Xələfli A. A


XXIV Fəsil  RADİOAKTİV ŞÜALANMALARI ÖLÇMƏK ÜÇÜN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə133/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   129   130   131   132   133   134   135   136   ...   168
geofiziki kesfiyyat usullari

XXIV Fəsil 
RADİOAKTİV ŞÜALANMALARI ÖLÇMƏK ÜÇÜN
CİHAZLAR VƏ LƏVAZİMATLAR 
Radioaktiv izotoplar bunu əhatə edən mühiti ionlaşdırır, 
işıqlandırır və başqa hadisələrə səbəb olur. Bu hadisələri öyrənmək,
qeyd etmək və radioaktiv şüalanmaları ölçmək üçün üsullar 
yaradılmışdır. Müasir radiometrik cihazlarda həssas kimi (detektor 
yaxud indikator) şüalanmaları qeyd etmək üçün qaz ionlaşma və 
lüminesent detektorlardan istifadə edirlər. 
 
§ 96. Şüalanma detektorları(hesablayıcılar)
Qaz ionlaşma detektorları bu detektorlar ionlaşma cərəyanın 
(yaxud cərəyan impulsunu) ölçmək ücün düzədilibdir, bu ionlaşma 
şüalanma ilə yaradılır. Nüvə geofizikasında əsasən qaz boşalmaları 
hesablayıcısından (detektorlardan) istifadə olunur, ionlaşma qamma 
kvant, betta hissəcikləri və neytronlarla baş verir və ionlaşma 
cərəyanları ölçülür. Hesablayıcı içi qaz qarışığı ilə dolu şüşə 
balondur (şəkil 93 a). Silindrin gövdəsi içəridən metalla örtülüb, iki 
başına
downloaded from KitabYurdu.org


285 
Şəkil
93. 
Detektorun sxemi. a-qazboşalmalı detektor; 1-balon; 2-katod; 3- 
anod; b-sisintilyasion detektor; 1-sisintilyator; 2-əksetdirici; 3- 
fotoelektron gücləndiricisi; 4-fotokatod; 5-fokuslayıcı dinod; 6-dinodlar; 7-
anod. 
birləşdirilmiş volfram sap balonun mərkəzindən keçir. Sap anod 
rolunu oynayır, balonun metalla örtülən daxili səthi katod rolunu 
oynayır. Katodun materialı poladdan, qrafitdən, nikeldən, volfram 
yaxud ixromdan olur. Balonun boşluğu qaz qarışığı ilə doldurulur, 
qazın tərkibi hesablaycının hansı məqsəd üçün istifadə olun-
masından asılıdır. Betta və qamma şüalanmalarını qeyd etmək üçün 
təsirsiz qazlardan (arqon neon) və izopentan buxarından istifadə 
edirlər. Neytronları qeyd etmək üçün balonun içi az təzyiq altında üç 
ftorlu bordan, yaxud amorf bor qarışığı izotopundan istifadə olunur. 
Betta və qamma şüaları hesablayıcıdan keçərək balonun metallik 
səthindən elektronu ötürərək iona çevrilir və anoda, ya da katoda 
tərəf yönələrək, impuls gərginlik yaradır, boşalma baş verir. Ölçmə 
qurğusuna daxil olan impuls cərəyanının miqdarı radioaktiv 
şüalanmanın intensivliyi ilə mütənasibdir. 
Hesablayıcının elektroduna çatan ionların sayının radioaktiv 
hissəciklərinin təsirinlə yaranan ümumi ionların sayına olan nisbətinə 
qaz gücləndirici əmsalı deyilir (QGƏ). QGƏ

10
3
bu qiymətində 
anoda toplanan ionların (elektron) sayı ümumionlarla mütənasiblik 
downloaded from KitabYurdu.org


286 
təşkil edir. Göstərilən rejimdə işləyən hesablayıcılara mütənasiblik 
hesablaycıları deyilir. Bunları rentqen radiometrik cihazlarında 
istifadə edirlər. 
Qaz boşalmaları hesablaycılarının səmərəliliyi faizlə təyin 
olunur 

qeyd

0
%
yəni hesablayıcıda qeyd olunan ionların yaxud kvantların ümumi 
ionların sayı yaxud kvantların sayına olan nisbətinə bərabərdir.
Qaz boşalmaları hesablayıcılarının səmərəliliyi 2—3 % təşkil 
edir. O, qəbul olunan şüalanmanın enerjisindən və katodun 
materialından asılıdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin