Xətai rayonu, Ə.Əliyev adına



Yüklə 2,85 Mb.
səhifə7/17
tarix30.12.2021
ölçüsü2,85 Mb.
#20993
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Ekspertlərin fikrincə, bu məsələdə ailələr arasında fərq qoymaq düzgün olmazdı. Ümumilikdə ziyalı, təhsilli, kasıb ailələrin hər birində elementar uşaq hüquqları pozulur.  Məlumat üçün bildirim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iki Ailə və Uşaqlara Dəstək Mərkəzi fəaliyyət göstərir. Onlardan biri Goranboyda, digəri isə Şüvəlandadır. Bu mərkəzlər ailələrdə olan uşaqların vəziyyətini öyrənməklə məşğuldur. Məsələn, xüsusi qayğıya ehtiyacı olan bir uşaq var ki, o, çox imkanlı bir ailədə böyüyür. O uşaq üçün ayrıca bir otaq ayrılıb, onun üçün hər bir şərait yaradılıb, hər gün müəllim və psixoloq gələrək uşaqla məşğul olur. Buna baxmayaraq, uşağın inkişafında bir addım da olsun irəliləyiş yoxdur. Uşaqda ona görə irəliləyiş yoxdur ki, o, sanki bir təcridxanada yaşayır, cəmiyyətə inteqrasiya olunmayıb. Uşaq uşaqla oynayar, uşaqdan nə isə götürər. Ancaq valideyn elə bilir ki, onun üçün hər bir şərait yaradıb, deməli uşaq inkişafdan geri qalmayacaq. Dərinə getsən, valideyn xəstə uşağının cəmiyyətə çıxarılmasından xəcalət çəkir. Bu isə uşağın yox, valideynin günahıdır. Kökünü axtarsaq, uşağın xəstə olmasının səbəbləri yenə də böyüklərlə bağlı olacaq. Hazırda həmin mərkəzlər belə valideynlərlə işləyir ki, fiziki və əqli qüsuru olan uşaqlar cəmiyyətə inteqrasiya olunsun, mərkəzlərə gətirilərək uşaqlarla təmas qursunlar. Deməli, uşaq hüquqlarının pozulması ailənin imkanlı, kasıb, təhsilli, savadlı, savadsız olmasından yox, valideynlərin məsələyə yanaşmasından irəli gəlir. 






Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin