Xətai rayonu, Ə.Əliyev adına


Yaşamaq hüquqları – bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da b



Yüklə 2,85 Mb.
səhifə6/17
tarix30.12.2021
ölçüsü2,85 Mb.
#20993
1   2   3   4   5   6   7   8   9   ...   17

Yaşamaq hüquqları – bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir.







AİLƏDƏ OĞLAN, QIZ SEÇİMİ APARILIRSA, ARTIQ HÜQUQLAR POZULMUŞ OLUR

  • AİLƏDƏ OĞLAN, QIZ SEÇİMİ APARILIRSA, ARTIQ HÜQUQLAR POZULMUŞ OLUR

  • Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloyi və cinsi təzyiqlərə məruz qalırlar. 





Ekspertlərin fikrincə, bu məsələdə ailələr arasında fərq qoymaq düzgün olmazdı. Ümumilikdə ziyalı, təhsilli, kasıb ailələrin hər birində elementar uşaq hüquqları pozulur.  Məlumat üçün bildirim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iki Ailə və Uşaqlara Dəstək Mərkəzi fəaliyyət göstərir. Onlardan biri Goranboyda, digəri isə Şüvəlandadır. Bu mərkəzlər ailələrdə olan uşaqların vəziyyətini öyrənməklə məşğuldur. Məsələn, xüsusi qayğıya ehtiyacı olan bir uşaq var ki, o, çox imkanlı bir ailədə böyüyür. O uşaq üçün ayrıca bir otaq ayrılıb, onun üçün hər bir şərait yaradılıb, hər gün müəllim və psixoloq gələrək uşaqla məşğul olur. Buna baxmayaraq, uşağın inkişafında bir addım da olsun irəliləyiş yoxdur. Uşaqda ona görə irəliləyiş yoxdur ki, o, sanki bir təcridxanada yaşayır, cəmiyyətə inteqrasiya olunmayıb. Uşaq uşaqla oynayar, uşaqdan nə isə götürər. Ancaq valideyn elə bilir ki, onun üçün hər bir şərait yaradıb, deməli uşaq inkişafdan geri qalmayacaq. Dərinə getsən, valideyn xəstə uşağının cəmiyyətə çıxarılmasından xəcalət çəkir. Bu isə uşağın yox, valideynin günahıdır. Kökünü axtarsaq, uşağın xəstə olmasının səbəbləri yenə də böyüklərlə bağlı olacaq. Hazırda həmin mərkəzlər belə valideynlərlə işləyir ki, fiziki və əqli qüsuru olan uşaqlar cəmiyyətə inteqrasiya olunsun, mərkəzlərə gətirilərək uşaqlarla təmas qursunlar. Deməli, uşaq hüquqlarının pozulması ailənin imkanlı, kasıb, təhsilli, savadlı, savadsız olmasından yox, valideynlərin məsələyə yanaşmasından irəli gəlir. 

1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin