Xələfli A. A


§ 122. Geoloji mühəndis tədqiqatları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə163/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   160   161   162   163   164   165   166   167   168
geofiziki kesfiyyat usullari

 
§ 122. Geoloji mühəndis tədqiqatları
Geoloji mühəndis işlərində geofiziki tədqiqatlar özünəməxsus 
xüsusiyyətə malikdir, yəni öyrənilən hədəf az dərinlikdə yerləşir, 
böyük dəqiqliklə təyin olunmalıdır və düzgün nəticələr alınmalıdır. 
Bundan başqa, geofiziki üsul süxurun fiziki mexaniki xassələrini, 
tikinti aparma ərəfəsində isə geoloji mühəndis şəraitin dəyişməsini 
öyrənməklə bərabər, qurulan (tikilən) binanın istifadəsi dövründə baş 
verən dəyişikliklərin öyrənilməsi ilə məşğul olur. Buna görə də 
elektrik kəşfiyyatı üsulu ilə bərabər seysmik kəşfiyyat, seysmoakustik 
və ultra səs üsulu bu məsələlərin həllində böyük rol oynayır. 
Süxurların xəritəyə alınması, köklü süxurların relyefinin 
öyrənilməsi elektrik kəşfiyyat (EP) və seysmik kəşfiyyat üsulu ilə 
aparılır. 
Ayrı-ayrı hallarda təbii elektrik sahəsindən istifadə olunur, bu üsulun 
köməyi ilə köklü süxurların relyefində Yeraltı suların azalma 
istiqamətində süzülüb axma zonalarını təyin edirlər. Əlverişli fiziki-
geoloji şəraitdə köklü süxurların relyefin qravi kəşfiyyatla aydın 
aşkar etmək olur. Köklü süxurlar üçün əlverişli şərait onun laylara
və bunu örtən boş süxurların sıxlıqlarına görə laylara ayrılmasıdır 
digər tərəfdən belə sahə Yer səthində tədqiqat aparılan sahənin 
relyefinin sabit olması deməkdir. 
Qurunt sularının səviyyəsi tədqiqat aparılan sahələrdə əsasən 
şaquli elektrik zondlama üsulu ilə yanaşı seysmik profilləmə üsulu 
ilə də təyin olunur. Qrunt suyunun səviyyəsi uzununa dalğaları 
downloaded from KitabYurdu.org


338 
sındıran səthə çevrilir və seysmik profilləmə zamanı uzununa baş 
dalğaların gəlmə müddətinin dəyişməsinə səbəb olur. 
Qruit sularının səviyyəsinin təyini süxurun catlılığı və karst 
zonalarının olması ilə çox əlaqədardır və geoloji-mühəndis şəraitini 
öyrənməkdə böyük əhəmiyyət kəsb edir, çünki yaşayış və sənaye 
binalarının tikintisində və bu obyektləri su ilə təmin etmək ücün 
axtarış işlərinin aparılmasında mühüm Yer tutur. 
Geoloji-mühəndis axtarışlarında sürüşmələrin öyrənilməsi, xüsusilə 
uzunmüddətli aparılır ki, sürüşmənin baş verməsinin səbəblərinin və 
dinamikasının öyrənilməsinə kömək etsin. Bunu öyrənmək üçün 
elektrik kəşfiyyatından, yüksək dəqiqlikli maqnit və mikroseysmik 
üsuldan istifadə olunur. 
Süxurların fiziki-mexaniki xassələrinin geofiziki üsulla 
öyrənilməsi bu işlərə sərf olunan xərcin azalmasına və əmək 
məhsuldarlığının artmasına səbəb olur. Ən vacib və birinci məsələ 
geoloji-mühəndis axtarışlarında öyrənilən sahələrin sıxlığının 
öyrənilməsindən ibarətdir. Bu işləri qravimetrik və nüvə-geofiziki 
üsullarla (qamma-qamma planalma) aparılır. Bu axtarışlar Yer 
səthində quyularda, mədənlərdə şaxtalarda aparılır. Qeofiziki 
üsulları kompleks şəkildə istifadə etməklə, seysmik, seysmoakustik, 
ultrasəs ölçmələri ilə süxurların dinamik elastiklik xassələrini 
öyrənməklə, müqayisə yolu ilə statik parametrlərə keçmək 
mümkündür. 
Hidrogeoloji və geoloji-mühəndis axtarışlarında qeofizika 
üsulundan istifadə olunması hər gün genişlənir. Tədqiqatın qarşısında 
duran məsələlər genişlənir və geofizika elminin özünün inkişaf 
prosesi baş verir. Bunların hamısı tələb edir ki, ümumi geofizika və 
xüsusi geoloji-mühəndis ədəbiyyatları ilə müntəzəm şəkildə tanış 
olmaq və onlardan istifadə etmək olduqca vacibdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin