278
1,46 MeV, uran ailəsindən olan izotoplar üçün 0,093-176 MeV,
torium ailəsi üçün 0,23-262 MeV-dir.
Bu imkan verir ki, qamma
şüalanmanın spektrlərini yuxarıda göstərilən qrup izotopları tə'yin
etmək üçün istifadə etmək olar.
Radioaktiv şüalanmanın əhatə olunduğu mühitlə qarşılıqlı
təsirdə olması müxtəlif proseslərin və hadisələrin baş verməsi ilə
gedir. Qamma hissəciklərin ətraf
mühitdə maddələrin nüvəsi
tərəfindən udulması, nüvə və elektronlardan hissəcklərin səpilməsi
hadisəsinə uyğun səpilmə, maddənin ionlaşması,
atomun xarici
orbitindən elektronun vurulub çıxarılması, istiliyin ayrılması,
lüminisensiya hadisəsi, yəni işıq şüası buraxması ilə izah olunur.
Dostları ilə paylaş: