Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə144/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   140   141   142   143   144   145   146   147   ...   168
geofiziki kesfiyyat usullari

 
XXVI FƏSİL 
QUYULARIN ELEKTRİK KƏŞFİYYATI İLƏ TƏDQİQİ 
Quyuların elektrik üsulu ilə tədqiqi Yer səthi üsulunun 
tədqiqatlarına çox yaxındır. Ən çox istifadə olunan elektrik 
müqavimətinin zahiri qiymətini təyin edən üsuldur. Bu 
müşahidələrdən təbii elektrik sahəsindən məxsusi polyarizasiyanın 
yaratdığı potensialın karatajından, yaradılmış potensialından sürüşən 
təmas karatajından, elektrodlardakı potensial karatajından istifadə 
olunur və s. Qurğular quyu ölçmə alətinin üzərində yığılır və karataj 
zondu adlanır. 
 
§ 102. FƏRZ OLUNAN MÜQAVİMƏT ÜSULU 
Quyuların fərz olunan müqavimət üsulu ilə tədqiqi süxurların 
fərz olunan xüsusi müqavimətlərinə görə bir-birindən fərqlənməsinə 
əsaslanıbdır. Bu üsul prinsipcə Yer səthində müqavimət üsulu ilə 
aparılan elektrik profilləməsi ilə eynidir. Fərz olunan xüsusi 
müqavimət aşağıdakı düsturla

f
=K

U/I təyin olunur. Burada K 
ölçmə aparılan zondun sabitidir. Adətən dördelektrodlu AMNB 
qurğudan istifadə olunur. Belə ki, üç elektrod AMN yaxud ABM 
quyuya buraxılır. Dördüncü elektrod N yaxud B Yerin səthində 
quyunun yaxınlığında Yerə basdırılır. Üç elektrod quyuda karataj 
zondunu təşkil edir. AB elektrodu sabit cərəyan generatoru və MN 
elektrodu çoxnaqilli kabellərlə ölçən cihazlarla birləşdirilir. 
Elektrodların vəziyyətindən asılı olaraq aşağıdakı tip zondları bir-
birindən fərqləndirirlər (Şəkil 95). 
Əgər birinci qidalandırıcı elektrodla A quyda zond da, ikinci 
qidalaycı elektrod isə Yerin səthində qalırsa, belə zonda birqütblü 
zond deyilir AMN. BMN isə ikiqütblü zond adlanır, bu qurğuda hər 
iki qidalayıcı elektrod quyuya buraxılır A və B yerin səthində isə N 
qəbuledici elektrod Yerlə birləşdirilir. Bir məqsədli (cüt) və müxtəlif 
məqsədli (tək) zondlar arasında məsafə ölçmələrin nəticələrinə təsir 
downloaded from KitabYurdu.org


303 
etdiyi ücün onları fərqləndirirlər, uyğun olaraq bunlara potensial 
zond yaxud qradient zond adları verilib. Potensial zond ona deyilir 
ki, cüt elektrodlar arasındakı (MN birqütblü yaxud AB ikiqütblü) 
məsafə 5-10 dəfə tək AB elektrodlar arasındakı məsafədən çox olsun. 
Tək elektrodlar arasındakı məsafəyə potensial zondun uzunluğu L
n3 
deyilir. Adətən geoloji şəraitdən asılı olaraq L
n3 
elə seçilir ki, 0,5-0,7 
m hüdudunda dəyişin, bir şərtlə ki, AM≤
МN
)
10
1
5
1
(

=
)
10
1
(
MN; 
olsun. Çüt elektrodlar AB və MN arasındakı məsafə, tək elektrodlar 
AM arasındakı məsafədən çox-çox az olduqda, buna qradyent zond 
deyilir. Qradient zondun uzunluğu L
r3
AO məsafəsi ilə təyin olunur, 
yəni tək elektroddan cüt elektrodun mərkəzinə qədər olan məsafədir. 
Tədqiqatın dərinliyi AO-nun qiymətindən asılıdır, AO nə qədər çox 
olsa, bir o qədər tədqiqat dərində aparılar, çox hallarda L
n3

2m olur. 
Şəkil
95
. Karataj zondların tipləri. 
A-birqütblü qradient zondu; b-birqütblü potensial zondu; v-ikiqütblü 
qradient zondu; q-ikiqütblü potensial zondu; 

f
-in yazılma nöqtəsi. 
Müxtəlif elektrik müqavimətli layların sərhədinin təyin olunması 
cüt elektrodun tək elektroda nisbətən yerləşdirilməsindən asılıdır. 
Ona görə də alt qatla üst qatın qradient zondlarını bir-birindən 
fərqləndirirlər. Alt qat zondunda cüt elegtrodlar tək elektroddan 
downloaded from KitabYurdu.org


304 
aşağıda yerləşir. Üst qatdakı zondda cüt elektrodlar tək elektroddan 
üstdə yerləşir. Üst qat qradient-zond aydın olaraq üst qat laylarını, alt 
qat qradien qradient-zond isə aydın olaraq yüksək müqavimətli alt 
qatını müəyyəin edir. 
Zondları hərflərlə elektrodların adları və bu elektrodların yer-
ləşmə sırası quyuda yuxarıdan aşağıya işarə olunur. Hərflər 
elektrodlar arasındakı məsafə metrlərlə yazılır. Məsələn N 0,5M 
2.0A bu yazı layın üst hissəsinin(cüt elektrod, elektrod biri yuxarıda 
yerləşdikdə birqütblü bir qidalandıran elektroddan A) qradient 
zonddur, cüt elektrodlar arasında məsafə MN=0,5 m və yaxındakı cüt 
M və tək A elektrod arasında məsafə 2 m-dir. Zondun uzunluğu L
n3

2,25 m, üçelektrodlu zondun əmsalını aşağıdakı formul ilə təyin 
edirlər: 
K=4

AM

AN/MN yaxud K=4

MA

BM/AB 
Burada AM, AN, BM, MN, AB elektrodlar arasındakı 
məsafədir, metrlərlə ifadə olunur, birinci formul bir qütblü, ikinci 
formul isə iki qütblü zonda uyğundur. 
Karataj zondu naqilə birləşmiş elastiki qurğuşun lövhəcikdən 
ibarətdir. Naqilləri həmin lövhəyə lehimləyirlər. Qurğularda elek-
trodların yerinə metaldan düzəlmiş şotkadan istifadə edirlər. Az 
qalınlıqlı layları öyrəndikdə mikrozonddan istifadə edirlər, ki, burada 
nöqtəvi elektrodlar izolyatorlara bir neçə santimetrdən bir bərkidilir 
və dəmir yayla quyunun divarına sıxılır. 

f
ölçmə üsulu aşağıdakından ibarətdir. Quyu zondu (bizim hal üçün 
karataj zondu) ölçmə işləri aparmaq üçün hazırlanmış quyuya 
buraxılır. Qidalandırıcı elektroda sabit cərəyan I verilir. Zond 
quyunun dibindən quyunun ağzına qədər yük qaldıran qurğu və kabel 
vasitəsi ilə hərəkət etdirilir, bu zaman avtomatik olaraq 
arasıkəsilmədən elektrodlarda yaranan potensiallar fərqi 

U
f
ölçülür
(milliivoltlarla) yazılır. Zondun ölçüləri sabit qaldıqda və cərəyan 
şiddəti dəyişmədikdə 

U
f
əyrisi əslndə 

f
–in dəyişməsini göstərir. 

U
f
(millivoltdan) 

f
qiymətinə ( Om metrə) çevirmək üçün) yazının 
miqyasını seçmək kifayətdir. Bu zond əmsalının verilən cərəyana 
downloaded from KitabYurdu.org


305 
olan nisbətinə bərabərdir. M=K/I Yazı üçün əlverişli miqyas verilmiş 
zond üçün cərəyan şiddətini seçməklə əldə edilir. 
Fərz olunan müqavimət üsulunun nəticələrinin təhlili o deməkdir 
ki, fərz olunan mütqavimət diaqramında 

f
böyük və kiçik xüsusi 
elektrik müqavimətli layların anomaliyalarını və qalınlığını, yəni 
dərinliyini xarakterizə edərək, aydın olaraq ayırmaqdır (şəkil 96). 
Əyrinin forması və xarakteri təkcə layın müqaviməti və qalınlığın 
Şəkil
96. 
Böyük qalınlıqlı laylar qarşısında müxtəlif zondların 

f
əyriləri. 
1-potensial zond üçün; 2-qradient zondu üçün (layın alt üzü); 3-qradient 
zond üçün (layın alt üzü) xüsusi müqavimət. 


özündə yerləşdirən süxur 
üçün, 


böyük müqavimətli lay üçün, 


kiçik müqavimətli lay üçün. 
dan yox, eyni zamanda quyunun diametrindən, qazma məhlulun 
minerallaşmasından, quyunu dolduran suyun minerallaşmasından, 
süxurdakı boşluqların radiusundan, eyni zamanda süxurun 
məsaməliyindən, layda və quyuda olan mayenin təzyiqlər fərqindən 
asılıdır. Əyrinin xarakteri həm zondun növündən və ölçülərindən, 
eyni zamanda zondun ölçüləri ilə quyunun divarında layın qalınlığı 
downloaded from KitabYurdu.org


306 
arasındakı nisbətdən asılıdır. Misal üçün, müxtəlif qalınlıqlı laylarda
müxtəlif tipli zondlarla və zondun ölçüləri L arasındakı müxtəlif 
nisbətdən asılı olaraq 

f
anomaliyasına baxaq (Şəkil 96). 
Layın qalınlığı zondun ölçüsündən çox olduqda yüksək 
müqavimətli lay alt qat qradient-zonduna simmetrik olmayan əyri 
müşahdə olunur. Layın alt qatında

fmax
üst qatda isə 

fmin
qeyd 
olunur. Üst qat qradient-zondla əksinə olaraq 

fmax
, alt qat qarşısında, 

fmin
isə üst qatın qarşısında müşahidə olunur. 
Layın qalınlığı zondun ölçülərinə nisbətən kiçik olanda böyük, 
eləcə də kiçik müqavimətli laylar üçün çox çətin araşdırıla bilən 
diaqram alınır. Müxtəlif növ zondlar üçün iş zamanı ekran 
maksimumu əmələ gəlir ki, bu da bütün diaqramı dolaşığa salır və 
potensial zondla iş zamanı eyni müqavimətli müxtəlif qalınlığa malik 
olan laylarda, kiçik müqavimətli layın ortasında 

fmin
, qalın laya 
nisbətən böyük olur. 
Göstərilən əlaqələrdən nəzəri formula və qrafiklərdən istifadə 
edərək hər bir quyu üçün diaqramların təhlili aparılır və müxtəlif 
müqavimətli laylar bir-birindən ayrılır. Sonra ikinci mərhələ təhlilə 
başlayırlar, 
qonşu 
quyularda 
fərz 
olunan 
müqavimətin 
anomaliyalarını analoji anomaliya ilə müqayisə edirlər və istinad 
horizontlarını ayırırlar, yəni bütün quyularda aydın şəkidə özünü 
göstərən xarakterik anomalyaları ayırırlar. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin