Tərbiyədə alışdırma metodunun rolu da böyükdür. Həmin metod uşaq və yaniyetmələrin cəmiyyətin nəzərində pis sayılan hərəkətlərini dayandırmağı və davranış normasına uyğun olan hərəkəti əməli surətdə onlara təkrar etməyi nəzərdə tutur. Alışdırma həm adətlərin yaradılmasına, həm də iradənin təmin olunmasına xidmət göstərir.
Tərbiyədə rəğbətləndirmə və cəzalandırma metodları da çox böyük təsir qüvvəsinə malikdir. Məktəbdə olduğu kimi, ailədə də uşağın davranışına qiymət verilməli, müsbət hallar müşahidə edildikdə o həvəsləndirilməli, mənfi hallara yol verildikdə müvafiq cəza ilə ona təsir göstərilməlidir.