Ben İvans:Karyeranızın bu mərhələsində romançı kimi hələ də inkişaf etdiyinizi düşünürsünüzmü? On bir roman və çoxsaylı mükafatlardan sonra insan hələ də öyrənməyə davam edə bilərmi?
Piter Keri:Heç vaxt məni böyüdəcəyinə inanmadığım bir romana başlamamışam. Məsələn, hal-hazırda iki səsli bir roman üzərində çalışıram. Onlardan biri 2010-cu ildə Londonda yaşayan bir qadın, digəri 1854-cü ildə Almaniyanın Furtvangen şəhərində yaşayan bir kişidir. Bir-birləri ilə heç vaxt görüşməyəcəklər. Bir-birlərinə aşiq olmayacaqlar. Aydındır ki, buna nail olmaq qeyri-mümkündür, lakin bu gün necə edəcəyimi bilmədiyim bir işdən mükəmməl nəticələr alıram.