320
yoxdursa, quyudakı məhlulun termoqramması əyimliyə malik olacaq.
Düz xətli o vaxt olacaq ki, dərinliyə görə temperatur təbii olaraq
qalxacaqdır (1). Əgər borunun arxasında axma varsa, onda həmin
hüdudlarda gilli məhlulun temperaturu sabit qalacaqdır (3) (şəkil 100
c).
Şəkil
100.
Quyuda su gələn yerin təyini (a b) və borunun ətrafında suyun
hərəkətinin termometrlə və rezistvimetrlə təyini (c).
Bəzi hallarda borunun arxasında su axımının olub-olmamasını
təyin etmək üçün radioaktiv izotoplar üsulundan istifadə edirlər.
Tədqiqatı adətən quyu metodundakı qamma-aktivliyi ölçməklə
aparırlar. Sonra quyuya müəyyən aktivləşmiş zənginlikli radioaktiv
izotop məhlul vurulur. Bu məhlulu laylara təzyiqlə vururlar, sonra
quyunu yuyaraq radioaktiv izotopdan təmizləyirlər.
Dostları ilə paylaş: