Xələfli A. A


§ 112. Tempraturun ölçülməsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə152/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   148   149   150   151   152   153   154   155   ...   168
geofiziki kesfiyyat usullari

§ 112. Tempraturun ölçülməsi
Quyularda temperaturun ölçülməsi Yerin təbii temperatur 
sahəsinin öyrənilməsi məqsədilə aparılır. Bu sahələr aşağıdakılardan 
ibarətdir: Müəyyən hüdudlu istilik sahəsi, bu sahə quyu qazılan 
yaxud da işə salınan zaman müşahidə olunur, süni istilik sahəsi
quyuya yuyucu məhlulun təzyiqlə vurulması yaxud sement 
məhlulunun vurulması ilə yaradılır. 
Təbii istilik sahəsinin köməyi ilə geotermik qradiyent öyrənilir, yəni 
hər 100m dərinlikdə Yerin temperaturu dərəcələrlə təyiin olunur, 
eyni zamanda həmdə geotermik pillələri yəni tədqiqat aparılan 
ərazidə temperaturun hər bir dərəcə dəyişmə sərhədi təyin olunur. 
Qeotermik qradiyent süxurların istilik müqaviməti ilə mütənasibdir, 
bu da quyu kəsilişində litalogiyadan asılıdır, ona görədə termo-
qramma quyunun şaquluna nisbətən müxtəlif əyimliyə malikdir, bu 
əyimlik layların istilik keçirməsindən asılıdır yerli istilik sahəsi 
adətən kollektor sulfidli filizlərdə, kömür və duz layları ilə əlaqə-
dardır. (şəkil98). 
downloaded from KitabYurdu.org


316 
Sünii istilik sahəsi üsulu.
Quyuida sabitləşməmiş temperatur 
şəraitinin öyrənilməsinə əsaslanıb. Belə hal quyuda qazma 
məhlulunun dövriyyəsi kəsilən kimi baş verir. Çünki quyunu əhatə 
edən süxurlar müxtəlif temperatur keçiriciliyinə malikdir, digər 
tərəfdən məhlul ətraf mühitin temperaturunu eyni sürətlə qəbul etmək 
qabiliyyətinə 
Şəkil
98. 
Geotermik qradiyentin quyuda dəyişmə qrafiki və termo-
qramma ilə müqayisəsi: 1-qum; 2-qum daşlı; 3-gilli qum daşlı; 4-qum daşlı 
gil; 5-gil; 6-argilit; 7-əhəng daşı; 8-təbaşir. 
malik deyil. Bu məhlulun termoqramması ilə qeyd olunur. Əgər 
məhlulun temperaturu layın təbii temperaturundan aşağıdırsa, qum 
daşlı layda gilli laya nisbətən temperatur daha tez və kəskin 
yüksələcək, ona görə ki, qum gilə nisbətən böyük istilik keçirmə 
qabiliyyətinə malikdir. Temperatur əyrisinə görə layların hansının 
yaxşı istilik keçiriciliyinə malik olduğu aşkar edilir. 
downloaded from KitabYurdu.org


317 
Quyularda temperaturu təyin etmək üçün quyuya elektrik 
müqavimətli termometrlər salınır, ölçmə aparılır. Termometrin işləmə 
prinsipi; metal naqilin ətraf mühitin temperaturu dəyişdikdə bunun da 
müqavimətinin dəyişməsinə əsaslanıb. Termometriyada qradiyent və 
anomaliya termometrlərindən istifadə olunur. Qradiyent termometrin 
köməyilə iki nöqtə arasında temperaturlar fərqini ölçürlər. Bu nöqtələr 
həmişə bir-birindən eyni məsafədə 1,5-3 m məsafədə yerləşirlər
anomaliya termometrindən verilmiş dərinlikdə temperaturun orta qiy-
mətindən kənara çıxmalar qeyd etməkdən ötröüi itidə olunur. Quyularda 
temperaturu, termometri quyuya salanda ölçürər ki, hərəkət zamanı 
məhlulun qarışma prosesi baş verdikdə ölçmənin diqliyi azalmasın.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin