XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə1/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
  1   2   3   4   5   6   7   8   9   ...   97

XƏZƏR 2014, №2
BU SAYDA
GÜMÜŞ DÖVRÜN ŞAİRLƏRİ

Mayakovski, Svetayeva – şeirlər


NOBEL KÜRSÜSÜ

Patrik Modiano – müsahibə, “Tanımadığımız qadınlar” (romandan parça)


XİLAS YOLUNUN YOLÇULARI

İbn Ərəbi – Qüdrətli Şeyx


MƏKTUB

Rilke, Svetayeva və Pasternakın məktublaşması


BUKER MÜKAFATI LAUREATLARI

Piter Keri – müsahibə, “Qərbdə yel dəyirmanı” (hekayə)


BƏŞƏRİ POEZİYA

Ceyms Rayt – şeirlər


MEMUAR

Çe Gevara – “Boliviya gündəliyi”


KORİFEYLƏR

Dostoyevski – “Timsah” (hekayə)


ESSE

Milan Kundera – “73 söz”


TÜRK QARDAŞLARIMIZ

Nəsrin Ərbil – şeirlər


ƏBƏDİ DƏYƏRLƏR

Lermontov - 200


KLASSİK HEKAYƏLƏR

Kamilo Xose Sela – “Blanşar küçəsində sirli qətl” (hekayə)


YADDAŞ

Konstantin Korovin – Çexovla görüşlərimdən


SERVANTES MÜKAFATI LAUREATLARI

Ernesto Sabato – “Tunel” (roman)


SƏHNƏ ƏDƏBİYYATI

Aleksandr Mardan – “Müqəddəs Valentin gecəsi” (pyes)


ƏDƏBİ MOZAİKA


GÜMÜŞ DÖVRÜN ŞAİRLƏRİ

Marina Svetayeva Mayakovskinin ölümünə həsr etdiyi şeirlərdən birində “İlahi, öz düşməninin ruhuna rahatlıq ver” deyirdi.

Amma Mayakovski Allahdan daha çox özünün düşməni idi. Yəqin ki, dünya poeziyası öz böyük istedadını bu cür həvəslə məhv etmiş ikinci dahi şair tanımır. Hətta on doqquz yaşında şeir yazmaqdan imtina edib, bundan sonra şeirsiz-filansız on doqquz il də ömür sürən böyük fransız şairi Artur Rembo belə öz istedadına qarşı Mayakovskidən daha insaflı və vicdanlı olub. Ən azı, istedadına layiq olmayan bircə misra da yazmayıb.

Əslinə qalsa, 37 yaşında intihar edən Mayakovskinin yaradıcılığının dahiyanə dövrü Rembonunkundan o qədər də çox çəkməyib. Çünki Mayakovski də özünün ən dahiyanə şeir və poemalarını yaradıcılığının ilk dövründə, 21-23 yaşlarında yazıb. Onun “futurizm” cərəyanının bayraqdarı olduğu, içi Puşkin qarışıq, o vaxta qədərki rus şairlərinin və yazıçılarının hamsını “müasirlik gəmisindən atmağa” iddia etdiyi inqilaba qədərki o dövr həm də Birinci Dünya Müharibəsi illəri idi. Və bu müharibə havası da onun həmin dövrdə yazdığı bir çox şeir və poemalarda duyulur.

Mayakovskinin inqilabdan sonra yazdıqları (bir neçə şeirini və “Bu barədə” adlı dahiyanə poemasını çıxmaqla), əslində, onun bir şair kimi yaşadığı böhran və tənəzzülün məhsuluydu. Özü də, bu böhran və tənəzzül qaynar, gurultulu şeir gecələrinin, kəskin ədəbi savaşların hay-küyü altında baş verirdi. Bu illərin Mayakovskisi şairdən daha çox döyüşçüydü. İçiylə yox, çölüylə yaşayırdı. Bütün düşmən saydıqlarına, sağçılara, əks-inqilabçılara və sairəyə atəş açmaqla məşğul idi. Və bu “gülləbaran” günlərin bir günü onun öz ürəyinə sıxdığı gülləylə sona yetdi. Yenə Svetayevanın şeirində deyildiyi kimi:

“O həmişə sağa güllə atardı,

Qəfil birdən sola çaxdı gülləni”.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin