Yekun tapşırığın komponenti
Yekun tapşırığının komponenti təlim-tədrisin nəticəsi ilə əlaqədardır. Bu komponentdə bir tədris hissəsinin (mövzu, fəsil, paraqraf, məsələ) öyrənilməsi və mənimsənilməsi nəticəsində əldə edilmiş nəticələr yoxlanılmalıdır. Şagird konkret tədris vahidi başa çatdırıldıqda musiqi standartı ilə müəyyənləşdirilmiş bilik və vərdişlərini nümayiş etdirməyi bacarmalıdır. Buna müvafiq olaraq, yekun tapşırıqlar musiqinin standartlarla müəyyənləşdirilmiş nəticələrini yoxlamalıdır.
Yekun tapşırıqlarının növləri
Standartın tələblərini yerinə yetirmək üçün yekun tapşırıqlarının rəngarəng formalarından istifadə etmək tövsiyə edilir. Musiqi üzrə yekun tapşırıqlarının növləri aşağıdakılar ola bilər:
-
konsert/tamaşa;
-
viktorina;
-
məruzə-referat;
-
mühazirə-konsert;
-
təqdimat;
-
testləşdirmə;
-
imtahan;
-
layihə.
Şagird tərəfindən yerinə yetirilmiş layihənin ehtimal olunan mövzuları:
tematik tamaşanın/konsertin keçirilməsi, televiziya verilişinin, radio verilişinin, tamaşanın hazırlanması; qəzet, jurnal, not albomunun hazırlanması; mahnı, musiqi əsəri və ya başqa mövzuda klip çəkilməsi, tanınmış bəstəkarın, müğənninin, rejissorun məktəbə dəvət olunması, görüşün təşkili və aparılması və s.
Dostları ilə paylaş: |