Fənnin adı: Ümumi ekologiya Mövzu: 11. Biosfer və onun sərhədləri



Yüklə 44,23 Kb.
səhifə4/6
tarix30.04.2023
ölçüsü44,23 Kb.
#105247
növüMühazirə
1   2   3   4   5   6
Mövzu-11. Biosfer və onun sərhədləri

Karbon qazı (CO2) – rəngsiz, suda yaxşı həll olunan turş dada malik olan qazdır. CO2 üzvi maddələrin parçalanmasında, çürümə, qıcqırması nəticəsində tənəffüsdə əmədə gəlir, bitkilər tərəfindən fotosintezdə istifadə edilir. Atmosfer havasında CO2-nın miqdarı dəyişilməzdir, bunun əsas səbəbi isə CO2-nın bitkilər tərəfindən və su mənbələri tərəfindən (çaylal, göllər və s.) mənimsənilməsi, yağış suyu ilə yuyulub aparılması və hava cərəyanıdır. Karbon qazının havadakı yol verilə bilən həddi 0,05% hesab olunur.
Qeyd etmək lazımdır ki, son illərdə atmosfer həm antropogen, həmdə təbii yolla kənar maddələrin qaz, maye, maddə buxarlarının daxil olması, onun sürətlə çirklənməsinə səbəb olur. Hər il atmosferə 3∙109 t. qaz və aerozollar daxil olur ki, bunun 3∙108 tonu insan fəaliyyəti ilə bağlıdır.
Atmosferdə vulkan püskürmələri, tənəffüs, yanacaqların yandırılması, bakteriyaların fəaliyyəti, çürümə prosesləri nəticəsində CO2, CO, kükürd qazı, azot birləşmələri, ağır metalların (Pb, Hg, Cu, Cd, Co) oksidləri, kimya və neftkimya sənayesinin inkişafı ilə əlaqədar üzvi və mineral maddələr, atom və elektrik stansiyaları, nəqliyyat vasitələri ilə müxtəlif qazlar, radioaktiv maddələr, kənd təsərrüfatı sahələrindən pestisidlər və s. daxil olur. Atmosferə daxil olan ilkin maddələr sonradan fiziki-kimyəvi proseslərə (fotokimyəvi, oksidləşmə, katalitik və hidrokatalitik) məruz qalaraq ikinci qrup atmosfer çirkləndirilərini – aerozolları, turşuları və s. əmələ gətirirlər.


Hidrosfer
Yer səthinin su örtüyü hidrosfer adlanır. Hidrosferdə olan suyun ümumi həcmi 1,46∙109 km Dünya okeanı Yer səthinin 70,8% örtür.
Yerin geoloji tarixi inkişafında hidrosferin əmələ gəlməsi bir təsəvvürə görə onun daxilində gedən kimyəvi proseslər nəticəsində yuvenil maqmatik suların (подземные воды, поступающие из глубины земли) hesabına formalaşmışdır.
Başqa təsəvvürə görə hidrosfer ilkin atmosferdə olan su hissəcikləri kondensasiya olaraq, yer səthinə qaynar yağışlar şəklində düşüb və Dünya okeanın əmələ gəlməsinə səbəb olub. Okean sularında bir çox elementlər həll olunmuş, şəkildə rast gəlir. Məsələn, Cl – 19,00 q/l, Na – 10,50 q/l, Ca – 0,40 q/l və s. Qazlardan isə CO2 üstünlük təşkil edir. Okean və dəniz suyun temperaturu səthdə yüksək olub (məsələn, ekvatorda 27°-29°C) dərinliyə getdikcə azalır. Qütblərdə okean sularının səthində temperatur mənfi olur.
Dünya okeanında orta dərinlik 3795 m, maksimum dərinlik isə 11034 m-dir (Marian çökəkliyi) – на западе Тихого океана близ Японии.
Ayın cazibə qüvvəsinin təsiri altında okean və dənizlərdə qabarmalar və çəkilmələr baş verir və onlar sutkalıq, yarım sutkalıq və qarışıq kimi formalarda özünü birüzə verirlər. Kanadakı Fandi körfəzində qabarma dalğasının hündürlüyü 18 m, Şimal dənizində Belçikanın sərhədlərində 4-5 m, Peterburqdakı Fin körfəzində isə 5 sm hündürlüyə çatır.
Canlı aləmin formalaşması okean sularında baş vermişdir. Okeanların flora və faunası çox qədim tarixə malikdir və olduqca dayanaqlı olması ilə quruda yaşayan canlılardan fərqlənir. Suyun 100 m-dən aşağı heç bir şüanı – işıq, rentgen, elektromaqnit buraxmaması canlıların qorunmasını təmin edir. Areal və yaşayış tərzinə görə Dünya okeanın canlıları 3 əsas qrupa bölünür:

  1. plankton – su səthinədə asılı halda yaşayan kiçik canlılar: fitoplakton (göy-yaşıl yosumlar, xlorella və s.) və zoorplankton (ibtidailər, xərçənykimilər (dafniya, siklop)


  2. Yüklə 44,23 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin