Bleute. Göy rəngə boyanmış. Başqa heç bir rəng zərifliyin bu linqvistik formasını bilmir. Novalisin2 (əsl adı Fridrix fon Hardenberq (1772-1801) olan alman romantik yazıçısı və filosofu, “Henrix fon Ofterdingen” və “Gecələrə himn” romanlarının müəllifi) sözüdür: “Yoxluğun göyümtül rənginə boyanmış ölüm”. (“Gülüş və yaddaş kitabı”)
Caracteres.1.Şrift. 2.Xarakterlər. Kitabları get-gedə daha xırda şriftlərlə çap eləyirlər. Ədəbiyyatın sonunu təsəvvürümdə canlandırıram: tədricən şrift o qədər kiçiləcək ki, tamamilə görünməyəcək, bunun necə baş verdiyini də heç kəs sezməyəcək.