XVI FƏSİL
FİZİKİ-KİMYƏVİ MƏNŞƏLİ ÜSULLAR
§62. Təbii elektrik sahəsi üsulu
Təbii elektrik sahəsi üsulu Yer qabığının səthinə yaxın sulfidli,
kobaltlı, qrafitli, maqnetitli, nikelli, antrasitli, piritli, pirrotinli və
kömürlü süxur layları ətrafında yaranan yerli elektrik sahəsinin
öyrənilməsinə əsaslanıb.
Təbii elektrik sahəsi yerdə insan müdaxiləsi olmadan elektrik
hərəkət qüvvəsi sayəsində kimyəvi, süzulmə və diffuziya prosesləri
zamanı baş verir.
Təbii elektrik sahəsi eyni zamanda məsaməli laylarda suyun
dövriyyəsi nəticəsində, filiz kütlələrinin sərhədində, yaxud da müxtə-
lif keçiricili iki layın sərhəddində, həmçinin yer altında süni
yaradılmış qurğuların ətrafında (su, qaz boruları, dəmir yolu relsləri)
yaranır.
Təbii elektrik sahəsinin yaranmasının əsas səbəbi fiziki-kimyəvi
proseslərdir, bu sulfid yataqlarında aşınma nəticəsində oksidləşmə və
bərpaolma reaksiyaları zamanı filiz kütləsinin iştirakı ilə baş verir.
İstənilən elektrik hərəkətverici qüvvəsi tərəfindən filiz kütləsində
polyarizasiya baş verir, onda həmin ərazi üzərində təbii elektrik
sahəsi müşahidə olunur. Kəsilişin üst qatı oksigenlə zəngin olur. Filiz
kütləsi su ilə oksidləşmə reaksiyasında iştirak edir, öz elektronlarını
ona verərək müsbət yuklu potensial əldə edir, bu kütləni özündə
yerləşdirən mühit isə yüklənərək mənfi potensiala malik olur (şəkil
70).
Kəsilişin alt hissəsində bərpaolunma reaksiyası nəticəsində filiz
kütləsi elektronları özünə birləşdirir və mənfi potensial yaradır,
kütləni özündə saxlayan mühit isə müsbət yüklü potensiala malik
olur. Yüklərin belə paylanması elektrik sahəsinin yaranmasına səbəb
olur. Ona görə də filiz yataqları üzərində mənfi potensiallı elektrik
sahəsinin yaranmasına səbəb olur və müşahidə edilir. Mənfi
downloaded from KitabYurdu.org
212
potensiala malik olan anomaliya filiz kütləsinin yerləşdiyi
dərinlikdən və onun ölçülərindən asılıdır.
Təbii elektrik sahəsi üsulu hidrogeoloji və dağ mühəndis
tədqiqatlarında, torpaq sularının axma istiqamətinin təyini, torpaq
layları altında çat suların çıxdığı yerin, su quyularında suyun süzülüb
yığılmasının və s.-nin öyrənilməsində ən geniş istifadə olunan
sahədir. Bundan başqa bu üsul faydalı qazıntıların yüksək keçirici
Şək.
70.
Sulfid yatağı üzərində təbii elektrik sahəsinin yaranması.
süxurların xəritəyə alınmasında geniş istifadə olunur. Təbii
elektrik sahəsinin ölçülməsi Yerin səthində, quyuda, yeraltı dağ mə-
dən istehsal yerlərində aparılır. Elektrodlar arasında potensiallar
fərqinin qiyməti M elektrodunun yerləşdiyi məntəqənin potensialı
adlanır. (şəkil 71 a 1,2,3 məntəqə).
Potensial üsulla görülən iş qəbuledici elektrodlardan M birinin
yerini dəyişməklə aparılır, ikinci elektrod N ana xətt üzərində
tərpənməz yerləşdirilir və potensialın qiyməti həmin nöqtədə sıfır
qəbul olunur. Potensialın qiyməti əyri və bərabər potensial xəritəsi
kimi göstərilir (bax şəkil 72 a,b).
downloaded from KitabYurdu.org
213
Potensialın izoxəttinin xarici görünüşü filiz kütləsi haqda ümumi
təsəvvür yaranmasına imkan verir. Layın oxunun kiçik qiyməti
axtarılan hədəfin yerləşdiyinə uyğun gəlir. Mənfi anomaliyalar bir
qay
da olaraq sulfid yataqları, kömür layları, antrasit və qrafit layları
üzərində əmələ gəlir.
Şək.
71.
Potensial üsulu ilə müşahidə sxemi (a) qradient potensialı (b)
ÖC ölçmə cihazı.
downloaded from KitabYurdu.org
214
Şək.
72
Təbii sahə üsulu ilə aparılan işin nəticələri. a- Tərkibində
müxtəlif metallar olan damarlar üzərində sahə qrafiki. b-Damar üzərində
bərabər potensiallı izoxətlərin planı.1. Tərkibində müxtəlif metallar olan
damar. 2. Damarları özündə yerləşdirən mühit.
Yeraltı süzülüb axan suları öyrənən zaman müxtəlif işarəli
anomaliyalara təsadüf oluna bilər, bu, suyun axma istiqamətindən
asılıdır. Süzülüb gələn lay suyu üzərində mənfi, mənbə üzərində isə
müsbət anomaliya müşahidə olunur. Təbii sahə suyun altında
gizlənən süzülüb axma mərkəzinin aşkar edilməsində böyük rol
oynayır, bu, su anbarlarının altında süzülüb axan suların istiqamətini
izləməyə imkan verir. Bunun üçün bir məntəqədən müxtəlif
istiqamətdə müşahidələr aparılır (şəkil 73).
Şək.
73.
Yeraltı suların axma istiqamətinin təbii elektrik sahəsi üsulu
ilə təyini. a-qəbuledici xətlərin yerləşdirilməsi. b-
U dəyişməsi.
Mərkəzi müşahidə nöqtəsindən bütün istiqamətlərdə potensiallar
fərqini ölçmək qəbuledici (M
1
N
1
M
2
N
2
) xətlərin uzunluğuna uyğun
məsafədə aparılır. Kəsiklərinin sonu
U
1
U
2
U
3
U
4
bir-biri ilə
birləşdirirlər və səkizə oxşar fiqur alınır. Bu fiqurun uzun oxu yeraltı
suların axma istiqamətini göstərir. Axımın istiqaməti əmələ gələn
qradientin işarəsindən asılıdır: məntəqə axma istiqamətindən aşağıda
yerləşmiş olsa, orada potensial böyük olacaq. Misal üçün əgər şəkil
73 b-də N
1
məntəqəsində potensial, M
1
məntəqəsindəki potensialdan
çoxdursa, deməli suyun axma istiqaməti M
1
-dən N
1
tərəfədir.
Nəticədə demək lazımdır ki, şaquli zondlama üsulu çox sadədir,
səmərəlidir və əlverişli geoloji şəraitdə yaxşı nəticələr verir.
downloaded from KitabYurdu.org
|