14
Elektron yerdəyişmə polyarizasiyası elektrik sahəsinin təsiri
nəticəsində atomun daxilində elektronun nüvəyə nisbətən elastik
yerdəyişməsi kimi təsəvvür etmək olar. Elektronun nüvəyə nisbətən
yerdəyişməsi nüvə ilə elektron arasında mövcud olan və bu
yerdəyişməyə maneçilik törədən kvazielastik qüvvəyə üstün
gəlməsidir. Dielektrikə elektrik sahəsi ilə təsir etdikdə kvazi elastik
qüvvə nə qədər azdırsa, dipolun elektrik momenti bir o qədər çox
olur.
Elektron yerdəyişməsi ilə əlaqədar olan dielektrik nüfuzluğu
temperaturdan asılı olmamalıdır. Həqiqətdə isə elektron yerdəyişməsi
ilə əlaqədar olan dielektrik nüfuzluğu temperatur artdıqca azalır.
Elektrik sahəsinin təsiri ilə bir yükə malik olan ionun, yüklü
iona nisbətən yerdəyişməsinə ion yerdəyişmə polyarizasiyası deyilir.
İon polyarizasiyası ion qəfəsli bərk cisimlərdə və iona malik olan
amorf dielektriklərdə təzahür edir.
Dostları ilə paylaş: