Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fakültə: Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri
Kafedra: Ekologiya
Fənnin adı: Ümumi ekologiya
Mövzu: 11. Biosfer və onun sərhədləri
Mühazirəçi: dos. Məmmədova L.H.
Mühazirənin planı
1. Biosferin maddi əsası
2. Atmosfer və onun quruluşu
3. Atmosferdə olan qazların ekoloji əhəmiyyəti
4. Hidrosfer və onun quruluşu
5. Litosfer və onun quruluşu
6. Biosferdə enerji və maddə mübadiləsi
7. Biosferdə canlılar və onların funksiyası
8. Noosfer haqqında anlayış
Əsas ədəbiyyat
1. Əliyev F. və başqaları Ekologiya (ali məktəblər üçün dərslik), Bakı, “Elm”, 2012
2. Əzizov A.M. Ekologiya, dərslik, Bakı, 2008
3. Məmmədov Q., Xəlilov M. Ekologiya, ətraf mühit və insan. Ali məktəblər üçün dərslik, Bakı, “Elm”, 2006
4. Məmmədov V., Yusifov E. Ekoloji menecment. Ali təhsil məktəblər üçün dərs vəsaiti. I və II cild, Bakı, 2014
5. Одум Ю. Экология/В 2-х томах/пер.с англ., Москва, 1986
6. Валова В.Д. Экология: Учебник для ВУЗов, Москва, 2007
7. Коробкин В.И., Передельский Л.В. Экология: Учебник для ВУЗов, Феникс, Ростов-на-Дону, 2015
Bakı – 2021
Biosfer və onun sərhədləri
Yer kürəsi 3 təbəqədən: 1) atmosfer – qaz təbəqəsi; 2) hidrosfer – su təbəqəsi; 3) litosfer – yer qabığı ibarətdir.
Yerdə həyatın yayıldığı təbəqəyə biosfer deyilir. Biosfer yunanca BİOS – həyat, spheria – kürə deməkdir. Biosfer elmi təliminin yaradıcısı akad. Vernadskidir. Biosfer ən böyük qlobal ekoloji sistem olub Yerdə olan bütün biogeosenozları özündə birləşdirib. Biosferin maddi əsasını aşağıdakı maddələr təşkil edir.
Canlı orqanizmlərdə toplanmış, canlı maddə və ya biokütlə.
Canlıların həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş biogen mənşəli maddələr (neft, daş kömür, əhəng, torf).
Canlıların iştirakı olmadan əmələ gəlmiş abiogen maddələri (vulkan lavaları, meteoritlər)
Abiogen proseslərdə canlı orqanizmlərin həyat fəaliyyətinin birgə məhsulu olan maddələr (bəzi atmosfer qazları (O2, CO2), torpağın üst qatı)
İnsan fəaliyyətinin məhsulu olan sintetik qeyri-üzvi və üzvi maddələr.
Biosferin yuxarı sərhədi atmosferdə 70 km hündürlüyə qədər, aşağı sərhədi litosferdə 5-7,5 km, hidrosferdə 10-11 km-də müşahidə olunur. Biosferin sərhədlərini canlı orqanizmlərin yayılmasına mənfi təsir edən mühit faktorlarının intensivliyi təyin edir.
Dostları ilə paylaş: |