Xələfli A. A


§ 108. Maqnit qavraycılığı karataj üsulu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə150/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   146   147   148   149   150   151   152   153   ...   168
geofiziki kesfiyyat usullari

 
§ 108. Maqnit qavraycılığı karataj üsulu 
Nüvə-maqnit karatajı
Maqnit qavrayıcılığı karatajı quyunun divarlarında süxurların 
maqnt xassələrini öyrənməyə imkan verir. Maqnit qavrayıcılığı 
xüsusi datçiklərlə ölcülür, induktivlik isə datçiki əhatə edən 
süxurun maqnit xassələrindən asılıdır. Datçik içərisində 
ferromaqnit çubuq olan makaradan ibarətdir. Makara Yerin 
downloaded from KitabYurdu.org


313 
səthində olan dəyişən cərəyan körpüsünü tarazlıqda saxlamaq üçün 
körpünün bir qoluna birləşdirilir. Makaranı quyunun divarı 
boyunca hərəkət etdirməklə maqnit qavrayıcılığı müxtəlif olan 
süxurlarda induktivliyin dəyişməsi baş verirr və körpünün tarazlığı 
pozulur. Ölçmə dövrəsində gərginlik yaranır,bu da süxurun maqnit 
qavrayıcılığı ilə mütənasibdir və karataj diaqramında qeyd olunur. 
Maqnit qavrayıcılığı karatajından dəmir və tərkibində müxtəlif 
metallar olan qum daşları laylarını, kvars və vulkanik süxurları 
ayırmaq üçün istifadə olunur. 
Nüvə maqnit karatajı quyunu əhatə edən mayenin tərkibində olan 
sərbəst protonların presesiyasını öyrənməyə əsaslanıb. 
§ 109. Quyu ətrafı və quyulararası tədqiqatlar
Belə tədqiqatlar quyu ətrafında, süxur massivlərində və quyular 
arasında yerləşmiş ərazidə faydalı qazıntılar axtarmaq məqsədi ilə və
geoloji mühəndis məsələlərini həll etmək üçün aparılır. Belə 
tədqiqatlar eyni zamanda dağ mədən istehsal yerləri arasında 
yerləşən massivlərin öyrənilməsi məqsədi ilə aparılır. 
Quyuətrafı və quyuarası tədqiqatlarda yuxarıda yazılmış bir 
neçə üsuldan elektrik axtarışı, seysmik axtarış və iki orijinal quyu 
maqnitometriya və qravimetriya üsulundan istifadə olunur. 
Quyu maqnit axtarışı, maqnit sahəsi elementlərinin quyuda 
ölçülməsinə əsaslanıb. Quyu proton maqnitometri yerin tam 
vektorunun T qiymətini ölçməyə imkan verir (§32 bax). Quyu 
maqnit axtaırış üsulu ilə maqnitli filizləri aşkar etmək olur, bu, 
quyunun divarlarından xeyli məsafədə yerləşdikdə də (500 m və daha 
çox) aşkar etmək mümkün olur. Maqnit ölçmələri yalnız boru 
buraxılmayan quyularda aparıla bilər. 
Quyu qraviaxtarışı üsulu xüsusi hazırlanmış quyu qravimetrləri 
ilə quyu divarlarında ağırlıq qüvvəsinin elementlərini təyin etməyə 
əsaslanıb. Bu qravimetr yerüstü astazirlənmiş kvars qravimetrlərin 
prinsipində işləyir, yalnız uzaqdan idarə oluna bilir. Quyu divarından 
bir neçə metr məsafədə süxurun orta sıxlığını təyin edə bilir. Bu üsul 
neft qaz yataqlarının və xromit filizinin axtarışında istifadə olunur. 
downloaded from KitabYurdu.org


314 
Elektrik axtarışları (dördüncü hissəyə bax) quyulararası məkanda 
yalnız radio dalğalı şüalanma üsulundan istifadə olunur. İki seysmik 
axtarış üsulundan; şaqulu seylsmik profilləmə və akustik şüalanma 
üsulundan, da istifadə olunur (beşinci hissəyə bax). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin