12
edir. Hal-hazırda müəyyən olunub ki, süxurların
elastik xassələri
təzyiqin 1000-1500 kq/sm qiymətlərində baş verir, bu çatlara bənzər
məsamələrin bağlanması hesabına baş verir.
Süxurlarda məsamələrin və çatların olması süxurun tərkibində
sərbəst və bağlı suların olmasına gətirib çıxarır. Bağlı su iki növ olur,
biri
süxurla möhkəm əlaqəli, digəri isə zəif bağlı olur. Sərbəst su
ağırlıq qüvvəsinin təsiri nəticəsində
hərəkət edərək süxurun
əriməsinə səbəb olur. Maqmatik və metamorfik süxurlar az
məsaməliliyə malikdir.
Kollektor süxurlarda məsaməliliklə yanaşı, süxurların
nüfuzluğu (süxurların su, qaz buraxma qabiliyyəti) böyük əhəmiyyət
kəsb edir. Süxurlar nüfuzluğuna görə çox fərqlənirlər.
Dostları ilə paylaş: