DAŞDAN YONULAN NƏRD LÖVHƏSİ
Hündürlüyü 2,4 metr olan ağacın hazırlanmasına təxminən 43 kq-a yaxın
qiymətli metal sərf olunub. Trend-in məlumatına görə, bu barədə "Forbes" Yaponiya
mətbuatına istinadən xəbər verir.
Ağac Mikki Mausun, onun hava şarlarında uçan dostları Minni və Donald Dakın
təsvirləri ilə bəzədilib. Qızıl yolka öz alıcısını dekabrın 25-də zərgərlik şirkətinin
paytaxtın Gindzao məhəlləsindəki mağazasında gözləyəcək. Orada, həmçinin
qiyməti 1,62 milyon iyen (16 min dollardan artıq) olan mini-yolkalar da satılır.
Qeyd edək ki, bununla şirkət ötənilki rekordunu qırıb. Belə ki, 2012-ci ilin
noyabrında şirkət dəyəri 4,2 milyon dollar olan yolkanı satışa çıxarmışdı.
Tarixdə ən bahalı Milad ağacı isə 2010-cu ildə Əbu Dabidəki (BƏƏ) dəbdəbəli
"Emirates Palace" hotelində qurulmuşdu. Ağacın öz dəyəri bir neçə min dolları
ötməsə də, onun üzərindəki oyuncaqların hazırlanmasına bir neçə milyon dollar
vəsait sərf edilmişdi: oyuncaqların hazırlanmasında mirvaridən, qızıldan,
brilyantlardan, sapfir və zümrüdlərdən istifadə olunmuşdu. Ağacdan, eyni zamanda,
zinət əşyaları - saatlar, bilərziklər, boyunbağılar da asılmışdı. Nəticədə Yeni il
yolkasının qiyməti 11 milyon dollar təşkil etmişdi.
Tokioda "Tanaka Kikinzoku" zərgərlik şirkəti dəyəri 500 milyon iyen (5 milyon
ABŞ dolları) olan xalis qızıldan hazırlanmış Milad ağacını satışa çıxarıb
Dostları ilə paylaş: |