Məsələn, uşaqlarınızın mobil vasitələrlə oynaması-
nın qarşısını ala bilməsəniz, heç gözləmədiyiniz halda
ötən əsrin 60-cı illərindən qalma sınıq-salxaq maşının
sahibi ola bilərsiniz.
ABŞ-ın Portlend şəhərində yaşayan 14 aylıq Sorella
Stautun valideynləri daha bir avtomobil almaq fikrində
olmamışlar. Amma sən saydığını say, gör, Sorella nə
sayır. Atasının smartfonunu gizlicə ələ keçirən bu
fərasətli qızcığaz təsadüfən “eBaty” internet-
hərracının telefonda quraşdırılmış mobil əlavəsini açır.
Təsadüflər bununla bitmir. Dəcəl körpə düymələri
nizamsız şəkildə basaraq 1962-ci ilin istehsalı olan
“Austin Healy Sprite” retromobilinin alınmasına dair
saziş bağlayır.
Sorellanın “hədiyyəsi” valideynlərin büdcəsinə elə ciddi maddi ziyan vurmur. Pis gündə olan bu maşın
Stautlar ailəsinə cəmi 225 dollara başa gəlir. Ancaq vəziyyət daha acınacaqlı ola bilərdi. Məsələ bundadır ki, ailə-
nin başçısı Pol Staut bir qədər əvvəl qiyməti 38 min dollar olan “Porshe” avtomobilinin satışı barədə elanı gözdən
keçirirmiş, əgər qızı xırdaca barmaqları ilə bir neçə dəfə başqa düymələri də bassa idi, Almaniya istehsalı olan ba-
halı sportkar ala bilərdi.
Pol Skaut “KOIN” telekanalına müsahibəsində demişdir ki, dəmir hissələrlə işləməyi bacarır və təsadüfən
alınmış bu maşını saz vəziyyətə gətirməyə çalışacaqdır. Üstəlik, köhnə maşının taleyi də artıq müəyyənləşib. Va-
lideynləri Sorellanın 16 yaşı tamam olanda maşını ona hədiyyə etməyə hazırlaşırlar. Necə də olsa, maşını, axı, So-
rella alıb.
65
324
Dekabr 2013
190 ölkənin yayımladığı bu müsabiqənin finalına 16 iştirakçı
çıxmışdı. Qalibə 120 min dollar mükafatla yanaşı, başqa hədiyyələr də
verilir. Bu isə 4 milyon dolları keçir. Qabriel İsler gözəllik tacını ötən ilki
qalib Oliviya Kalponun əlindən alıb.
Yarışma “Kainat gözəli”-nin 60 illiyi ilə bağlı ilk dəfə Rusiyada
keçirilib. Xatırladaq ki, ölkəmizi bu müsabiqədə Aysel Manaflı təmsil
edib.
“Kainat gözəli – 2013” müsabiqəsinin qalibi
Venesueladan olan Qabriel İsler seçilib
Dostları ilə paylaş: