UNİCEF-in Uşaqlar üzrə Proqramının rəhbəri Radoslav Rejaksa da bu fikirdədir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur. Bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə açıq, aşkar efirdə göstərilir və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımı işlər görülməlidir. Ümidli Gələcək Gənclər Təşlikatının sədri Kəmalə Aşumovanın fikirincə, problemlərin media vasitəsi ilə işıqlandırılması bir sıra problemlərin həllinə şərait yaradır: "Hər hansı bir uşağın probleminin nöqsanlı işıqlandırılması həmin uşağın psixoloji travma alması ilə yanaşı, onun cəmiyyətə inteqrasiya olunmasına mane olur". Bəzən də media nümayəndələri nəyəsə görə günahsız uşaqların fotolarından istifadə edirlər. Məsələn, bu yaxınlarda bir rayondan 15 yaşlı qızın zorlanması ilə bağlı internet portallarında dərc olunan xəbərdə müəllif heç çəkinmədən həmin şəxsin adını, hətta ibtidai və məhkəmə istintaqlarına aid olan intim materialları detallarıyla oxucu auditoriyasına çatdırmaqdan çəkinməyib. Təəssüf ki, bu vəziyyət təkcə həmin portallara aid deyil. Azərbaycan mediasında belə yazılara rast gəlinir.