202
XƏSTƏ QASIMIN “DAĞISTAN
SƏFƏRİ”
Aşiq Yunis:
- Bu gün mənim əziz qonağım hörmətli
professor Sədnik müəllimdir. Xoş gəlmisiniz.
Mən Hüseynov Yunis Oruc oğlu Şəmkir bölgə-
sinin Muxtariyə kəndində anadan olmuşam.
Özüm orta məktəbi bitirmişəm, orta təhsilliyəm.
Sədnik müəllim dedi:
- Neçənci ildə anadan olmusunuz?
Yunis:
- Mən 1933-cü il iyul ayının 4-də anadan
olmuşam. Bu sazı ilk dəfə 1949-cu ildən çalmı-
şam.
Sədnik müəllim:
- Ustadın kim olub?
Yunis:
- Mən 1950-ci ildən şair-aşıq Həsən Pər-
vanənin şəyirdi olmuşam. Dərsimi ondan alıb,
ona qulluq etmişəm. Sənətkarlar da təsdiq edir
ki, “Xəstə Qasım” dastanını heç kəs onun qədər
yaxşı bilməmişdi. “Xəstə Qasım” dastanını mən
də ustadım Həsən Pərvanədən götürmüşəm.
Məlumdur ki, ustadlar məclisi açanda əsl ustad
bir ustadnamə deməlidir. Mənim ustadım Həsən
Pərvanə yazır:
203
Dünya qurulandan yarandı insan,
Hərə bir peşənin sənətkarıdır.
Kimi çiy qalıbdı mənqurə dəyməz,
Kimi yer üzünün simuzəridir.
Xəstə Qasım əlifbeydən danışır,
Dörd kitabda elə reydən danışır,
Şairdir o, yerdən-göydən danışır,
Cəm şəhərlər onun yadigarıdır.
Abbasla Qurbani kamil ustaddı,
Kərəmin nağılı bir hekəyətdi,
Vaqifin sözləri dildə hasantdı,
Türfə gözəllərin xiridarıdır.
Səd qurdu dünyada Aşıq Ələsgər,
Sərasər sinəsi olubdu dəftər,
Gövhərdən gətirib dediyi sözlər,
Xeybərin qalası, söz havasıdır.
Şəmkirli Hüseynin nanı da aşkar,
Dünyada alimtək dərrakəsi var.
Çillədən qeyd olubdu pərigar,
Gəlib-gedənlərin xiridarıdır.
Bir neçə şairi seçirdim sannan,
Dərsini yoxladım düz imtahannan,
204
Bir az da oxudum Növrəs İmandan,
Gördüm şairlərin nur didarıdır.
Fələk yığdı düyün-dağ sinəm üstü,
Ayrıldı poladdan sağ sinəm üstü,
Pərvanə Həsənəm ağ sinəm üstü,
Qəm alıb, satmaqdan haqq bazarıdır.
Xəstə Qasım İranın Tikmədaş kəndin-
dəndir. Xəstə Qasıma vergi verilir və o yazıb-
-yaratmağa başlayır. Təbrizdə Müştehid deyir ki,
Tikmədaşda belə bir adam əmələ gəlib, oxu-
mamış-yazmamış kəbin kəsir. Ona görə Təbrizdə
əli sazlı kimi tapsanız məscidə gətirin.
Qabaqlar belə bir adət olub. Mahalın ya
yaxşı bir şairi, ya yaxşı bir atı, ya da yaxşı
pəhləvanı olardı. Həmin mahalın şairi, atı və ya
pəhləvanı qalib gələrdisə, o mahal vergini ver-
məzdi. Beləcə Ləzgi Əhməd Dağıstanın Yeddi-
para kəndinə yiyələnmişdi. Nə qədər aşıq aparır-
larsa ona cavab verə bilmirlər. Allahverdixan şa-
hın yeddinci vəziri idi. Bir gün o, şahla söhbət
edərkən ona deyir:
- İşdi mən gedib Dağıstandan Yeddipara
kəndi alıb gətirsəm, mənim ənamım nə olacaq?
Şah deyir:
205
- Sən birinci vəzirliyə keçərsən. İndi Xəlifə
qoşunundan altı nəfər və sən Allahverdixan Tik-
mədaşa gedin.
Sədnik müəllim deyir:
- Sizcə bu şah Abbasdı, yoxsa Nadir
şahdı?
Yunis deyir:
- Şah Abbasdı.
Vəzir Allaverdixan və xəlifə qoşunlarından
seçilən adamlar gəlir və görürlər ki, Xəstə Qasım
öz bağlarında su sulayır. Ona deyirlər:
- Salam oğlum, bura Tikmədaşdımı?
Deyir:
- Bəli.
Deyirlər:
- Burada Qasım olur, onu tanıyırsanmı?
Deyir:
- Tanımənəm.
- Oğul bilirsənmi bu kənddə yaşadığını?
Deyir:
- Bilmənəm.
- Bəlkə görmüş olasan?
Deyir:
- Görmənəm - deyəndə, vəzir Allaverdixan
deyir ki:
- Uşaqdan niyə söz soruşursan? Gəl ge-
dək.
206
Onlar atları minib gedəndə Qasım başa
düşür ki, bunun dalınca gedirlər. Kəsə yol ilə
özünü atasına çatdırır. Gələndə görür ki, atasının
üstünü kəsiblər ki, oğlunu bizə ver. Oğlunu gö-
rən kişi onlara dedi:
- Qardaş, bu mənim oğlumdu, budur gəldi.
Onlar deyir:
- Bizə yalan danışma.
Kənarda dayanan alicənab adamlar deyir
ki, düzdür bu onun oğludur. Onda onlar oğlana
deyirlər:
- A bala biz səndən bir kəlmə söz
soruşduq. Sən bizə nə cavab verdin?
Dedi:
- Mən sizə düz cavab verdim, siz başa
düşmədiniz. Siz dediniz:
- Qasım adlı burda adam varmı?
Dedim:
- Tanı mənəm. Siz başa düşmədiniz.
Dediniz:
- Bu kəndə yaşayır, görməmisən?
Dedim:
- Gör mənəm.
Dediniz:
- Oğul, bəlkə biləsən bu kənddə yaşayır?
Dedim:
- Bil mənəm.
207
Bunlar görür ki, bu çox ağıllı oğlandır.
Deyirlər ki, oğul, şahın əmri var, bizimlə Dağıs-
tana getməlisən. Qasım fikirləşdi, istədi getməyə.
Kağızı çıxardanda gördü ki, şahın əmridi, getmə-
lidir.
Dedi:
- Onda gəlin belə edək. Burda - kənddə
molla var gedək onun yanına. Əgər uğurum yaxşı
gəlsə gedərik, gəlməsə getmərik.
Dedilər:
- Niyə getmirsən?
Dedi:
- Cavan oğlanam. Toyum əldədi, toy eli-
yəcəm.
Dedilər:
- Ta yaxşı toyunda şah, vəzir iştirak edər.
Qasım dedi:
-Yox, mən elat adamıyam. Mənim şahlıq
stolum yoxdur.
Xəstə Qasımın anası əlaltdan mollaya bir
ənam göndərir ki, oğlunun yolu yaxşı gəlsə də,
pis desin.
Beləcə onlar hazırlaşıb mollanın yanına
gedirlər. Qasım deyir:
-A molla, bir kitab aç. Mən səfərə gedirəm
gör bu səfər uğurludurmu, gedim, yoxsa yox?
Molla kitabı açanda görür ki, yaxşı gəlib.
Dedi:
208
- Yox, yaxşı gəlmədi.
Qasım dedi:
- Molla, bir də bax.
Molla:
- Oğlan dolaşıqdı, - deyəndə Qasım üzünü
mollaya tutub deyir:
- Molla, səninlə mənim aramda üç metr
məsafə var. İcazə ver ordakı ayələri mən sənə de-
yim. Qasım götürüb “Baş Sarıtel” havası üstündə
oxuyub deyir:
Bu gün bir molla görmüşəm,
Kəlamullah əlindədi.
Oxur quranı əzbərdən,
Kəlmeyi yusəbbeh dilindədi.
Molla Qasımın üzünə baxdı və dedi:
- Oğul bir səfdi olub, gərək bağışlayasan.
Aldı Qasım:
Güzarım vətənə düşdü,
Saqi can verdi, xalq içdi.
Gəldi yüz min karvan keçdi,
Əsədullah dilindədi.
Qasım sonra öz-özünə təsəlli verib, dedi
ki, a kişi, çıx get yolunla, mollalıq sənin nə işin
var axı?
209
Qıl namazın zikrin eylə,
Bir Allahın şükrün eylə.
Qasım, getmək fikrin eylə,
Gəlmək Allah əlindədi.
Bunlar atları minib gedəndə Qasımın anası
oğlunun nişanlısına xəbər göndərir ki, Qasım
gedir. Deyir bəlkə, qızı görə getməyə. Qasımgil
yaxınlaşanda qız bunu duyub ağladı. Nişanlısının
ağladığı Qasıma bəlli olurdu. Qasım atları saxla-
yıb, vəzir Allahverdixana dedi:
- Olarmı?
Vəzir dedi:
- Biz sənin ixtiyarındayıq, sən bizim yox.
Qasım nişanlısını başa salır ki, bir səfərə gedirəm
tezliklə qayıdıb gələrəm:
Mən gedirəm sizi kimə tapşırım?
Dam üstündə duran, sona kəkliklər.
Al-yaşıl geyinib tirmə bağlarsız,
Nə giribsiz dondan-dona, kəkliklər!
Deyəndə nişanlısı Kəklik ağladı. Qasım dedi:
Gözəl kəklik dam üstündə səs eylər,
Qaqqıldaşar bir-biriylə bəhs eylər.
Bilmirəm toy eylər, yoxsa yas eylər,
Caynağınız batıb qana, kəkliklər!
210
Qasım bir az düşünüb deyir:
Kəkliyin oylağı qayalar başı,
Qaqqıldaşıb tapar yoldaş yoldaşı,
Bərəsi bərk olsa, ovçusu naşı,
Düz çıxarlar asimana kəkliklər!
Qasım nişanlısına deyir:
- Dağıstana gedirəm, Allah qoysa qayıdaram.
Nə dərdiniz varsa, gəlin söyləyin,
Şirin namə yazın, bəyan eyləyin,
Siz Xəstə Qasımı halal eyləyin,
Çünki gedir Dağıstana, kəkliklər.
“Kəklik” şeiri Xəstə Qasımın dastanında
yeganə gözəlləməsidir. Bundan sonra gözəlləmə
ola bilməz.
Nəhayət, razılaşıb yola düşürlər. Axşamça-
ğı bir kəndə yaxınlaşırlar. Onlar Qasıma deyir:
- Qasım, aşıqsan, el aşığısan, get bu kənd-
dən bir ev tap, bu gecə qonaq olaq. Qasım atı mi-
nib gedir. Birinci qapını döyüb deyir ki, qo-
nağam. Ev sahibi çıxıb deyir:
- Qonağa da qurban olum, Allahına da.
Özünə yer olacaq, atına yox.
Qasım ikinci qapını döyür. Ev sahibi çıxıb
deyir:
211
- Qonağa da qurban olum, Allahına da.
Atına yer olacaq, özünə yox.
Üçüncü qapını döyür. Ev sahibi çıxıb deyir:
- Oğul, bizdə heç qonaq saxlamırlar.
Xəstə Qasım qara yeldən qara qayıdır.
Vəzir Allahverdixan görür Qasım gəlir, amma
qanı qara gəlir. Deyir:
- Nə oldu Qasım?
Qasım cavab verir ki, qonaq saxlamırlar.
Allahverdixan özü gəlib həmin birinci qapını dö-
yür. Ev sahibi çıxır ki, pah vəzir, vəkil və başqa
əyanlar gəlib. Heç qonaq adı çəkilmir. Atları
yerləşdirirlər, qapı açılır, qonaqlar keçir başa.
Süfrə açılır. Bismillah!
Qasım deyir:
- Əlhəmdülillah!
Deyirlər niyə?
Qasım deyir ki;
- Aşıqların adətidir, ev yiyəsinə onun
ənamı çalmağı, oxumağıdır, - deyəndə Al-
lahverdixan bunu başa düşür. Vəzir deyir:
- Qasım nə edirsən et, çörəyinə meyl elə.
Qasım sazı köynəkdən çıxarıb deyir:
- İcazə verin bir qatar söz oxuyub, sonra
çörəyə əl uzadım.
212
Gözəllər gözəli, şahi-gülbədən,
Didəm ağlar, məh camalın görüncə
1
,
Aşıq deyər görüncə,
Siyah zülfün hörüncə,
Get bir mərdə qul ol sən,
Namərd üzün görüncə.
Mina gərdən, billur buxaq, diş inci,
Çəkilibdir hilal qaşlar görüncə
2
.
Ev yiyəsi başa düşür və deyir:
- A kişi, bir çörək ye.
Qasım deyir:
- Xeyr, söz yarımçıq olmaz.
Kim yetikdir, həqiqətin evi nə?
Həqiqətin, mərifətin evinə,
Aşıq deyər evinə,
Xanəsinə, evinə.
Yağıb qəmlər yağışı,
Viran könlüm evinə.
Dolanmayın heç namərdin evinə,
Gözü çıxar bir qonağı görüncə.
- deyəndə ev yiyəsi yenə dillənmək istəyir.
Qasım aman verməyib deyir:
1
Görən kimi.
2
Gör - incə mənasında işlədilmişdir.
213
- Xeyr, söz yarımçıq olmaz:
Çoxları cahanda oldu avarə,
Dolandı dünyanı, gəzdi avarə,
Aşıq deyər avarə,
Məcnun gəzər avarə.
Uyma namərd felinə,
Səni qoyar avarə.
Xəstə Qasım nə gəzirsən avarə?
Ölüm yeydi, bu günləri görüncə.
Ev yiyəsi yenə dilləndi ki, aşıq çörəyini ye.
Qasım dedi:
- Sən mənə cavab ver görüm səni, məni ki-
milərinin neçəsini yola salıb bu dünya?
- Bilmirəm.
- Onda qulaq as.
Xəstə Qasım sazı götürüb bir hava çalıb
oxumağa başladı:
Gəl bir səndən xəbər alım,
Süleymandan qalan dünya!
Əzəlin gəl-gəl eylərdi,
Axırın oldu yalan dünya!
Gəl görüm nəyə talibsən?
Dərsini kimdən alıbsan?
214
Neçə min yol boşalıbsan,
Neçə min yol dolan dünya!
Sonra ev yiyəsinə işarə edir ki, səni-məni
kimiləri də gəldi-gedərdi. Heç kəs bu dünyada
dayanan deyil:
Xəstə Qasım qalıb naçar,
Bu sirləri kimlər açar?
Gələn qonar, qonan köçər,
Kimdi səndə qalan dünya?
Beləcə, gecəni burada gecələyirlər. Səhər
qalxıb Bərxuş adlı kəndə gəlirlər. Kənd əhalisi
onlara deyir ki, burda yalnız keşiş qonaq sax-
layır. Qasım soruşur ki, niyə?
Cavab verirlər ki:
- Keşiş 39 aşıq yığıb, 40-cı aşığı da
gözləyir ki, gəlsin bunları qırx gün dustaq
saxlasın. Allahverdixan düşünür ki, kaş Qasım
elə ilişib buralarda qala. Əgər Dağıstana getsə,
Yeddipara kəndi alıb ölkənin birinci adamı
olacaq.
Keşiş Qasıma deyir:
- Oğul, ya dinini mənə qəbul elədəcəksən,
ya da səni qırx gün dustaq saxlayacam.
Qasım fikirləşdi və sazı götürüb “Baş
divani” üstündə oxumağa başladı:
215
Adəmdən xatəmə, natiqi Quran mənim.
Din mənim, məssəb mənim, yol mənim, ərkan
mənim,
Bağ mənim, bağban mənim, kövsəri-rizvan mənim,
Gül mənim, bülbül mənim, sünbülü-reyhan mənim,
Yerdə insan, göydə qılman, ərşdə aslan mənim.
- deyəndə keşiş deyir:
- Oğul bizə bir şey qalmadı.
Qasım deyir ki:
- Kişi, hələ təzə başlamışam:
Yeddi eyvan, səkkiz seyvan, qırx sütunun bir ləngəri,
Yeddi molla, yeddi dərviş, yeddi ruzdə, yeddi dəli,
Yeddi min qırxdan irəli, səkkiz yüz dörddən bəri,
Bu eynləri kim cəm etsə, başına əsər gəli,
Pir mənim, ustad mənim, yol mənim, ərkan mənim.
- deyəndə keşiş fikirləşir ki, indicə hər şeydən
yapışacaq ki, bunlar da bizimdi.
Adəmi-xatəm, məqami-mülki meydan bizimdi,
Millət, sillət, dəhalət, hökmlü fərman bizimdi,
Hadi bizim, Nadir bizim, Taqi İmam bizimdi,
Dörd çıraq və saflu Quran bizimdi.
Xəstə Qasım Tikmədaşlı, sahibi cümlə xəta,
Ümidim var, Taci –mehracda bilirəm ki, eylər əta.
216
Açılar dəftər, görünər məşər, bir şahsuvar illa fata,
Bir əzmi qaf günahım olsa əfv olunar rəhman
mənim.
Xəstə Qasım sözünü bitirər-bitirməz keşiş ona
dedi:
- Sazı yerə qoy.
Bundan sonra keşiş yönünü qibləyə çevirib
müsəlmanlığı qəbul edir.
Qasım başını qaldıranda göydən asılmış sazları
görür və soruşur:
- Bunlar nədir belə?
- Onların da sahibləri sənin kimi aşıqlardır.
- Onları burax. Səndən ayrı heç nə
istəmirəm.
Qasım 39 aşığı keşişin yanından xilas edir.
Səhər Qasımgil yenidən yola düşürlər. Təbrizə
çatanda yasavul Qasıma deyir:
- Sən gərək məscidə gedəsən.
Bu Müştehidin əmridir.
Qasım məscidə girəndə görür ki, dörd tə-
rəfdə mollalar oturub, başda isə Müştehid moizə
deyir.
Qasımı görən Müştehid soruşur:
- Oğlum, adın nədir?
- Hansı adımı deyirsən?
- Adamın neçə adı olar?
- Mənə Dədə Qasım deyirlər.
217
- Bəs sonra nə deyirlər?
- Baba Qasım deyirlər.
- Bəs sonra?
- Xəstə Qasım deyirlər.
- Elə mən də Xəstə Qasım eşitmişəm.
Oğul, öz ayağınla gəlib düşmüsən. Bəs bu adları
sənə kim verib?
- Bu adları mənə el-oba verib.
- Nəyə görə “Dədə Qasım” deyirlər.
- Ona görə deyirlər ki, dostum, düşmənim
kim olacaq olsun, sözün düzünü deyir, yolun
doğrusunu göstərirəm. “Baba Qasım” da ona gö-
rə deyirlər ki, köhnə tarixi söhbətləri, tarixi
sözləri yerli-yerində xalqa çatdırıram.
Müştehid dedi:
- Oğul, bəs o “Xəstə Qasım” nədir?
- Mənim qıfılbəndlərimi, sözlərimi sənin
kimi alimlər, üləmalar nə qədər fikir eləyir bir
yana çıxarda bilmir, axırda xəstə düşürlər. Ona
görə də mənə “Xəstə Qasım” deyirlər.
- Oğul, biz oxumuşuq, görməmişik
deyəsən sənin əlin əldədir. O əlin əldə olan ağanı
necə görmüsən, onu bizə deyərsənmi?
- Bunu sazla-sözlə deyərəm.
- Oğul, bura Allahın evidi, saz-söz evi yox.
- Müştehid, sən mənə de görüm qurbanı
kəsirik, ətini yeyirik, sümüyünü tullayırıq. De-
məli əti halaldı, sümüyü haram?
218
-Yaxşı, oğul, sazla de, sözlə de, nə ilə
deyirsən de o gördüyün ağanı mənə de.
Qasım sazı alır və bir “Dubeyti” ilə deyir:
İki əbrün arasında,
Altı “qaf”, yeddi “lam” gördüm,
Lam qafın mərkəzində,
Sid üz Quran tamam gördüm.
Müştehid deyir:
- Oğul, başa düşmədim.
- Başa salaram. Qulaq as. İki əbrun, yəni
qaşın arasında 6 qaf, 7 lamı oxumuşam. Lamı
qafın mərkəzində sid üz tamam, 30 cüzvü quran
oxumuşam.
Müştehid yenə deyir ki:
- Oğul, gördüyün adamı mənə de.
Qasım:
Güzarım vətənə düşdü,
Saqi can verdi, xalq içdi.
Gəldi yüz min karvan keçdi,
O yolda sübhi şam gördüm.
Müştehid dedi:
- Yenə heç nə başa düşmədim.
Qasım deyir:
219
- O vaxtlar bir nəfər ağsaqqal kişi küçə ilə
gedirmiş. Kişi istəyir ki, yolun bu üzündən o
üzünə keçsin, amma görür karvandan yol yoxdu.
Bu vaxt Peyğəmbərlərdən hansısa onun yanında
görünür və soruşur:
- Ay baba, burda niyə durmusan? Kişi de-
yir ki, oğul o tərəfə keçəcəm, amma karvan
imkan vermir. Görən nə vaxt qurtarar? Oğlan
cavab verir ki, bu karvan o vaxt qurtaracaq ki,
islam dini ləğv olunsun. Ona görə ki, bu karvan
Cənab Əmirin igidliyindən, şücaətindən yazıl-
mış kitablardır, onları daşıyır.
Müştehid başı ilə razılığını bildirir.
Mollalar Müştehidə işarə edərək bildirirlər
ki, Qasımdan soruşsun ki, sən özünü onun yanın-
da necə görürdün?
Müştehid Qasıma deyir:
- Oğul, özünü onun yanında necə görür-
sən?
Qasım cavab verir:
Sevdim şahə dəyməsin,
Haqq bəyənsin xilasımı,
Sidq ilə Xəstə Qasımı,
Mən kəntəri qulam gördüm.
- Mən onun qullarından da aşağı qulam.
Mən onun nəyi ola bilərəm?
220
Bunu eşidən mollalar bir-birinə dedi, əşi gəlin
üç-beş aradan çıxaq. Qoy Müştehid elə, “bəli”
deyə-deyə dursun.
Müştehid isə Qasıma deyir:
- Onun igidliyindən, şücaətindən mənə nə
deyə bilərsən?
Qasım götürür bir “Qəhrəmanı” havası
çalır və deyir:
Qəzəf nak olanda Heydari Kərrar,
Kafərə çəkərdi seyfullahını.
Məgər Cəbrayıl salmasaydı şafərini,
Zülfüqar kəsərdi gavu mahını.
Müştehid deyir:
- Oğul heç nə başa düşmədim.
Qasım deyir:
- Mən deyərəm nədi. Allah Təala Məhrəb
adlı bir pəhləvan yaradır ki, Cənab Əmir ona
üstün gəlsin və adı kitaba düşsün. Bir gün İmam
Hüseynin güləş günü idi, hər gün bir pəhləvanla
güləşirdi. İmam görür ki, bu pəhləvanla bir şey
edə bilməyəcək. Buna görə də deyir ki:
- Ya Əbülfəz səninlədi. Cənab Əmir 22-23
yaşlarında oğlan libasında Məhrəbin qabağına
keçdi. Məhrəb dedi ki, qılıncını çək. Cənab Əmir
dedi:
221
- Yox, biz imamətdiyi qəbul eləmişik,
Hümmətlərin də qurbanıyıq. Əvvəl fürsəti düş-
mənə veririk.
Məhrəb qılıncını çəkdi və Əmirin alnını
yaraladı. Əmirin alnından elə ağrı tutdu ki, göz-
ləri qızardı. “Qırmızı göz Əli” ifadəsi də elə o
vaxtdan qalıb.
Bu zaman yerdə bir balıq dilə gəlib deyir:
-Ya məni yaradan kişi, sənin pəhləvanının
acığı tutub. Ondan keçən qılınc bizi bərbad edə-
cək.
Göydən məleykələrə səda gəlir :
Dostları ilə paylaş: |