Karlos – Lorxio Vaka Marçetti. Boliviyalı. 1967-ci il martın 16-da təlim yürüşü zamanı Rio-Qrandedən keçərkən boğulub.
24Moro (Moroqoro, Muqanqa, El Mediko, Tavito) – Oktavio de la Konsepsion de la Pedraxa. Kubalı. Müharibənin son mərhələsində ağır xəstələnib və buna görə də Kebrado de El-Yuro dərəsində döyüş başlayan zaman Çe onu Eustakio və Çapako ilə birlikdə Pablitonun yanında qoyub. Pablitonun qrupu Miske və Rio-Qrande çaylarının qovuşuğunda yerləşən Kaxonesə qədər irəliləsə də, 1967-ci il oktyabrın 14-də burada məhv edilib.