Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə147/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   143   144   145   146   147   148   149   150   ...   168
geofiziki kesfiyyat usullari

 
 
§ 105. Qamma karataj və qamma-qamma karataj 
Qamma karataj
quyunun divarı boyunca təbii qamma şüa-
lanmanın dəyişməsini ölçməyə əsaslanıb. Qamma şüaları başqa nüvə 
şüalarına nisbətən mühitə yüksək nüfuzetmə qabilyyətinə malik 
olduğuna görə quyu radiometri ilə bu şüaları qeyd etmək olur. Quyu 
radiometri polad zonddan ibarətdir (şəkil 97 a).
Şəkil
97. 
Radioaktiv karataj üsulunun qurğusu. A-QK-qamma karataj; b-
QQK-qamma-qamma karataj; v-NQK-neytron-qamma karataj; q-NNQ-
neytron-neytron karataj; I-qamma şüalarını tutan və buraxan indikator; II-
qamma şüalarını buraxan mənbə; III-neytronun sıxlığını müəyyən edən 
qəbuledici indikator; IV-neytron mənbəyi; 1-polad ekran; 2- qurğuşun 
ekran; 3- yüksək hidrpogenə malik olan parafin və yaxud maddə; O-
ölçmələrin nəticələrini yazmaq yeri. 
Elektrik siqnalı qamma şüalanmanın intensivliyi ilə 
mütənasibdir və kabel vasitəsi ilə karataj stansiyasının qeydedicisinə 
downloaded from KitabYurdu.org


310 
verilir və karataj diaqramı yazılır. Diaqramda müxtəlif radioaktivli 
laylar, xüsusi ilə maksimumlarla uran, torium, radium, kalium-40 və 
başqa radioaktiv izotoplarla zəngin olan süxurlar qranit və gillər, 
həmçinin radioaktivliyi miniumum olan qum daşlı, karbonatlı 
süxurlar, daş-duz, kömür və s. ayrılır (§ 94bax). 
Qəbul olunan təbii qamma şüalarının intensivliyinə, gilli məh-
luldan buraxılan şüalar, quyuya buraxılmış boru tərəfindən şüanın 
udulması və sement, əhəmiyyətli dərəcədə karataj diaqramında 
kənara çıxmalar yaradır ki, süxurun radioaktivliyi ilə heç bir əlaqəsi 
yoxdur. Bundan başqa, qamma karatajın göstəricisinə tədqiq olunan 
quyunun diametri təsir edir. Qamma karatajı tədqiqatın radiusuna 30 
sm yaxın olur. Süxurları qamma kvantla şüalandırdıqda səpələnən 
qamma şüalarını ölçmək üçün QK-dan istifadə olunur (§ 94 bax). 
Tədqiqatları qamma kvant mənbəli və qeydedici (detektor) dəmir və 
qurğuşun ekranla arası kəsilən(95-ci şəklə bax), cihazlarla aparılır. 
Qamma şüalanması ilə dedektor arasındakı məsafə zondun ölçüsü 
adlanır L
z
, çox hallarda 20-70 sm-ə bərabər olur. Radioaktivlik mən-
bəyi olaraq radioaktiv kobaltdan, seziumdan yaxud sürmədən istifadə 
olunur.
QQK iki variantda istifadə olunur, sıxlıq QQK və seçmə 
qabiliyyətli selektivli QQK. Sıxlıq QQK süxurların və filizlərin 
sıxlığını tə'yin etmək üçün istifadə olunur. 
Seçmə qabiliyyətli selektivli QQK isə filizlərin və ağır 
elementlərin miqdarını təyin etmək üçün istifadə olunur. Hər iki 
variant kömür olan digər əraziləri öyrənməkdə və kömür laylarının 
ayrılmasında geniş istifadə olunur, digər tərəfdən QQK sıxlıq karatajı 
torpağın sıxlığını, nəmliyini təyin etmək üçün də istifadə olunur. 
Bunun üçün quyu qazmaq lazım gəlir. QQK sıxlıq üsulla alınan 
nəticələr imkan verirki süxurun məsaməliliyini təyin edək və bu 
üsulla süxurun kollektor xassələri öyrənilir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin