Xələfli A. A


§ 116. Böyük miqyaslı xəritəalma



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə156/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   152   153   154   155   156   157   158   159   ...   168
geofiziki kesfiyyat usullari

 
§ 116. Böyük miqyaslı xəritəalma 
Böyük miqyaslı geoloji xəritəalma böyük miqyaslı məlumat 
xəritəsinin tərtib edilməsi məqsədi ilə aparılır. (miqyas 1:50 000,1:25 
000). Bu mərhələnin əhəmiyyətliyi bundan əvvəlki mərhələlərdəki 
işin keyfiyyətindən asılıdır, (planalmanın miqyası 1:200 000). 
Əvvəlki mərhələnin nəticələri imkan verir ki, tədqiqat aparılan 
ərazidə daha dəqiq tədqiqat aparmaq üsün sahəni məhdudlaşdırsın, 
fiziki və geoloji model yaratsın, axtarış meyarı hazırlasın. Geofiziki 
işlər iki mərhələdə aparılır. Birinci mərhələdə göstərilən miqyasda 
kompleks aerogeofiziki planalma işi aparılır, bu tez və az xərc 
çəkməklə böyük ərazidən geoloji məlumat almağa imkan verir. 
Aerogeofiziki planalma 1-2 il əvvəl aparılır. Əvvəldən aparılmış 
geofiziki işlər növbəti geoloji planalmanın geoloji-geofiziki əsasının 
işlənib hazırlanmasına kömək edir. Geofiziki işlərin ikinci 
mərhələsində geofiziki işlə paralel geoloji planalma işi aparılır. Bu 
geoloji üsulun keyfiyyətsiz nəticələr alındığı zamanı aparılır, yaxud 
böyük həcmli dağ mədən və ya quyu qazma işlərinin aparılması tələb 
olunan zaman. Demək olar ki, bu miqyasda aparılan geoloji-geofiziki 
tədqiqat işləri özlüyündə kəşfiyyat xəritəalma rolunu oynayır. 
Kəşfiyyat xəritəalmada kompleks geofiziki üsulun effektliliyi 
təkcə fiziki kəmiyyətlərlə təyin olunmur, eyni zamanda təbiətin 
yaratdığı şəraitdən də asılıdır(relyefin ayrılması, parçalanması, 
hidroqrafik şərait və s). V.İ Krasnikovun (1965) təsnifatına görə 
geoloji-geofiziki tədqiqat ərazilərini üc tipə bölmək olar. Acıq 
ərazilər- bu qırışıqlıqlı ərazi maqmatik və metamorfik süxurlarla 
təzahür olunan dördüncü dövr cökmə süxurları ilə az örtülən (əsasən 
çay kənarlarında cökmə örtük olmayan ərazi) ərazilərdir. Yarım açıq 
ərazilər cökmə layın qalınlığı 500 m-ə qədər ola ərazilər hesab 
olunur, çökmə örtük bünövrənin üzərində meylli yerləşir, maqmatik 
süxurlar zəif təzahür edir,bərk faydalı qazıntılar ya lay yaxud linzaya 
oxşar şəkilində olur. Bağlı ərazilərdə qırışıqlıqlı süxurlar (kristalik 
binövrə) çökmə süxur ilə örtülmüşdür. Bunun qalınlığı 500 m-dən 
cox olur, örtüyün süxurları demək olar, tam horizontal yerləşir. 
downloaded from KitabYurdu.org


325 
Bünövrəli yerdəyişməyə məruz qalan faydalı qazıntılar lay şəkilində 
yerləşir. 
Kəşfiyyat və xəritəalma işlərində aparılan üsullardan biri 
aeromaqnit planalmadır. Bu üsulla xüsusilə yaxşı nəticələri açıq 
ərazilərdə 50 000 miqyasda planalma işi aparmağa başlamamışdan 
qabaqkı mərnələdə alınır. Bununla birlikdə aeroqamma spektro-
metrik planalma işləri də aparılır. Bundan eyni zamanda həm 
xəritəalma, həm radoiaktiv elementlərin yataqlarının, həm də nadir 
torpaq lərinin kəşfiyyatı ücün istifadə olunur. Üstü örtülmüş 
ərazilərdə aparıcı rolu elektrik profillmə, zondlama və seysmik 
kəşfiyyat üsulları oynayır. 
Qarşıya qoyulan məsələdən və ərazidən asılı olaraq təfsilatı ilə işi 
aparmaq üçün qravi kəşfiyyatdan, Yer üstü maqnit kəşfiyyatından, 
təbii elektrik sahəsindən, təbii və sünii yaradılmış polyarizasiya, təbii 
dəyişən elektrik cərəyanı sahəsindən, elektrik profilləmə, zondlama, 
seysmik kəşfiyyatdan maqnitotellurik zondlama üsulundan istifadə 
etmək əlverişlidir. Çöl işləri ərazidən nümunələr götürməklə aparılır 
ki, həmin nümunələrdə süxurların fiziki xassələri öyrənilir. 
Geofiziki işlərdən alınan məlumatlar kompleks olaraq təhlil 
olunur, burada imkan dairəsində bütün geofiziki, geoloji, 
geokimyəvi, geomorfoloji nəticələrin hamısı cəlb olunmalıdır. 
Kəşfiyyat və xəritəalma işlərin nəticələri geoloji struktur fiziki sahə, 
tektonik sxemlər xəritəsində və geoloji-geofiziki kəsilişlərdə öz 
əksini tapır. 
Geoloji-geofiziki kəşfiyyat və xəritəalmaların köməyi ilə tədqiqat 
aparılan ərazidə bu və ya digər faydalı qazıntılar yatağının olub-
olmaması haqda bilavasitə məlumat almaq olur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin