Əhsənül xaliq
Əzzəl bismillah nameyi heydər,
Göydən yerə endi əhsənül xaliq.
Doxsan min kəlməni bəyan eylədi,
Onda nə buyurdu əhsənül xaliq.
Sureyi Əlhəmdi quranı binnət,
Ərrəhman, irrəhman pakizə sünnət.
Yusə bismillah, mahı səmavət,
Fatiə, bərəkətullah əhsənül xaliq.
158
Xəstə Qasım deyər fəhm edə bilməm,
Baratı, yasini fəhm edə bilməm.
Bu dünyanın işin fəhm edə bilməm,
Özün qismət eylə əhsənül xaliq.
Əlindədi
Bu gün bir molla görmüşəm,
Kəlam ullah əlindədi.
Oxur əzbərdən quranı,
Kəlmeyi yusəbbeh dilindədi.
Bilirəm vacib sünkəti,
Heç kimə qılmam minnəti.
Səkkiz rizvan cənnəti,
Şahlar şahının əlindədi.
Bir xudanın zikrin eylə,
Bir Allahın şükrün eylə.
Qasım getmək fikrin eylə,
Gəlmək Allah əlindədi.
|