Xii əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur


Monqolların ərazisi və məşğuliyyəti



Yüklə 22,33 Kb.
səhifə2/3
tarix28.12.2021
ölçüsü22,33 Kb.
#48158
1   2   3
monqollar

Monqolların ərazisi və məşğuliyyəti. Monqollar Kulun — Bugir gölündən başlayaraq Altay dağlarının qərb ətəklərinə qədər uzanan ərazidə qədim zamanlardan yaşamışdılar. Monqolların bir hissəsi çöllərdə köçəri maldarlıqla, mal-qarası olmayan tayqada yaşayan başqa bir hissəsi isə meşə monqolları ovçuluqla məşğul olurdu. «Monqolların nəsli haqqında qiymətli rəvayətlər» əsərində monqollar «keçə alaçıqlarda yaşayan» adamlar adlandırılır.

XII əsrdə monqollar arasında qəbilə münasibətləri dağılmağa başladı. Dağılmış qəbilələrin ayrı-ayrı hissələri birləşib ordular yaradırdı. Ordu birləşməsinin başında ən iri maldarlardan seçilmiş hərbi rəislər — bahadır və noyonlar dururdu. Onlar otlaqları ailələr arasında bölürdülər. Daha çox köçərini hakimiyyəti altında birləşdirən noyon və bahadır xan titulu daşıyırdı. Noyonların tayfasına mənsub olan istehsalçılar xaraçular adlanırdı. Onlar noyonlara tabe idilər, onlar üçün kumız (at südündən hazırlanmış sərinləşdirici içki) hazırlayır, sürülərim otarır və s. işlərini görürdülər.

Monqollarda qullar təhkimli rəiyyətə, yəni unaqan — boqola çevrilirdi. İşğal olunmuş ölkələrin bütöv tayfaları da unaqanboqol adlanırdı. Öz məhsullarını və qarət etdiyi sərvəti noyonlarla bölüşdürən imtiyazlı təbəqə tarxanlar adlanırdı.Beləliklə, monqollarda ibtidai icma quruluşu XIII əsrə qədər dağılmış, feodal münasibətləri yaranmağa başlamışdı. Monqollar ibtidai icma quruluşundan feodalizmə keçdilər. Bu, köçəri feodalizm idi. qəbilə münasibətləri köçəri feodalizmdə uzun müddət mövcud olmuşdu.


Yüklə 22,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin