Xocalı faciəsi- tariximizin qan yaddaşı Xocalı soyqırımı ermənilər tərəfindən qəsdən planlı şəkildə törədilən beynəlxalq cinayət hadisəsidir



Yüklə 131,1 Kb.
Pdf görüntüsü
tarix07.09.2017
ölçüsü131,1 Kb.
#29233

“Azad Azərbaycan”.-2011.-16 fevral.-N.23.-S.4.

Daxili siyasət. Soyqırım



Xocalı faciəsi- tariximizin qan yaddaşı

Xocalı soyqırımı ermənilər tərəfindən qəsdən planlı şəkildə törədilən beynəlxalq cinayət

hadisəsidir

Xocalı  soyqırımını  dünya  ölkələri  ermənilərin  Azərbaycan  xalqına  qarsı  soyqırımı  kimi  tanımalıdır.

Ermənilər  tarixən  öz  havadarlarının  köməyi  ilə  Azərbaycan  xalqına  qarşı  ərazi  iddiasında  olub.  Tarixi

torpaqlarımıza  qəddarcasına  basqın edərək işğal  ediblər.  Xalqımıza  qarsı soyqırımı həyata  keçiriblər.  Ermənilərin

həyata  keçirdikləri  soyqırımı  siyasətinin  ən  dəhşətlisi.  insanlığa  sığmayan.  tarixdə  görünməmiş  terror  aksiyası  -

Xocalı soyqırımıdır.  Xocalı soyqırımı XX əsrin ən dəhşətli soyqırımıdır.  Lakin gəlin çörək. bu misli  görünməmiş

erməni  vəhşiliklərinə  Azərbaycanın  o  zamankı  iqtidarı  Ayaz  Mütəllibov  hakimiyyətə  can  atan  və  sonradan

hakimiyyətdə olan "demokrat bəylər". eyni zamanda dünya ölkələri nə cür münasibət həslədilər və niyə susdular?!

Ona  görə  ki,  ölkə  rəhbəri  olan  A.  Mütəllibov  bu  qanlı  terroru,  vəhşi  soyqırımı  öz  xalqından  və  dünya

ölkələrindən,  beynəlxalq  təşkilatlardan  gizlətdi.  Fevralın  27-də  rəsmi  qəzetlər  və  dövlət  televiziyası  prezidentin

mətbuat  xidmətinin  məlumatında  bildirdilər  ki,  Xocalı  şəhərinə  hücum  olub.  2  nəfər  ölüb.  Axı  Azərbaycan  öz

müstəqilliyini 1991-ci ilin 18 oktyabrında elan etmişdi. Sovetlər İttifaqı yox idi, faciə baş verən zaman Azərbaycan

artıq 4 ay idi ki, müstəqil dövlət idi.

Tutaq ki, 1990-cı il yanvarın 20-də törədilən terror aksiyası zamanı Azərbaycan SSRİ-nin tərkibində idi və

ona görə də heç bir dövlət bu soyqırımına münasibət bildirmədi. Yalnız Moskvada həyatı təhlükə qarşısında olan,

izolyasiya  şəraitində  yaşayan  Heydər  Əliyevin  səsi  bütün  dünyaya  yayıldı.  Xocalı faciəsi  baş  verən  zaman  artıq

Azərbaycanı müstəqil dövlət kimi bir sıra  ölkələr tanımışdı.  Azərbaycan BMT-nin üzvü idi. 1991-ci ildə Türkiyə,

1991-ci il dekabrın 25-də ABŞ Azərbaycanı rəsmən tanıdı.

Bəs  onda  sual  olunur:  bu  qanlı  terror  aksiyasından  sonra,  yəni  Xocalı şəhərində  613  nəfərin  vəhşicəsinə

öldürüldüyü,  487  nəfərin  şikəst  edildiyi,  1275  nəfərin  əsir  alınaraq  zülmə,  işgəncələrə  məruz  qalmaları,  6  min

əhalisi olan Xocalı şəhərinin tamamilə yandırılması, öldürülmüş  meyitlərin üzərində ermənilərin sərxoşluq edərək

toy-bayram  etmələri  və  s.  törədildiyi  halda,  A.  Mütəllibov  "iqtidarı"  nə  üçün  Xocalıda  baş  verənləri  gizlədərək,

orada 2 nəfərin öldürüldüyünü bəyan etmişdi. A. Mütəllibov öz vəzifəsini qorumaq üçün bu soyqırımı barədə yanlış

məlumat  verdi.  O,  hakimiyyətə  can  atan  cəbhəçilərdən,  müsavatçılardan  ehtiyat  edirdi.  Bu  A.  Mütəllibovun  öz

xalqına xəyanəti idi. Əksinə, faciə ilə əlaqədar olaraq o, Ali Sovetə soyqırımı barədə öz xalqına, dünya ölkələrinə

BMT-yə bəyanatla müraciət etməli idi. Dünya ölkələrinin diqqətini bu qanlı soyqırımına yönəltməli idi. Sonra isə

bunu  bacarmadığı  halda,  özünü  xalq  qarşısında  günahkar  bilərək  istefa  verməli  və  el  ağsaqqalı  Heydər  Əliyevi

Bakıya  dəvət  edib  ondan  xalqa  rəhbərlik  etməyi  xahiş  etməli  idi.  Çox  təəssüf  ki,  Xocalı  faciəsinə  gedən  yolu

günü-gündən  yaxınlaşdıran  A.  Mütəllibov  bunu  etmədi,  hakimiyyətə  can  atan  İsa  Qəmbər,  Ə.  Elçibəy,  Y.

Məmmədov  və  başqaları  Mütəllibovdan  tələb  etmirdilər  ki,  nə  üçün  bu  soyqırımım  xalqdan  və  dünya

ictimaiyyətindən gizlədirsiniz? Çünki İsa Qəmbər də, Ə. Elçibəy də və onlara xidmət edən "bəylər " də bu faciədən

bəhrələnərək hakimiyyətə can atırdılar. Xocalı faciəsinə, soyqırımına dünya, bax, bu səbəblərdən susdu, özü də bərk

susdu. Atalar yaxşı deyib, "həmişə yatan, sakit duran, ağlamayan uşağa öz anası da süd verməz".

A.  Mütəllibova,  ondan  sonrakı rəhbərlər  -  Y.  Məmmədov,  İsa  Qəmbər,  Ə.  Elçibəy  də  qəflət  yuxusunda

yatdılar,  dünya  da  susdu.  Azərbaycanın  səsinə  səs  vermədi.  Soyqırımına,  terrora  məruz  qalan  Azərbaycan  İsa

Qəmbərin,  Ə.  Elçibəyin  hakimiyyəti  dövründə  daha  da  təkləndi.  Xocalı  faciəsindən  təxminən  2  ay  sonra

hakimiyyətə  gələn  İsa  Qəmbər  heç  soyqırımı  barədə  fikirləşmədi  də.  Ə.  Elçibəy  də  öz  hakimiyyəti  dövründə

Azərbaycanın  başına  gətirilən  terrordan,  soyqırımından,  əsasən  Xocalı  soyqırımı  barədə  heç  bir  yerdə  söhbət

açmadı.  Fakt  üçün  göstərə  bilərəm,  1992-ci  ilin  iyulunda  Finlandiyanın  paytaxtı  Helsinkidə  ATƏT-in  sammiti

keçirilmişdir.  1992-ci  ildə  ABŞ prezidenti  olmuş  Corc  Buş  Ə.  Elçibəyə  məktubla  müraciət  edərək,  ABŞ-ın bütün

sahələrdə Azərbaycanla sıx əməkdaşlığa  və qarşılıqlı münasibətlərin inkişafına hazır  olduğunu bildirmişdi. Həmin

vaxt  hesab  etmək  olardı  ki  "demokrat  bəylər  "  bu  tarixi  fürsəti  əldən  verməyərək,  Azərbaycanın  başına  gətirilən

dəhşətli  Xocalı soyqırımı, ermənilərin  terror  əməllərindən,  torpaqlarımızın  işğala  məruz  qalmasından,  bütövlükdə

erməni  vəhşiliklərindən,  ölkənin  üzləşdiyi  Qarabağ  problemindən  ABŞ  prezidentinə  rəsmən  müraciət  edərək

məlumat  verə  bilərdilər.  Lakin  Ə  Elçibəyin  təcrübəsizliyi,  qlobal  siyasət  məsələsindən  bas  çıxarmaması Helsinki

sammitində  ABŞ-Azərbaycan  dialoqunun  başlanmasına  imkan  vermədi.  Helsinki  sammitindən  Azərbaycanın

xeyrinə  istifadə  etmək  imkanı  əldən  verildi  Azərbaycan  xalqının  başına  ermənilər  tərəfindən  gətirilən  faciələr  -

Xocalı  soyqırımı,  torpaqlarımızın  ermənilər  tərəfindən  işğal  edilməsi  və  s.  məsələlər  barədə  həmin  sammitdə

prezident  kimi  iştirak  edən  Ə.  Elçibəy  bir  kəlmə  də  danışmadı.  Nəticədə  "demokratların"  hakimiyyəti  dövründə

Azərbaycan dünya miqyasında görünməmiş təcavüzə, soyqırıma, Xocalı müsibətləri görmüş, ərazisi işğal olunmuş,

bir  milyondan  artıq qaçqın, köçkünü  olan  Azərbaycan  dünya  ölkələrindən  yardım-kömək  almaq  əvəzinə  təkləndi.

Respublikamız  Xocalı  soyqırımından  doqquz,  on  ay  sonra  1992-ci  ilin  dekabrında  ABŞ  Konqresi  tərəfindən

Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən "907-ci düzəliş" deyilən sənədlə "mükafatlandırıldı".


Əksinə,  Xocalı  soyqırımını  həyata  keçirən  ermənilər  və  Ermənistan  təcavüzkar  kimi  dünyada  tanınmaq

əvəzinə,  erməni  millətçilərinin  apardığı siyasət  nəticəsində  dünyada  "əzilən  xalq",  "soyqırıma"  məruz  qalan  xalq

kimi tanındı.  Erməni lobbisinin təsiri ilə dünya ölkələrindən dəstək aldığı ABŞ dövləti  1992-ci ildən Ermənistana

600  milyon  dollar  yardım  göstərmişdi.  Bizim  "demokrat  bəylər"  isə  xalqı,  dünya  ölkələrinin  diqqətini  Xocalı

faciəsinə yönəltmək əvəzinə bu hadisədən hakimiyyətə gəlmək üçün məqam kimi istifadə etdilər.

11  sentyabrda  ABŞ-da  baş  verən  terror  aksiyasına  dünya  ölkələri  tərəfindən  tez  bir  zamanda  münasibət

bildirildi.  O  cümlədən  terrorizmi  beynəlxalq  cinayət  hesab  edən  və  ona  qarşı  bütün  dünya  ölkələrini  birgə

mübarizəyə  səsləyən  müdrik  rəhbərimiz  Heydər  Əliyev  bu  terror  aksiyasına  kəskin  etirazını  bildirdi.  Amerika

prezidenti və xalqı ilə həmrəy olduğunu həyan etdi. ABŞ-da baş verən terror bütün dünyaya olduğu kimi, çatdırıldı.

ABŞ prezidenti bəyanat verərək dünya ölkələrini terrorizmə qarsı mübarizəyə səslədi.  Xocalı soyqırımı baş  verən

zaman isə ölkə prezidenti faciəni bütün təfsilatı ilə dünyaya bəyan etmək əvəzinə, ermənipərəst mövqe-tutaraq bu

qanlı terror əməliyyatını gizlətdi.

Baş verən qanlı terror hadisəsi-Xocalı soyqırımı barədə prezident kimi Mütəllibov bir kəlmə də danışmadı.

Nə  Milli  Məclisdə,  nə  də  Prezident  Administrasiyasında  bu  beynəlxalq  cinayət  hadisəsi  müzakirə  edilmədi,

beynəlxalq ictimaiyyətə məlumat verilmədi

XX  əsrin  ən  dəhşətli  beynəlxalq  cinayəti  -  Xocalı  soyqırımı  barədə  dəfələrlə  kütləvi  informasiya

vasitələrində çıxışlar etmişəm və təkliflər vermişəm. 18 fevral 2001-ci il tarixdə Milli Məclisin orqanı olan rəsmi

dövlət qəzetində - "Azərbaycan" qəzetində "Xocalı soyqırımı - ermənilərin Azərbaycana qarşı genosid siyasətidir"

başlıqlı  məqalədə  isə  etdiyim  təkliflər  eyni  zamanda  Azərbaycanın  Avropa  Şurasındakı deputat  qrupuna  etdiyim

təkliflər deputat qrupu və o zaman deputat qrupuna rəhbərlik edən cənab İlham Əliyev tərəfindən, Milli Məclis və

Xocalı ictimaiyyəti və eyni zamanda respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Və  bir  daha  həmin  təkliflərimi  respublika  və  dünya  ictimaiyyətinə  çatdırıram.  "Soyqırımı  siyasətinin

qarşısının  alınması və  cəzalandırılması haqqında"  BMT-nin  1948-ci  il  9  dekabr  tarixli  konvensiyası ilə  soyqırımı

beynəlxalq  hüquq  normalarını pozan  cinayət  elan  olunmuş  və  həmin  cinayətin  törədilməsi  üçün  bu  və  ya  digər

dövlətin  məsuliyyətinin  müəyyənləşdirilməsinə  dair  iddiaların  təmin  edilməsi  beynəlxalq  məhkəmənin

səlahiyyətinə  aid  edilmişdir.  Ona  görə  də  bir  ziyalı  vətəndaş  "kimi  təklif  edirəm.  BMT-yə,  ATƏT-ə,  AŞPA-ya,

İKT-yə,  -  ABŞ  Konqresinə  Beynəlxalq  Məhkəməyə  respublika  ictimaiyyəti  və  xalqı  adından  Xocalı  soyqırımı

günahkarlarının  -  soyqırımı  təşkil  edən  və  həyata  keçirən  Ermənistanın  o  zamankı  rəhbərləri  Ter-Petrosyan,

Koçaryan, Sarkisyan, 366-cı alayın komandirləri, Rusiya Federasiyasının həmin illərdə müdafiə naziri və qərargah

rəisləri və millətçi dairələri, soyqırımı tapşırıqlarını həyata keçirən hərbi hissə komandirləri, qanlı faciəni, dəhşətli

soyqırım  öz  xalqından  və  dünya  ölkələrindən  gizlədən  o  zamankı Azərbaycan  prezidenti  A.  Mütəllibov,  faciədən

hakimiyyətə gəlmək üçün istifadə edən və hakimiyyətdə olduğu müddətdə Xocalı soyqırımı barədə dünya ölkələrinə

 məlumat  verməkdən  çəkinən  İsa  Qəmbər  və  b.  cəzalandırmaq  üçün  müraciət  olunsun.  Bu  müraciət  bütün  dünya

ölkələrinin parlamentlərinə göndərilsin. "Erməni soyqırımı"nın başqa ölkələrdə tanınmasının qarşısını almaq üçün

xarici ölkələrdə təbliğatımızı genişləndirək. Eyni zamanda Xocalı soyqırımının XX əsrin ən dəhşətli terror aksiyası,

ermənilər tərəfindən qəsdən törədilməsini, dinc əhalini gecə vaxtı vəhşicəsinə qırmalarını, diri-diri yandırmalarını,

ermənilərin Azərbaycan xalqına qarşı törətdiklərini özündə əks etdirən Xocalı soyqırımı dünya ölkələri  tərəfindən

XX əsrin ən dəhşətli terroru, Ermənistanın və ermənilərin azərbaycanlılara qarşı soyqırımı kimi tanınmalıdır.

Beynəlxalq  Haaqa  Məhkəməsi  Xocalı  şəhərində  baş  verən  qanlı  terroru-soyqırımı  beynəlxalq  cinayət

hadisəsi olaraq təsdiq edən qərardad çıxarmalı və bu qərarla qəti hökmlə Ermənistan Respublikasını və rəhbərlərini

qəti  şəkildə  cəzalandırmalıdır.  Məhkəmə  qəbul  etdiyi  hökmün  surətlərini  BMT  Təhlükəsizlik  Şurasına,  ATƏT-ə,

AŞ-PA-ya,  ABŞ  Konqresinə,  Fransa  Senatına,  eyni  zamanda  BMT-nin  Baş  Katibinə  bu  hökmü  BMT-nin

tribunasından bütün dünyaya bəyan etməyi tövsiyə etsin. Hökmdə ermənilərin 200 ildən çox bir vaxtda xalqımızın

başına  gətirdikləri  soyqırımı,  genosid  siyasətləri  kəskin  surətdə  pislənməsi,  xalqımıza  dəyən  maddi  və  mənəvi

zərərin  ödənilməsi,  Ermənistana  embarqo  tətbiq  edilməsi,  Ermənistanın  BMT-dən,  ATƏT-dən,  AŞPA-dan

üzvlüyünə  xitam  verilməsi,  bayrağının  endirilməsi,  ABŞ  Konqresinin  Xocalı  soyqırımından  9  ay  sonra  erməni

təbliğatının  və  Konqresdə  ermənipərəst  konqresmenlərin  bu  beynəlxalq  cinayət  hadisəsinə-Xocalı  soyqırımına

hüquqi-siyasi  qiymət  verərək  Azərbaycana  və  onun  xalqına  dəstək  vermək  əvəzinə  Azərbaycana  hər  cür  yardımı

qadağan  edən  bədnam  "907-ci  düzəliş"in  beynəlxalq  hüquqa,  humanizmə  zidd  qərar  olması,  terrora,  soyqırıma,

işğala  dəstək  qərar  olması və  buna  görə  də  ləğv  edilməsi  və  BMT-nin  1948-ci  il  9  dekabr  tarixli  konvensiyasına

əsasən  Xocalı  şəhərində  baş  verən  soyqırımı  beynəlxalq  cinayət  hadisəsi  olaraq,  dünyada  baş  verən  terror

hadisələrinin  ən  dəhşətlisi  olduğunu  təsdiq  edən  hökm  çıxarmalı  və  həmin  hökmü  icra  etməlidir.  Beynəlxalq

hüququn bütün norma və prinsiplərini pozaraq beynəlxalq cinayət hadisəsi - Xocalı soyqırımı törətmiş Ermənistana

maliyyə  yardımları  edən  ABŞ  hökumətinə  beynəlxalq  erməni  lobbisinə  və  diasporlarına  qarşı  yardımların

dayandırılması barədə Rusiya Federasiyası ilə hərbi-siyasi-iqtisadi müqavilələrin ləğvinə dair qərar qəbul etsin və

bu  qərar  həmin  ölkələrin  rəhbərlərinin  nəzərinə  çatdırılsın,  Ermənistanda  inşa  olunmuş  qondarma  "soyqırımı

abidəsi"nin  sökülməsinə  dair  qərar  qəbul  et-sin.  Respublikamızın  şəhər  və  rayonlarında  soyqırımı  abidəsi

kompleksləri ucaldılsın.



Dəmir QURBANLI

Yüklə 131,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin