13
II Fəsil
SÜXURLARIN DİELEKTRİK XASSƏLƏRİ
Mühitin elektrik xassələri
onun dielektrik nüfuzluğu, xüsusi
müqaviməti və dielektrik itkisi ilə təsvir olunur.
Süxurun dielektrik nüfuzluğu elektrik xassəsinin vacib kəmiy-
yətlərindəndir və böyük müqavimətə malikdir. Bu kəmiyyətin
öyrənilməsi elektrik kəşfiyyatında
dəyişən cərəyandan istifadə
edilməsində böyük əhəmiyyət kəsb edir.
Dəyişən cərəyan buraxılan süxurda baş verən hadisələrə
dielektriklərin polyarizasiyasının nəzəri müddəası kimi baxmaq
lazımdır.
Dielektriklərin polyarizasiyası.
Dielektriklər
atomlardan,
molekullardan yaxud ionlardan ibarətdir və keçirici metallardan fərq-
li olaraq nəzərə çarpacaq dərəcədə Yerinii dəyişən sərbəst elektrona
malik deyil. Buna görə də istənilən dielektriklərdə
yüklü
zərrəciklərin yerdəyişməsi məhduddur və əgər maddə polyar
molekullara malikdirsə, onun sahə
istiqamətində qütbləşməsi
müşahidə olunur.
Elektrik sahəsinin təsiri ilə yüklü zərrəciklərin yerdəyişməsi və
polyar
molekulların
istiqamətli
düzülüşünə
dielektriklərin
polyarizasiyası deyilir.
Polyarizasiya
olunmuş
dielektriklərin
əsas
elektron
xüsusiyyətini təsvir edən kəmiyyət vahid həcmdəki elektrik
momentidir (I,) başqa sözlə polyarizasiyanın intensivlik vektoru
adlanır. Polyarizasiyanın intensivlik vektoru
dielektrikin içində mənfi
yükdən müsbət yükə tərəf yönəlir.
Bircinsli dielektriklərdə gərginlik vektoru, elektrik sahəsinin
gərginliyi E-yə uyğundur və bunlar arasında düz mütənasib asılılıq
mövcuddur I=
E;
burada
dielektrik nüfuzluğu adlanır. Dielektrik-
lərin elektrik polyarizasiyası mürəkkəb fiziki hadisədir.
Müxtəlif struktura malik olan dielektriklərin polyarizasiuası
mexanizmi eyni deyildir, bununla əlaqədar
olaraq bir neçə növ
polyarizasiya mövcuddur. Dielektriklər polyarizasiyaya görə iki sinfə
ayrılır: yerdəyişmə polyarizasiyası və relaksasiya polyarizasiyası.
downloaded from KitabYurdu.org
14
Elektron yerdəyişmə polyarizasiyası elektrik sahəsinin təsiri
nəticəsində atomun daxilində elektronun nüvəyə nisbətən elastik
yerdəyişməsi kimi təsəvvür etmək olar. Elektronun nüvəyə nisbətən
yerdəyişməsi nüvə ilə elektron arasında
mövcud olan və bu
yerdəyişməyə maneçilik törədən kvazielastik qüvvəyə üstün
gəlməsidir. Dielektrikə elektrik sahəsi ilə təsir etdikdə kvazi elastik
qüvvə nə qədər azdırsa, dipolun elektrik
momenti bir o qədər çox
olur.
Elektron yerdəyişməsi ilə əlaqədar olan dielektrik nüfuzluğu
temperaturdan asılı olmamalıdır. Həqiqətdə isə elektron yerdəyişməsi
ilə əlaqədar olan dielektrik nüfuzluğu temperatur artdıqca azalır.
Elektrik sahəsinin təsiri ilə bir yükə malik olan ionun, yüklü
iona nisbətən yerdəyişməsinə ion yerdəyişmə polyarizasiyası deyilir.
İon polyarizasiyası ion qəfəsli bərk cisimlərdə və iona malik olan
amorf dielektriklərdə təzahür edir.
Dostları ilə paylaş: