15
obyekt olduğundan onun fiziki xassələrinin
kimyəvi və mineral
tərkibindən asılı olaraq qanunauyğunluğun dəyişməsinin təyin
edilməsinə çətinlik törədir. Süxurlarda minerallardan başqa mineral
sular və
məhlullar, bəzi süxurlarda neft maye fazası var. Süxurlarda
maye fazanın miqdarı dielektrik nüfuzluğunun mütləq qiymətinə təsir
edir, bu bəzi hallarda əsas rol oynayır, xüsusilə kiçik tezliklərdə
özünü daha aydın büruzə verir.
Çökmə süxurlarında süxur əmələ
gətirən minerallardan kalsit,
dolomit və kvars çox yaolanlardandır. Kalsit və dolomitin dielektrik
nüfuzluğunun kvars mineralının dielektrik nüfuzluğundan çox
olduğu müəyyən edilmişdir. Ona görə də tərkibində kalsit və dolomit
mineralları olan süxurlarda dielektrik nüfuzluğu kvarslı süxurlardan
böyük olduğu təyin edilmişdir. Metamorfik
süxurlarda dielektrik
nüfuzluğunun kvarsitlərdə mərmərə nisbətən az olduğu aşkar
olunmuşdur.
Maqmatik süxurlar mineral tərkibinə görə çökmə və
metamorfik süxurlardan daha mürəkkəbdir. Maqmatik süxurların
tərkibində bir, iki yox, daha çox mineral mövcud olur.
Maqmatik
süxurlarda dielektrik nüfuzluğu əsasən turş və əsasi süxurlardan
fərqlənir.
Dielektrik nüfuzluğu əsasi və ultraəsasi süxurlarda, turş
süxurlara nisbətən daha çoxdur.
Deyilənlərdən başqa müəyyən
olunub ki, əsasilık artdıqca dərinlik də artır və filiz minerallarının
miqdarı artır, bunun hesabına da dielektrik nüfuzluğu artır.
Dostları ilə paylaş: