301
Geoloji kəşfiyyat işlərində silindr formalı nümunəsiz qazma
işləri aparılır (axırıncı quyuların istismara verildiyi zaman görülür).
Hər iki qazma zamanı süxur tam olaraq sürtülüb yeyilir, süxurun
tərkibi, qurululşu haqda bir məlumat almaq mümkün olmur.
Geofiziki işləri tətbiq etməklə süxurların
fiziki xassəsi öyrənilir və
quyunun geoloji sənədləri hazırlanır Bu, quyularda müxtəlif fiziki
sahələri öyrənməklə mümkün olur. Bu halda Yer səthində olduğu
kimi bütün fiziki sahələr və üsullardan istifadə olunur. Quyulara
müşahidənin
nəticələrinə quyunun diametri, quyunun əyilməsi,
quyunu dolduran qazma məhlulların, suların duzlaşması və bir çox
amillər təsir edir. Bu şərtlər Yerin səthində aparılan geofiziki
müşahidələr arasında əhəmiyyətli fərq yaradır. Buna görə də quyuda
aparılan geofiziki müşahidələr ayrılaraq sərbəst sahə yaradır ki,
bunlara quyuları geofiziki öyrənən üsul adı verilib.
Bəzən bunlara
mədən geofizikası deyilir (neft və qaz yataqlarının axtarışı yaxud
karataj adlandırılır).
Quyularda aparılan bütün ölçmələr ya maşına ya da hərəkət edən
vasitələrdə yerləşdirilən karataj stansiyalarında aparılır. Qarataj
stansiyalarının tərkibinə aşağıdakılar daxildir: quyu ölçmə aləti, yerüstü
idarəetmə mərkəzi və qeydetmə. Xüsusi naqil
vasitəsi ilə idarəetmə
mərkəzi ölçmə aləti ilə birləşdirilir. Müasir avtomat karataj
stansiyalarında bir neçə dəst quyu ölçmə və idarəetmə mərkəzi var ki, bu,
müxtəlif üsulları ayrılıqda, yaxud hamısından birlikdə istifadə etməyə
geniş imkan verir.
Ölçmələrin nəticələri oxşar formada karataj diaqramı kağız lent-
də, foto lentdə, yaxud ədədi kodlarla yazılır ya əllə, ya da maşınla
hesablanılır. Çox dərin olmayan quyuları bir məqsədli əldə gəzdirilən
cihazlarla öyrənirlər. Quyuların fiziki üsulla öyrənilməsi böyük
əhəmiyyət kəsb edir. Qarataj quruluş geologiyasında
filiz və qeyri-
filiz yataqların axtarışında və mühəndis hidrogeologiya
tədqiqatlarında istifadə olunur. Quyuların kəsilişini öyrəndikdə
elektrik, nüvə fizikası, termometrik, seysmoakustik, maqnit,
qravimetrik, eyni zamanda geokimyəvi və geoloji üsullardan istifadə
downloaded from KitabYurdu.org
302
edirlər. Geofiziki tədqiqat eyni zamanda həm quyu ətrafı,
həm də
quyulararası məkanda aparılır.
Dostları ilə paylaş: