Muhazirə 6. Fiziki—kimyəvi analiz metodları, təsnifatı. Məlum olduğu kimi analitik metodlar analitik siqnalın alınmasına və intensivliyinin ölçülməsinə görə kimyəvi, fiziki-kimyəvi və fiziki metodlar olmaqla 3 qrupa bölünür.
Fiziki-kimyəvi analiz metodları kimyəvi tarazlıqda olan sistemdə maddələrin tərkibi və xassələri arasındakı asılılığın öyrənilməsinə əsaslanır. Bu metodlarla təyinatın nəticələri bir qayda olaraq “tərkib-xassə” qrafiki asılılıqları ilə ifadə olunur. Bu asılıqlardan istifadə etməklə analiz olunan sistemdə olan maddələrin tərkibinin vəsfi və miqdari təyini üçün onların olduqca müxtəlif xassələrindən istifadə olunur. Bu xassələrdən asılı olaraq fiziki-kimyəvi analiz metodları 3 qrupa bölmək olar.
Spektral analiz metodları
Elektrokimyəvi analiz metodları
Digər metodlar
Qeyd etmək lazımdır ki, kimyəvi analiz metodları elmi-texniki tərəqqinin nəticələri, habelə elm, texnika və xalq təsərrüfatının daim yeniləşən sahələrinin, eləcə də yeni sahələrinin inkişafı ilə əlaqədar lazımi tılabatlara cavab vermık iqtidarında deyil.