Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə58/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   54   55   56   57   58   59   60   61   ...   65
Xeste Qasım

 
-  Əlinin qollarından sallaşın belə  möhkəm 
vurmasın. 
 
Əli  qılıncı  çəkib  Məhrəbi  vurur.  Qılınc 
Məhrəbdən  necə  keçirsə  heç  nə  hiss  etmir. 
Məhrəb deyir: 
 
- Mənə neylədin?  
 
Əli deyir:  
 
- Heç bir yerin ağrımadı? 
 
- Bir az alnım ağrıdı.  
 
-  Allah  sənə  lənət  eləsin.  Sənin  alnın  mö-
hür  tanımır.  Sənin  dilində  “La  İləha  İlləllah” 
kəlməsi,  ürəyində Əli məhəbbəti yoxdur. Həmin 
sözləri  Xəstə  Qasım  Cənab  Əlinin  dilindən  belə 
deyir.  
 
O bəndi bağladı, üstündə durdu. 
Aya şəkk edib, günah artırdı. 


 
222
Şəhadət barmağıyla vurdu, sındırdı, 
Xeybərə gətirdi yadullahını. 
 
 
Müştehid dedi: 
 
- Başa düşmədim. 
Qasım izah edir ki, o vaxt bir div olur. O bir gün 
bir otaqda gücünü sınayırdı. Bu vaxt Cənab Əmir 
cavan oğlan şəklində qapıdan girib, dedi: 
 
-  Ey  pəhləvan,  icazə  ver  mən  sənin 
barmaqlarından bağlıyım, sən onu qır. 
Ağ div təpindi ki,  a bala çıx eşiyə. Yanındakılar 
dedi,  əşi  uşaqdı  o  neyliyəsidir.  Div  razılaşır. 
Əmir bunun barmaqlarını xurmanın lifiynən bağ-
layır  və deyir ki, indi qır. 
 
Pəhləvan  nə  qədər  eləyirsə  qıra  bilmir. 
Axırıncı  Peyğəmbərimiz  dünyaya  gələndə  gedib 
ona şikayət eliyir. Deyir məni bu günə salan siz-
lərdəndi.  Məni  azad  et.  Məhəmməd  Peyğəmbər 
(ə) yön çevirib deyir: 
 
- Ya Əli, dustağını azad elə. Bu zaman Cə-
nab  Əmir  həmin  donda  qapıdan  içəri  girir.  Onu 
görən Pəhləvan az qalır qaçıb getsin.  Əmir deyir 
ki, qorxma. Sonra xurmanın dənəsi ilə lifi vurub 
açır.  
      Söhbətin bu yerində Müştehid Qasıma deyir: 
      - Oğul, burda bir söz də dedin: 
     “Ayı mişak edib, günah artırdı”. Bəs o nədir? 
Qasım cavab verir: 


 
223
 
- Bir Sail Yəhudiyə borcluydu. Onların da-
nışığı  olmuşdu.  Sənin  borcunu  səhər  gün  anası-
nın  qoynundan  çıxanda  verəcəm.  Gün  anasının 
qoynundan  yenicə  çıxanda  Yəhudi  gəlib  qapını 
kəsir  ki,    borcumu  ver.  Yəhudinin  bir  fikri  olur 
ki,  Sailin  bir  qızı  var  onu  apara.  Sail  gördü  ki, 
borcunu verə bilmir. Cənab Əliyə üz tutub xahiş 
edir ki; 
 
- Ya Cənab Əli məni dardan qurtar. Ya kö-
məksizlərin köməyi!.  
 
 Cənab  Əmir  qoca  kişi  surətində  qapıdan 
içəri girir və soruşur: 
 
- Nə olub?  
 
Sail deyir:  
- Danışığımız var. 
Cənab Əmir: 
 
- Nə qədər borcunuz var?   
 
- 30 manat,  
 
- 50 manat verirəm.  
 
Yəhudi dedi:  
 
- Söz danışıqdan keçər. 
 
Əmir: 
 
- Yüz manat verirəm.   
 
- Söz danışıqdan keçər.  
 
- İki yüz manat verirəm.   
 
- Söz danışıqdan keçər.  
 
 Cənab Əmir: 
 
- Necə yəni? 


 
224
 
Yəhudi deyir: 
 
 -  Danışığımız  var.  Gün  anasının  qoynun-
dan doğanda.  
 
Cənab  Əmir  çölə  çıxdı  və  günə  işarə 
edərək dedi:  
 
-  Ey  gün  get  ananın  qoynundan  yenidən 
doğ.  
 
Ona görə bu əhvalat o vaxtdan qalıb: 
 
Günü günortadan qaytaran, 
Saili boşdan qurtaran Ya Əli. 
 
 
Cənab  Əmir  Sailin  qolundan  tutub  çölə 
çıxardır.  Sail  görür  ki,  gün  hələ  yenicə  anasının 
qoynundan  çıxır.  Deməli  “ayı  mişak  etdi”,  bur-
dan yaranıb. 
 
O  vaxt  bir  qrup  tayfa  Cənab  Əmirə  biyət 
etmirdi. Deyərdilər ki, Cənab Əmir bizə bir mö-
cüzə  göstərsin,  ona  biyət  edək.  Ona  görə  Cənab 
Əmir  ayı ikiyə bölür. Deyir on beş günü yarım-
çıq  olacaqsan,  on  beş  gündən  sonra  birləşəcək-
sən.  
 
Müştehid deyir:  
 
- Oğul ayrı nə bilirsən?   
Qasım deyir: 
- Qulaq as: 
 
Əli Düldülü minər, Məhəmməd Buraq, 
Ərənnər sərdarı ya şahi çıraq, 


 
225
Abuzər Əlini eylədi qonaq, 
Qırx yerdə söylədilər mehmangahını. 
 
 
Cənab Əmirin bayramı idi. O, gəlib birinin 
evində  əlinin  dəsmalını,  birində  əsasını  və  s. 
qoyub  gedir.  Səhər  bir  yığıncaq  yerinə  gəlib 
çıxır.  Görür  ki,  biri  deyir  bu  gecə  Cənab  Əmir 
bizdə qonaq idi, o biri deyir bizdə idi. Belə-belə 
qırx nəfər düzəlir. Deyirlər hamısından yaxşısını 
Cənab Əmirin arvadı  Fatimə bilər. Gedək görək  
Cənab Əmir bu gecə harda olub? 
Ona görə deyirlər ki; 
 
Onlar yığılıb etdilər zaleh, 
Fatimə onları çox gördü karı. 
And içdi mən olum Allaha sarı, 
Mövlam çölə qoymuyub qədəmgahını. 
 
   
Müştehid soruşdu:  
 
- Qasım, bəs harda olub? Deyə bilərsənmi? 
Qasım dedi:  
 
- İcazə versəniz deyərəm. 
 
Qəbul olsa Xəstə Qasım duası, 
Ərənlər sərdarı  Qəmbər ağası, 
Axır nida gəlir tutma bu bəhsi, 
Əli ərşə endirdi seyfullahını. 
 


 
226
 
Bu  zaman  mollalardan  beşi  də  əlini 
qaldırıb deyir ki, icazə ver çıxaq.  
 
Qasım deyir: 
 - Səhərdən sən məndən soruşursan, mən ca-
vab verirəm.  İndi isə    mən  soruşacam  sən  cavab 
verəcəksən.  
 
Müştehid deyir: 
 - Buyur! 
  Qasım: 
 - Namaz qılırsanmı?   
 - Bəli. 
 -  Onlardan sual versəm bilərsənmi? 
 - Buyur. 
Qasım: 
 
Bir səhrada on yeddi qəzəynən, 
Onların bir sak üzrə xubi qərar var. 
Birisində doxsan iki əl gördüm, 
Cəsət bir, gərdən üç, altı səri var. 
 
- deyəndə Müştehid Qasımın üzünə tamaşa elədi.  
Mollalardan  beşi  də  əlini  qaldırıb  getmək  üçün 
icazə istədi. 
 
Müştehid dedi ki; 
 
- Oğul, yenə varmı? 
 
Qasım: 
 
Səksən min molladı, səksən min seyid, 
Səksən min xiyaban, səksən min meyid, 


 
227
Cəmində yazılıb səksən min şəhid, 
Səksən min şəhidin beş məzarı var. 
 
Beş məzardan qalxır yeddi əlamət, 
Onlar bir-birinə vermir heç möhnət. 
Hər kimsə istəsə kəndinə dövlət, 
Bircə zərrə onun simi-zəri var. 
 
Xəstə Qasım sözün yetir tamamə, 
Gün doğan, gün batan gəlsin salamə. 
Nə alim işidi, nə də üləma, 
Təcnis mənasının çox hünəri var. 
 
 
Aşıq Yunis deyir ki: 
 
-  Bu  qıfılbəndlərin  mənasını  mənim 
ustadım Həsən Pərvanə açıb. 
Sədnik müəllim: 
- Həsən Pərvanənin açmasını mənə de. 
Aşıq Yunis: 
- Ustadım Həsən deyir: 
 
Beş vaxt namazdadı on yeddi rukət. 
Onlar mütəssirdi öz qərarı var. 
Bir namazda doxsan iki əl qalxır,
1
 
Gərdən üç əyilir, lütfü səri var.
2
  
                                                 
1
 
Doxsan  iki  dəfə   “Ya  Məhəmməd”  deyib  əl qalxır. 


 
228
Müştehid deyir: 
 
-  Oğul,  bir  ayrısını  da  de  cavab  verim. 
Qasım deyir: 
 
-  Sənə  on  beş  şey  deyəcəm.  Onunu  özüm 
açacam, beşinə isə sən cavab verəcəksən. 
 
Beş yaşımdan on beş yaşa yetişdim, 
Beşin atdım, beşin tutdum, beşi nə? 
Haqq tərəfdən doğru yola yetişdim, 
Bəlli oldum mən biyabar beşi nə? 
 
Həsən Pərvanə bu qıfılbəndi də açır:  
 
            Beş yaşından on beş yaşa yetişən, 
            Beşi səqir, beşi kəbir, beş ayaq. 
 
 
Beş  yaşında  uşaq  hələ  səqirdi  nə  desən 
aldada  bilərsən.  On  yaşında  kəbirdi  az-çox  başa 
düşür.  On  beş  yaşında  həyatı  başa  düşür,  onu 
aldatmaq olmaz. 
 
    Haqq tərəfdən doğru yola yetişən, 
    Beş kimsənə onu ulaşa varə, 
    Əli, Məhəmməd, Fatimə, Zəhra, Hüseyn. 
 
                                                                                              
2
 Namaz bütöv səcdədi. Yarım səcdə edirsən, üçüncüdə alnını 
möhürə qoyursan, gərdən üç əyilir. 
 


 
229
    Ömür bənzər dağ başında dumana,  
    Qəflətcə mən də yetdim ümmana, 
    On beş şey vacib oldu islama, 
    Beşi Sulidin, beşi Firudin, beşi nə? 
 
Həsən Pərvanə buna cavab verir: 
 
  Ömür bənzər dağ başında dumana, 
  Bu gün varsan, sabah qalıb gümana. 
  Qəflətcə mən də yetdim ümmana. 
 
O  kişinin  hökmü  olsa  bir  damcı  su  dünyanı 
yuyub aparar.  
 
      On beş şey vacib oldu islama. 
      Beşi Firudin, beşi Sulidin, beşi qunut. 
 
 deyəndə  Xəstə  Qasım  deyir  ki,  elə  deyil.  Deyir 
necədi?  
 
Deyir: 
- Qulaq as: 
 
           Xəstə Qasım qaldı həyat içində, 
           Din bir, xuriman şərait içində, 
           On beş şey də gəldi səlat içində, 
                Beşi oruc, beşi namaz, beşi nə? 
 
Bu bəndin açmasına da Həsən belə cavab verir: 


 
230
Həsən qaldı Quran bəyaz içində, 
İnşallah atəşin yanmaz içində, 
On beş şey də gəldi səlat içində, 
Beşi oruc, beşi namaz, beşi zafiyət. 
 
Müştehid deyir: 
 
- Oğul, kitabda olanlardan sual ver, mən də 
cavab verim.  
 
- Dedi ki, qulaq as. 
 
Hökumət məqamında əyləşən alim, 
Əvvəl mənə Yamən Hudan xəbər ver. 
Ərşin sütununda, merac evində, 
Söz nə keçdi, Göfti-Gudan xəbər ver. 
 
Müştehid dedi: 
 
-  Oğul,  mənim  göylərdə  nə  işim  var? 
Quranda olandan sual ver. 
 
   O kimiydi zərnişanı oxudu? 
   Kimiydi Peyğəmbərə kəfən toxudu? 
   Adəmdən qabağa siqa yoxuydu, 
   Nədən oldu ənkə tudan xəbər ver. 
Müştehid: 
 
- Oğul, başa düşmədim.  
 
Qasım: 
 
- Qulaq as: 
 


 
231
           O kimiydi peyğəmbərə əsabə? 
           O kimiydi apardılar qəssabə?  
           Xəstə Qasım yetik deyil hesaba, 
           Bisdi, həkdi, zimu-zudan xəbər ver. 
 
 
Müştehid ətrafına baxanda gördü mollalar-
dan biri də qalmayıb. Qasıma üz tutub dedi: 
 
- Oğul, məndən nə istəyirsən?  
 
- Səndən heç nə istəmirəm.  
 
-  Sənə  bircə  sualım  da  var.  Ona  da  cavab 
ver, sonra nə istəyirsən et. Əlimi qoyacam Qura-
nın  arasına,  sənin  əlinin  əldə  olduğunu  onunla 
sübut edib biləcəm ki, doğurdan da əlin əldədi. 
 
 Müştehid  əlini  qoydu  Quranın  arasına  və 
dedi: 
 
- Buyur. 
 
Xəstə Qasım bir “Təcnis” havasıyla deyir: 
 
           Əvvəli Bismillah nameyi Allah, 
           Göydən yerə endi əhsənül-xaliq. 
           Doxsan min kəlməni bəyan eylədi, 
           Onda nə buyurdu əhsənül xaliq? 
 
 
Müştehid əlini götürdü, gördü doğrudan da 
əvvəli Bismillahdı. Dedi: 
- Necə olubsa yəqin görmüsən. İkinci vərəqə 
əlimi qoyacam onu deyərsən. 
Əlini qoyanda Qasım deyir: 


 
232
 
Cənab Əli hüsnün düşüb külli-aləmə, 
Doxsan min kəlməni gətirdi kəlamə. 
 
 
Müştehid  əlini  götürəndə  gördü  həmin 
sözlərdi. 
Dedi: 
 
-  Oğul,  atalar  üçdən  deyib.  Üçüncünü  də 
desən, doğrudan  da sənə inamım olar.  Quranda 
əlimi  qoyduğum  vərəqin  bu  üzünü  də,  o  üzünü 
də deyəcəksən.  
 
Qasım dedi: 
 
 - Baş üstə. 
 
Xəstə Qasım deyər fəhm edə bilməm, 
Baratdı, yasindi fəhm edə bilməm, 
Bu dünya işlərin fəhm edə bilməm, 
Özün qismət eylə əhsənül xaliq. 
 
 
Müştehid əlini götürəndə gördü ki, bir üzü 
barat, bir üzü yasin.  
Qasım dedi: 
 
- Mən səni hamıdan yaxşı tanıyıram. 
 
- Necə? 
 
Qasım: 
 
Könül həris deyil dünya malına, 
Zərbabına, qumaşına, alına. 


 
233
Qara xan güvənsin öz mahalına, 
Xəstə Qasım kimi qəzəlxanı var. 
 
 
Bunu  eşidən  Müştehid  əlini  ağzına  tutub 
dedi:  
 
- Oğul, sakit dur. Məni burda Müştehid ki-
mi  tanıyırlar.  Mənim  adımı  hardan  bilirsən?  
 
-  Sənin  Tikmədaşda içdiyin sudan  mən də 
içmişəm. 
 
- Oğul, sənə kəbin kəsməyə icazə verirəm. 
Dinini tanıdım.                                      
Qasım dedi: 
 
- Onda öz dəsti-xəttinlə yaz, altdan möhü-
rünü  vur,  qolunu  çək  ki,  Xəstə  Qasım  Tikmə-
daşda yox, Ramda  anadan olub.  
 
Xəstə  Qasım  həmin  kağızı  götürüb  qoyur 
cibinə.  Vəzir  Allahverdixan  və    xəlifə  qoşunları 
ilə birlikdə Dağıstana gedirlər. 
     
Gəlib  Dağıstanda  Ləzgi  Əhmədin  yanına 
çıxırlar. Salam əleyküm. Əleyküm salam.  
 
Allahverdixan soruşdu: 
 
- Oğul, İranda olmamısan? 
 
- Xeyr! 
 
 Halbuki,  Xəstə  Qasım  cavan  vaxtı  çöldə 
qoyun-quzu  otardığı  yerdə  yatır.  Yuxuda  Allah 
Təaladan  ona  belə  bir  səda  gəlir  ki,  Qasım  filan 
qəbirin  üstündə  çörək  var,  götür  onu  ye.  O, 
oyanır  həmin  çörəyi  götürüb  yeyir  və  Haqdan 


 
234
ona  bu  çörəklə  vergi  gəlir.  Çörəyin  yarısını 
yeyib, yarısın isə çantasına qoyur.  
 
O  vaxt  Dağıstanda    ləzgilər  öz  yanlarında 
köməkçi  götürərlərmiş.  Bu  köməkçiyə  “xıdır” 
deyirdilər. Ləzginin yanındakı bu xıdır uşaq olur. 
Uşaq  yorulur  və  acır.  O  yana,  bu  yana  baxırlar, 
görürlər ki, hələ kəndə çox var. Amma, bir oğlan 
qoyun-quzu  otarır.  Özlərini  çobana  çatdırırlar. 
Ləzgi  deyir,  oğul  bu  uşaq  acdı,  bəlkə  çantanda 
bir az çörəyin ola. Qasım çantasına qoyduğu para 
çörəyin  parasını  da  kəsib  (yəni  3\1-ni)  həmin 
uşağa verir. Uşaq çörəyi yeyir, gedib Dağıstanda 
şairliyi ilə Yeddipara kəndə yiyələnir. 
 
 Bu söhbəti edəndə, Ləzgi Əhməd yenə də 
deyir: 
 
-  Mən  heç  yerdə  olmamışam.    Xəstə 
Qasım deyir ki; 
 
 -  Oğul,  otur  sənə  bir  kəlmə  sözüm  var. 
 
Götürür  bir  “Aşıq  Hüseyni”  havası  ilə 
deyir.  (Bu havaya “Dastani” havası da deyilir)  
 
Dəli könül nə divanə gəzirsən, 
Bivəfa dilbardan sənə yar olmaz. 
 
Aşıq Yunis deyir: 
 
-  Sədnik  müəllim,  burda  dilbar  deyəndə 
gözəl  adı  çəkmir.  Yəni  dili  acı  olan  adamdan 


 
235
sənə  kömək  olmaz.  Dili-bardan,  yar  burada  kö-
mək mənasındadır; 
 
Düz çıxmaz ilqarı, əhdi-peymanı, 
Hərcayıda namus, qeyrət, ar olmaz. 
 
 
-  Çörəyin  parasın  sənə  verib  yedirmişəm, 
indi gəlib məni tanımadın? 
 
Üz vermə nadana, sirr vermə pisə, 
Axır qəlbin ya inciyə, ya küsə. 
Ot bitər kök üstə, əsli nəyisə, 
Yovşan bəsləməklə çəmənzar olmaz. 
 
Xəstə Qasım günü keçmiş qocadı, 
Gələn bəzirgandı, gedən xocadı, 
Sərv ağacı hər ağacdan ucadı, 
Əsli qıtdı, budağında bar olmaz. 
 
 
- Mənim əlimin para çörəyini sən yemisən. 
deyəndə Ləzgi Əhməd dedi: 
   
- Mən soruşacam, sən cavab verəcəksən;  
 
Səndən xəbər alım ay qoca aşıq, 
Neçə ulduz neçə aya bağlıdır? 
Tağlıq nədi, müsəlmanın şərtində? 
Neçə tağlıq mustafaya bağlıdır? 
 


 
236
 
Xəstə Qasım gülümsündü və dedi: 
 
-  Oğul,  onu  bizim  yerdə  12-13  yaşında 
uşaqlar da bilir:  
 
Sənə cavab verim ay duran aşıq, 
On bir imam bir mövlaya bağlıdı. 
Tağlıqda tabelik müsəlmançılıqdır, 
Yetmiş üç tayfa Mustafaya bağlıdır. 
 
          Aşıq Yunis deyir: 
 
-  Sədnik  müəllim,  millət  yetmiş  ikidir, 
tayfa  yetmiş  üç.  Ona  görə  ki,  bir  tayfa  Cənab 
Əmirə biyət eləmirdi. Deyirdilər, Cənab Əmir bir 
möcüzə  göstərsin  biyət  edək.  Ona  görə  tayfa 
yetmiş üçdür. Cənab Əli möcüzə göstərmək üçün 
barmağıyla Ayı ikiyə bölür. 
 
Ləzgi Əhməd deyir: 
 
Aşıq gözüm qalıb bulaqda, 
Mənə alim demə haqqı-hesabda. 
İncil, Tövrət, Zəmbur, Quran kitabda, 
Neçə min yazılmış ayə bağlıdır? 
 
-  deyəndə  Qasım  fikirləşdi  ki,  indi  buna  elə 
cavab  verəcəm  ki,  heç  özü  də  cavabını  verə  bil-
məsin. Dedi: 
 
-  Oğul,  ustadlıq  birinci  dəfə  kimə  verilib? 
 
Ləzgi Qasımın üzünə baxdı və dedi: 


 
237
 
- Siz mənə deyin kimə verilib? 
 
Xəstə Qasım dedi: 
 
-  Ustadlıq  adı  birinci  dəfə  Cənab  Əmirə 
verilib. 
 
Aşıq Yunis deyir: 
 
 - Bu əhvalat belə olub. 
 
-  O  vaxt  Cəbrayıl  dəryanın  üzündə 
qanadlanır,  uçmağa  hazır  olur.  Uçmaq  istəyəndə 
Allahdan səda gəlir: 
 
- “Sən kimsən?”.   
 
Cəbrayıl deyir: 
 
-  Mən mənəm, bəs sən kimsən? 
 
Qanad, quyruq yarılır, yenə qayıdıb dərya-
ya düşür. İkinci dəfə elə olanda Cənab Əmir ona 
rast gəlir  və deyir,  oğul niyə  bu  hala düşmüsən? 
Cəbrayıl  olanları  ona  söyləyir.  Cənab  Əmir  de-
yir: 
 
- Oğul mən sənə dediklərimi sən də Allaha 
de,  onda    uçub  gedəcəksən.  Allahdan  sənə  səda 
gələcək.  
- Sən kimsən?  
 
Onda de sən xaliqsən, mən məxluqam, sən 
yaratmısan,  mən  yaranmışam.  Mən  sənə  can 
borcluyam, sən mənə ruzi borclusan. 
 
Haqdan səda gələndə Cəbrayıl  həmin söz-
ləri deyir və uçub gedir.  
 
Haqdan yenə səda gəlir: 
 
- “Ustadına rəhmət”.  


 
238
Ustad söhbəti o vaxtdan qalıb. 
Ləzgi Əhməd deyir qulaq as: 
 
Əhmədəm dadıma yetişsin xaliq, 
Qibleyi-aləmdən qoy versin sağlıq. 
Dərya kənarında kimi uddu balıq? 
Namaz qılır nə qibləyə bağlıdır? 
 
Xəstə Qasım: 
 
- Oğul, deyərəm sənə. 
 
   Xəstə Qasım qaldı Quran-bəyaz içində, 
 İnşallah atəşin yanmaz içində, 
 Balığın qarnında namaz içində, 
 Namaz qılır, müsəlmanlığa bağlıdır. 
 
        Vəzir  Allahverdixan  Ləzgi  Əhmədə  üzünü 
tutub deyir: 
 
- Oğul, sən dedin Qasım cavab verdi. İndi 
də Qasım deyəcək sən cavab verəcəksən.  
 
 Qasım  fikirləşdi  ki,  bunun  dastandan, 
haqdan  məlumatı  var.  Buna  elə  sual  vermək  la-
zımdır ki, cavab verə bilməsin. Götürüb deyir: 
 
Qiyamət sirrindən xabi ruyəm mən, 
Bir əcayib görmüşəm barı altıdır. 
Yetmiş min gül açıb yeddi rəngdə, 
Hər qönçənin gül yarpağı altıdır. 
 


 
239
  Vəzir Allahverdixan dedi: 
   
  - Cavab ver.   
 
Ləzgi Əhməd dedi:  
 
  -  Mən  hamısına  birdən  cavab  verəcəm. 
Qasım  başa  düşdü  ki,  bu  dolaşdı.  Götürüb  o 
birisini də dedi: 
 
 
O barı sehr edir altmışı üçdən, 
Yetmişi dəng edib qulaqdan, üzdən. 
Səksəni dolanır çırağı beşdən, 
Doxsan min qaranın ağı altıdı. 
 
 
Dedi: 
 
- Oğul, cavab ver! 
 
- Hə! 
  Vəzir Allahverdixan Qasıma dedi: 
 
-  Sən  sözünü  qurtar  görək  nə  cavab  verə-
cək? 
Xəstə Qasım dedi: 
 
Qasım, mətləb dilə haqqı yaradan, 
Hifz eylər səni oddan, bəladan. 
Ağqırxlar məclisində gələn badələr, 
Badə paylayanın sayı altıdı. 
 
 
- De görüm onların adı nədir?  
 
-  Mənə  üç  gün  icazə  verərsənmi  sənə 
bunların cavabını gətirəm. 


 
240
 
Vəzir Allahverdixan dedi:  
 
-  Çöldəki  Xəlifə  qoşunlarını  görürsənmi? 
İndi özün öz dəsti xəttinlə yaz ki, mənim Qasım 
adlı adamla işim ola bilməz. 
 
Ləzgi Əhməd deyir: 
 
-  Mən  Yeddipara  kəndin  baci-xəracın 
Qasıma bağışlayıram. 
 
 Vəzir Allahverdixan Qasıma deyir: 
 
-  Qasım,  deyə  bilərsənmi  bu  dünya  kimə 
xoşdu, kimə yox?  
 
Qasım  fikirləşdi.  Allahverdixan  düşündü 
ki, yəqin cavab verə bilmir.  
 
Qasım dedi: 
 
- İcazə verin deyim.  
 
 
Ay ariflər bir təcrübə eylədim, 
Çarx dolanıb, hər bir yanı dönərmiş. 
 
   
- Məni buralara gətirən, bu bəlalara  salan 
Ya Cənab Əli, sənin verdiyin çörəkdir. Burda da 
məni imtahana çəkib, dardan qurtardın.  
 
Tərəqqidən tənəzzülə düşəndə, 
Növbaharın zimistana dönərmiş. 
İkisi gözü tutar, ikisi qulağı, 
Biri də qoymazmış dil danışmağı. 
 
Qasım bu sözləri deyər özündən, 
İnciyərmi nanəcibin sözündən,  


 
241
Cida düşsən vətənindən, elindən, 
Dərdin artar, bir ümmana dönərmiş. 
 
      Qasım  bu  sözləri  deyəndə  vəzir  Allahver-
dixan deyir: 
 
-  Qasım  məni  burda  yuxarılara  qaldıran 
sənsən,  indi  də  mən  sənə  əl  verib  yuxarılara 
qaldırmalıyam.  
 
Bu  vaxt  gördülər  ki,  yoldan  bir  əli  sazlı 
kişi keçir. Dedilər: 
 
 -  A  kişi,    burdan  gəl.  Burda  şadlıqdı  bir 
yaxşı  duvaqqappa-müxəmməs  havası  çal,  oxu.  
Aşıq  sazı  götürüb  bir  duvaqqappa-müxəmməs 
havası çalıb, oxudu:   
 
Dağıstanın gözəlləri behiştdə qılman kimidir, 
Laləxanım, Baləxanım  ləli bədəxşan kimidir. 
Qayaxanım, Mayaxanım hökmlü fərman kimidir, 
Bayazxanım, Tükəzxanım qoynu rizvan kimidir. 
 
Qəmərxanım, Əsmərxanım zimistanı yad eləyir. 
Tellixanım, Güllüxanım məclisi şahbaz eləyir. 
Mehrəmxanım, Ceyranxanım danışdıqca naz eləyir, 
Barıxanım, Hanıxanım dərdlərə dərman kimidi. 
 
Bəstixanım, Dostuxanım qəmzələri qandı bunlar, 
Hürüxanım, Pərixanım, insana mehmandı bunlar. 
Hərgizxanım, Nərgizxanım qoynu rizvandı bunlar, 
Ədətxanım, Sədətxanım, Bayazxanım xam kimidir. 


 
242

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin