Nüvə zədələnmə ocağı haqqında ümumi məlumat
Nüvə zədələnmə ocağı – o,əraziyə deyilir ki, orada nüvə partlayışları nəticəsində zədələyici amillərinin təsiri nəticəsində külli miqdarda insan, heyvan və biti təlafatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zəhərləsin. Nüvə zədəlanmə ocağında eyni zamanda dağıntılar,yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gəlir. Nüvə zədələnmə ocağının ölçüləri dağıntının dərəcəsi və tələfatdan tikintinin xüsusyyətlərindən , yerin relyefindən və s. asılı olur.
Nüvə silahı-məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələməxassəsinə malikdir. Nüvə silahı (atom silahı) — nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları,yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili everjidən baş verən partlayış təsirli silahların ümumi adı. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan everji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindəv ibarətdir.
Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var. Zədələyici amillərinin xarakteri eyni olduğu üçün hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləridir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir; inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, çanlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Raket-nüvə silahının meydana çıxması hərb elminin inkişafına güclü təkan verdi, döyüş əməliyyatlarının aparılması üsullarının xeyli dəyişməsinə səbəb oldu.
Nüvəli yanacaq
Nüvə zədələnmə ocağı, əsasən, nüvə reaktorlarında yerləşən nüvəli yanacaqların idarəsiz şəkildə aşırı istidana gəlməsi nəticəsində yaranır. Nüvəli yanacağın qalxanları yüksək temperatur və təzyiq altında bölünməyə başlayır və bu bölünmə prosesi zamanı böyük enerji açığa çıxar. Normal şərtlərdə bu enerji reaktorun elektrik enerjisi üretməsində istifadə olunur. Lakin idarə sistemlərindəki bir problem və ya başqa səbəblərlə nüvəli yanacağın aşırı istidana gəlməsi, yanacaq çubuqlarının eriməsinə və nüvəli materialların ətrafa yayılmasına səbəb ola bilər.
Nüvə zədələnmə ocağı böyük miqdarda radioaktiv maddənin ətrafa yayılmasına səbəb ola bilər. Bu radioaktiv maddələr insan sağlamlığına ciddi ziyanlar vurmağa qadir və ömürlü olduğu üçün illərlə, hətta onillərlə ətraf üzərində təsirini davam etdirə bilərlər.
Nüvə zədələnmə hadisələrinin nəticələri, yalnız insan sağlamlığına deyil, ekonomiyə, ətrafə və cəmiyyət strukturuna da ciddi təsir edə bilər. Bu səbəbdən, nüvə enerjisi mənbələrinin təhlükəsizliyi və nüvə atıqlarının düzgün şəkildə idarə olunması məsələləri, önəmli bir narahatlıq mənbəyi kimi qarşılanır və dünya üzrə sıx tənzimləməyə ehtiyacı var.
Nüvə zədələnmə hadisələri insan və təbii mühit üzərində ciddi təsirə malik olmaqla yanaşı, bu hadisələrin maddi səbəbləri də var. Nüvə reaktorlarının tikintisi, ətraf mühitin sərhədlərinə uyğunluğu və atıqların düzgün şəkildə idarə edilməsi, ötən ildə Cənubi Koreyadakı bir nüvə zədələnmə hadisəsi zamanı görüldüyü kimi, son dərəcə vacibdir.
Nüvə zədələnmə ocağı hadisələri məhz bu səbəblərə görə dünyanın hər yerində sıx tənzimlənir və nüvə enerjisi sahəsində qlobal təhlükəsizlik standartları mövcuddur. Bu standartlara uyğun şəkildə işləyən nüvə reaktorları isə enerji təchizatının vacib bir hissəsidir və dünya üzərində bir çox ölkədə istifadə olunur.Nüvə zədələnmə ocağı hadisələri, bir dəfə baş verdiyindən sonra, insanların bölgedəki yaşayışı, mühit və təbii həyat üçün uzunmüddətli təhlükə yarada bilər. Bu hadisələr insanların sağlamlığı üçün ciddi təhlükələr yarada bilər və bu təhlükələr zamanla azalmayacaq və ya tamamilə ortadan qalxmaya biləcək qədər azalmayacaq radyasiya səviyyələri ilə əlaqədar olur.Nüvə zədələnmə ocağı hadisələrinin ən nümunəvi nümunələrindən biri Çernobil zədələnmə ocağıdır. Bu hadisə 1986-cı ildə Ukraynanın Çernobil şəhərində baş verdi və yüz minlərlə insanın evindən məcburi köçürülməsi ilə nəticələndi. Həmin bölgedə hələ də zaman-zaman radyasiya səviyyələrinin yüksək olduğu bildirilir.
Bu hadisələr, nüvə enerjisi sahəsində işləyən insanların və hökumətlərin nüvə təhlükəsizliyinə və nüvə atıqlarının düzgün şəkildə idarə edilməsinə daha da diqqət yetirməsinə səbəb olur. Ən son təhlükəsizlik standartları və təcrübələr daima izlənilir və bu standartlara uyğun şəkildə inkişaf edən yeni texnologiyalar dünya üzərindəki nüvə reaktorlarındakı riskləri azaldır.
Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur. Nüvə silahının gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalent-partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adi partladıcı maddənin tonla miqdarına deyilir.
Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ tərəfindən Yaponiyanın Naqasaki şəhərində tətbiq olunmuşdur.Hədəfə vurmaq üçün nüvə silahından raketlərdən,gəmilərdən, təyyarələrdən istifadə olunur.Nüvə silahı kosmosda, havada, yerdə, yeraltında, suda və sualtında partladila bilər. Nüvə partlayışı nəticəsində beş çür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:
Z ərbə dalğası-partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava qatindan ibarətdir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən olan məsafədən,yerin relyefindən və s.asılı olur. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa-dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr dörd dağıntı zonasına ayrılır. Zərbə dalğasının önündə izafi təzyiqi 50 kPa-dan artıq olan ərazilər tam dağıntı zonası, izafi təzyiqi 30÷50 kPa olan ərazilər güclü dağıntı zonası, 20÷30 kPa olan ərazilər orta dağıntı zonası, 10÷20 olan ərazilər isə zəif dağıntı zonası adlanır.
İşıq şüalanması-nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. İşıq şüalanması ,əsasən, qısa müddətli təsirə malikdir, lakin buna baxmayaraq xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanıqlara, gözlərin müvəqqəti və ya daimi korluğuna və s-yə səbəb ola bilər.
İşıq şüalanmasının zədələyici təsirindən qorunmaq üçün sığınacaq və daldanacaqlar kifayətdir.
İşıq şüalanmasının təsiri metereoloji şəraitindən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir.
Nüfuzedici radiasiya-nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, gözə görünməyən γ-şüalar və neytron selindən ibarətdir. Nüvə silahının bu zədələyici amilinin əsas təsiri tərkibindəki qamma-şüaların və neytronların canlı toxumalar molekullarını ionlaşdırmasıdır. Bu isə insan və heyvan orqanizminin hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Neytron seli tərkibində hidrogen olan maddələrdə daha çox zəifliyir.
Radioaktiv zəhərlənmə-yerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır.Bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindəm kilometr məsafələrə aparılır.Radioaktiv maddələrin heç bir xarici əlaməti yoxdur, zəhərlənməni ancaq xüsusi doza ölçən cihazlar vasitəsilə aşkar etmək mümkündür.
Partlayışın növü və gücü, partlayışdan keçən müddət, partlayış mərkəzinə qədər olan məsafə, yerin relyefi radioaktiv zəhərlənmənin dərəcəsinə təsir edən əsas amillərdir.
Zəhərlənməyə məruz qalmış ərazi formaca ellipsə oxşayır. Zəhərlənmə zolağı çox təhlükəli, təhlükəli, güclü və mülayim olmaqla dörd zonaya ayrılır.Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi ilə xarekterizə edilir və rentgen-saatla ölçülür.
E lektromaqnit impulsu-nüvə partlayışı anında ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar isə öz növbəsində mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahələri yaradır,nəticədə kabel –rabitə xətlərində radiostansiyalarda və qısamüddətli lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit implusundan mühafizə vasitəsi kimi qoruyucu tərtibatlardan istifadə olunur.
Nüvə silahı, nükleer enerjinin patlayıcı şəklində istifadəsi deməkdir. Bu cür silahlar, nüvə füzyonu və ya nüvə fisyonu vasitəsi ilə yüksək miqdarlı enerji açığa çıxardırlar. Nüvə silahlarının yaradılması üçün yüksək səviyyəli bilik və texnologiyalara ehtiyac var. Nüvə silahları böyük miqdarda zərər və xəsarət törədə bilərlər və uzun müddətli təsirləri olacağı üçün bir çox ölkələr bu silahların istifadəsindən imtina edirlər. Nüvə silahlarının istifadəsi üzərində kontrollar və uyğun tədbirlər dünya üzərində həyata keçirilir.
Ümumiyətlə Nüvə silahı nədi? (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.
M üasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var. Zədələyici amillərin xarakteri eyni olduğu üçün hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləridir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir; inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir.
Dostları ilə paylaş: |