Xələfli A. A


§ 95. MADDƏLƏRLƏ NÜVƏ ŞÜALARININ QARŞILIQLI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə131/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   127   128   129   130   131   132   133   134   ...   168
geofiziki kesfiyyat usullari

 
§ 95. MADDƏLƏRLƏ NÜVƏ ŞÜALARININ QARŞILIQLI 
TƏSİRİ
downloaded from KitabYurdu.org


281 
Neytronun maddə ilə qarşılıqlı təsirdə olmasını onunla təyin 
etmək olur ki, bu hissəciklər elektrik yükünə malik deyil, ona görə də 
neytron istənilən nüvəyə, hətta ən ağır nüvələrə asanlıqla daxil olur. 
Neytron seli nüvəyə çatan kimi nüvə reaksiyası başlayır və buradan 
elastik və qeyri-elastik səpilmə radiasiya zəbti, nüvə parçalanması 
baş verir. 
Elastiki və qeyri elastik səpilmə prosesində neytron öz 
enerjisinin çox hissəsini nüvəyə verir və bunun nəticəsində özünün 
hərəkət sürəti azalır. 
Qeyri-elastik səpilmədə neytron nüvənin xarici orbitində hərəkət 
edir. Bu o zaman baş verir ki, nüvə çox ağır olsun, yəni D.İ.Men-
deleyev cədvəlinin axırında yerləşən lərdir. Elastik səpilmə 
neytronun, nüvənin dərin qatlarında hərəkəti zamanı baş verir. 
Elastiki səpilmədə neytron öz enerjisini nüvəyə verir və hərəkət 
sürəti azalır, bu proses kiçik kütləli nüvələrdə baş verir. Öz enerjisini 
itirmiş neytron nüvə tərəfindən zəbt olunur (udulur, bunun 
nəticəsində nüvədə süni radioaktivlik həyəcanlanması başlayır; 
udulma prosesində qamma, kvant, proton, alfa hissəcik buraxılır, ən 
ağır nüvələrdə (uran, tori) neytronun təsiri ilə bölünmə prosesi 
başlaya bilər. 
Beləliklə, neytron seli maddədən keçdikdə öz enerjisinin bir 
hissəsini itirərək sürətini azaldır və atomun nüvəsi tərəfindən 
neytronun bir hissəsi zəbt olunur. Selin yavaşıması intensivliyi və 
yeni yaranan radiasiya şüalanması qiymətcə təyin oluna bilər, yəni 
ölçülə bilər. 
Neytron mənbəyi olaraq çox hallarda təbii radioaktiv lərdən ra-
dium və beriliumun qarışığı (Ra-Be), polonium, berillium (Po- Be), 
plutoni və berillium (Pu-Be) və s. yaxud nüvə reaktorlarından 
istifadə edirlər. Mənbəyin növündən asılı olaraq neytronun enerjisi 
geniş hüdudda dəyişir. Enerji xüsusiyyətlərinə görə neytronlar böyük 
sürətli (0,5 MeV çox), orta sürətli (0.001- 0,5MeV), yavaş sürətli 
(0,001MeV az), rezonanslı (1-10 eV) istilik üzrə (0,05 eV), istilik 
(0025 eV) növlərə bölünürlər. Süxurları neytronlarla tədqiq edəndə 
çox hallarda sürətli neytronlardan istifadə edirlər. Neytronların 
downloaded from KitabYurdu.org


282 
süxurlarda yavaşımasını yavaşıma məsafəsi ilə qiymətləndirirlər L
bu, elə məsafədir ki, orada neytronun enerjisi müəyyən ədəd qədər 
azalır (E
0
/E
n
)=sonst. L kəmiyyəti süxurda yüngül lərin, birinci 
növbədə hidrogen saxlayan (su, neft, qaz) neytronların sürətini güclü 
azaltmaqla səciyyələnir. 
Qamma kvantın
maddələrlə qarşılıqlı təsirdə olması 
fotoelektrik udma (fotoeffekt), kompton səpilməsi, elektron cütünün 
yaranması, pozitron, flüresensiya şüalanması və s. kimi fiziki 
proseslərlə müşayiət olunur. 
Fotelektrik udulma (fotoeffekt). Qamma kvant öz enerjisinin 
hamısını atomdan elektronun çıxmasına verir. Orbitdən çıxan 
elektron ətraf mühiti ionlaşdıraraq öz enerjisini verir və onun 
tərəfindən udulur. 
Komton səpilmə
qamma kvantların elektronlardan elastik 
səpilməsidir. Qamma kvant öz enerjisinin bir hissəsini elektrona 
verərək özünün düzxətli hərəkətindən kənara çıxır, həm udulma, həm 
də enerjinin səpilməsi prosesi baş verir. Atomdan vurulub çıxarılan 
elektron ətraf mühiti ionlaşdırır və atom tərəfindən udulur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin