Xəzər dənizi



Yüklə 52,81 Kb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü52,81 Kb.
#40016
1   2   3   4   5   6   7   8   9   10
Xəzərin fiziki coğrafiyası museyibov 1998

Fauna və florası

Xəzər dənizinin fauna ve florası növcə çox zəngin olmasa da, inkişaf tarixinə və özünəməxsusluğuna görə başqa dəniz va göllərin fauna və florasından seçilir. Bununla yanaşı Xəzərin müasir faunası tipik dəniz faunasından ciddi fərqlənir. Burada əsil dəniz faunası azsaylı olmaqla, cəmi bir neçə növdən ibarətdir.

Xəzərin faunası üçüncü dövr dəniz faunasının çox mürəkkəb dəyişikliklərə uğraması nəticəsində yaranmışdır. Bu dəyişikliklərin əsas səbəbi isə Xəzər dənizinin duzluluq rejiminin dəfələrlə tərəddüdlərə məruz qalması olmuşdur. Xəzərdə 920-ə yaxın heyvan növündən ibtidai canlıların 62 növü, onurğasızların 543 sərbəst yaşayan növü, onurğalıların 79, tüfeylilərin 179 növü mövcuddur. Xəzərin üçüncü dövr faunasına sonralar şimal dənizlərindən bura daxil olmuş, əsasən xərçəngkimilərin və balıqların 15-ə qədər növü, qərb dənizlərindən isə 40-50-ə qədər molyusk, balıq, xərçəngkimilər və s. daxil olmuşdur.

Xəzər dənizi faunası tərkibində endemik və relikt növlər də çoxdur. Dənizin uzun müddət başqa dəniz və okeanlarla əlaqəsinin kəsilməsi relikt növlərin çoxluğunun əsas səbəbidir. Qədim tipik dəniz faunasının bir çox növləri Xəzər dənizi sularının şorluğunun azalması və vaxtaşırı dəyişməsi şəraitinə uyğunlaşmış (xərçəngkimilərin 44 növü, balıqların 18 növü və s.), hətta şirin sulara da keçmişdir (molyuskların 7 növü, bağırsaqboşluqların 2 növü və i. a.).

Müəyyən edilmişdir ki, Xəzər dənizində bakteriyaların ümumi biokütləsi 1600000 tona çatır. Xəzərin mikroorqanizmləri orqanik maddalərin çevrilməsində mühüm rol oynayır. Xəzərdə fitoplanktonların 400 növū mövcuddur. Bunlardan 163 növü diatom yosunlar təşkil edir. İlin fəsillərindən asılı olaraq fitoplanktonların biokütləsi çox dəyişir - qışda azalır, yazda-yayda sular isindikcə isə intensiv inkişaf edir, çiçəkləyir və kütlələri artır. Xəzərdə fitoplanktonların orta kütləsi 1-3 q/m3, ayrı-ayrı hallarda isə 140 q/ m3-ə çatır. Fitoplanktonun yayılmasına dəniz suyunun şorluğu mənfi təsir göstərir. Buna görə Şimali Xəzər fitoplanktonla daha zaəngindir. Orta ve Cənubi Xəzərdə fitoplankton növcə kasıblaşır va burada onun kütləsi çox azalır.

Xəzər dənizində zooplanktonun 315-ə qədər növü və yarımnövü müəyyən edilmişdir. Zooplanktonun kütləsi şimali Xəzərdə daha çoxdur. Burada şirinsu, dəniz va zəif şor suların zooplanktonu yayılmışdır. Qışda zooplanktonun miqdarı (kütləsi) azalır, ilin isti dövründə isə artır.

Xəzər dənizində bentosun 826 növü yayılmışdır ki, bunun 566 növünü mikrobentos, 360-nı isə makrobentos təşkil edir. Burada mavi-yaşıl yosunlar, Xəzər dənizinin faunasını L. A. Zenkeviş, R. Qasımov ve başqaları tədqiq etmişlər.

yaşıl yosunlar,qırmızı yosunlar,qonur yosunlar və b. aşkar edilmişdir.Yosunların yayılmasına dəniz dibi çöküntülərin litoloji tərkibi təsir göstərir.Qayalı süxurlarda yaşıl və qırmızı yosunlar,lilli hidrogensulfidli qruntlarda isə xara yosunları inkişaf edir.Fitobentosun ayrı-ayrı növlərinin biokütləsi eyni deyil.Əsasən lilli qruntlarda inkişaf edən fitobentosun miqdarı 20-300q/m3-a çatır.Əvvəllər Abşeron akvatoriyasında bu yosundan 1,5-2 min ton yığılardı.

Xəzər dənizində zoobentosun yayılmasında aydın nəzərə çarpan şaquli zonalllıq müəyyən edilmişdir.Zoobentosun ən çox yayıldığı zona dərinliyi 50m-ə qədər çatan üst təbəqə sularıdır.Bu dərinliklərdə bentosun kütləsi (xüsusilə mitilyaster,sindesmiya hesabına) artır.

Dərinliyi 50-100m arasında olan zona sularında bentos xeyli kasıblaşır və kütləsi də azalır.Burada əsasən xərçəngkimlilər yayılmışdır.Daha dərin zonalarda (400-600m-qədər) bentosun tək-tək nümayəndələri yayılmışdır.Volqanın,Terekin,Sulakın,Kürün avandeltalarında az duzlu(1-3%) sularda,bərk qruntlarda və qida maddələrinin bolluğu şəraitində biosenozlar daha zəngin olmaqla,yüksək məhsuldarlığa malikdir.Dəniz suyunun şorluğu artdıqca biosenozların növ tərkibi kasıblaşır,kütləsi isə azalır.Son 10-15 ildə Xəzər dənizi səviyyəsinin qalxması,dayaz akvatoriyaların genişlənməsinə,dayaz sahillərdə və çayların avandeltalarında duzluluğun azalmasına (xüsusilə Xəzərin dayaz şimal və şimal-qərb sahili zonasında) və biosenozların daha intensiv inkişaf etməsinə səbəb olmuşdur.

Xəzər dənizinin i x t i o f a u n a s ı balıqların 75 növündən və 17 yarımnövündən ibarətdir.Bunlardan bölgə(Huso huso), nərə(Acipenser guldenstaedti),uzunburun(A.stlelatus),qaya balığı (Acipenser nudiventris),ağ qızılbalıq(Stenodus lensisthus),qızılbalıq(Salmo caspius),Xəzər siyənəyinin beş növü (Caspialosa caspica və b.),dəniz sıfı,ziyad,gülmə,çəki,xəşəm(Aspius aspius) olduqca qiymətli balıq növləri olmaqla,böyük təsərrüfat əhəmiyyətinə malikdir.Göstərilən balıqlardan əlavə,Xəzərdə 27 növ əhəmiyyəti olmayan balıq mövcuddur.Bunlardan xul balığı,iynəbalıq,girdəağız,Xəzər ilan balığı və başqa növləri göstərmək olar.Xəzərin ixtiofaunasının əsas yem bazasını plankton,bentos və xırda balıqlar təşkil edir.Balıqların məhsuldarlığı qida maddələri ilə daha zəngin olan böyük,hətta kiçik çayların avandeltaları və şelfzonasında daha çoxdur.Həmin sahələrin və açıq dənizin çirklənməsi ixtiofaunanın da kasıblaşmasına və məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olmuşdur.

Xəzərin o r n i t o f a u n a s ı da maraqlıdır.Sahil suları, xüsusilə müxtəlif qida mad dələri ilə çox zəngin və ərazicə geniş sığınacaqlar bir çox quş növlərinin daimi məs kənləridir. Bununla yanaşı qışlamaq üçün bura külli miqdarda quş uçub gəlir.Bu baxımdan Volqa,Terek,Ural,Sulak,Kür çaylarının deltaları,Dəvəçi liman,Qızılağac körfəzi və bir sıra başqa əlverişli təbii-akval kompleksləri daha əlverişli və qiymətlidir . Xəzər dayazlığında quşların cəmləşdiyi böyük sığınacaqların hamısına, hazırda hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq “Dövlət qoruğu”, yasaqlıq statusu verilmişdir. Xəzərin sahil sularının ən tipik quşları qarabattaq, çəhrayı flaminqo, qızıl qaz, anqut, bozyanaq anqut, kəkilli qara ördək, qızllbaş cumuldağ, çəhrayı və qıvrım pelikanlar, qu, qızılbaş ördək və bir sıra quşlardır.

Xəzər dənizində məməlilərin yalnız bir növü – suiti rast gəlir.


Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin