
müşahidə olunur. Sürətin inversiyası süxurun tərkibi ilə yox, bu 
dərinlikdə təzyiq və temperaturun təsiri ilə izah olunur. 
Yer qabığının keçid tipli zonası kontinentdən okeana qədər Yer 
qabığının və üst mantiyanın horizontal istiqamətdə xassələrinin və 
quruluşunun kəskin dəyişməsi, M səthinin relyefinin mürəkkəbliyi 
və qalın çökmə qatla təsvir olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin