Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə149/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   145   146   147   148   149   150   151   152   ...   168
geofiziki kesfiyyat usullari

 
§ 107. Akustik karataj
Seysmoakustik və akustik karataj ultrasəsin yaxud səs dalğalarının 
quyunun divarı boyunca həyəcanlanma məntəqəsindən qəbulediciyə 
qədər sərf olunan vaxtı təyin etməyə əsaslanıb. Seysmik, xüsusilə də 
akustik karataj bir-birindən fərqlənirlər. 
Seysmik karatajda elastik dalğalar quyunun yaxınlığında ya 
partlayışla, ya da elektrik boşalması ilə əldə olunur və dalğalar 
downloaded from KitabYurdu.org


312 
quyunun divarlarında yerləşdirilmiş qəbuledicilərlə qeyd olunur. 
Eyni zamanda dalğanın həmin məntəqələrə gəlib çatma vaxtı təyin 
olunur (§
 
68 bax). Akustik karatajda rəqslərin həyəcanlanması 
zamanı 10-100 kQh tezlikli maqnitostriksiya şüalanmasının baş 
verməsi fərz olunur və həmin siqnalları yerlərdə ryezoelektrik 
seysmik qəbuledicilərlə qeyd edirlər. Süalandırıcılar və qəbuledicilər 
akustik izolyatorlarla aralanırlar. İşlər quyuya salınan akustik 
zondların köməyi ilə Yerin səthindəki cihazlarla idarə olunur. 
Zondun əsas tipləri: iki elementli və üç elementli zondlar. İki 
elementli 
zond 
şüalandırıcıdan 
və 
detektordan 
(seysmik 
qəbuledicidən) ibarətdir və quyuların sementlənməsinə nəzarət etmək 
üçün istifadə olunur. Üç elementli zond bir şüalandırıcıdan və iki 
qəbuledicidən ibarətdir, qəbuledicilər şüalandırıcılarla bir tərəfdə 
yerləşdirilir. Birinci və ikinci qəbuledicilərə gəlib çatan dalğaların 
vaxtı qeyd olunur. Qəbuledicilər şüalanma mərkəzindən 50-100 sm 
məsafədə yerləşdirilir, bunun köməyi ilə uzununa dalğaların V
p
sürəti 
təyin olunur və zondun yaxınlığında yerləşən süxur haqda məlumat 
alınır. Üsul ikinci bir parametri də təyin etməyə imkan verir, bu da 
quyu ilə üstü açılan süxurlarda sönən elastik dalğanın intensivliyinin 
təyinindən ibarətdir. Sönmənin qiymətinə süxurların gilliyi, çatlığı, 
məsaməliliyi və məsamələrin məhlulla dolması ən çox təsir edir. 
Akustik karatajdan quyuda geoloji kəsilişləri öyrənmək
kollektor layları ayırmaq, layların məsaməliliyini öyrənmək, kömür 
laylarını ayırmaq üçün istifadə olunur. Akustik karatajından 
həmçinin seyismik axtarış işlərinin nəticələrini və süxurların 
sıxlığını təyin etmək üçün istifadə olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin