N2 Azot – rəngsiz, iysiz qazdır. Azotun dövranında iştirak edən bakteriyaların vasitəsi ilə birləşmə halında torpağa düşür və yaşıl bitkilərin mineral qidalanmasında iştirak edir.
O3 Ozon – göy rəngli, kəskin qoxulu qazdır.
Ozon Yer səthindən 70 km hündürlüyə qədər müşahidə olunur, onun maksimal qatılığı 20-25 km hündürlükdə yerləşir.
Atmosferdə miqdarının çox olmasına baxmayaraq bioekoloji cəhətdən böyük əhəmiyyətə malik olan ozon təbəqəsi uzunluğu 320 nm az olan qısa dalğalı ultrabənövşəyi şuaları udur və canlıları onun öldürücü təsirindən qoruyur. UB şuaların təsiri nəticəsində atmosferin hündürlüyündə oksigen həm molekulyar, həm də atomar formada toplanır və birləşərək O3 əmələ gətirir.
O2+O O3
O3 havanı təmizləyir, su mənbələrini O2 ilə zənginləşdirir, buna görə də havada O3 olması onun təmizlik əlaməti sayılır. O3 ən çox ildırım və şimşək çaxdıqdan sonra əmələ gəlməklə yüksək oksidləşdirici təsirə malikdir. O3 suyun zərərsizləşdirilməsində istifadə olunur, təbiətdə O3-la müalicə aparılır. O3 miqdarı normadan çox olduqda tənəffüs yolları qıcıqlanır və ağciyərin iltihabı baş verir.
CO Dəm qazı – rəngsiz, iysiz zəhərli qazdır. Əsasən partlayış, yanğın nəticəsində yaranır və avtomobillərdən çıxan tüstü və hislə qarışır. CO qanın hemoqlobini ilə birləşərək çox davamlı (O2-dən 200 dəfə möhkəm) karboksi hemoqlobin əmələ gətirir, bu da toxumalarda O2 azlığı yaradır və bəzi hallarda ölümə səbəb olur. atmosferin yuxarı qatlarında (18-32 km-də) ozonun təsirindən CO→CO2 çevrilir.
Hidrogen – sulfid (H2S) – rəngsiz, kəskin lax yumurta iyi verən qazdır, atmosfer havasına sənaye müəssisələrdən, elektrik stansiyalardan, kimya kombinatlarından, üzvi tullantıların parçalanmasından əmələ gəlir. Havada bir neçə saat ərzində SO3-ə çevrilərək su və torpaq tərəfindən udulur. Atmosfer havasına H2S miqdarı çox azdır, qatılığı 0,01% artıq olduqda zəhərlənməyə, ağır hallarda isə ölümə səbəb olur.
Dostları ilə paylaş: |