Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətdir



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#29129


 

Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətdir. 

 

                   “Təfəkkür” universitetində Xocalı soyqırımı qurbanları yad edildi. 

 

 

         Azərbaycan xalqının tarixində dünyada misli görünməyən, insanlığa sığmayan,  



olduqca dəhşətli faciələrdən biri də bizlərin şahidi olduğu, 25 il əvvəl fevralın 25-dən  

26-na keçən gecə erməni vandalizmi tərəfindən törədilmiş Xocalı soyqırımıdır.  

 

Fevralın 24-də “Təfəkkür” universitetinin akt zalında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir 



keçirildi. Əvvəlcə  Xocalı soyqırımı qurbanlarının  xatirəsi  bir  dəqiqəlik sükutla yad  edildi. Tədbiri giriş sözü ilə 

açan universitetin rektoru, professor Rahim Hüseynov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, onun baş 

vermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş qanlı cinayətlər barədə danışdı. O, bildirdi ki, 

1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Erməni  silahlı  birləşmələri  keçmiş  Sovet  ordusunun  köməyi  ilə  bir 

gecədə Qarabağın dilbər guşəsi olan Xocalı şəhərini yerlə yeksan etdi. 613 azərbaycanlının, o cümlədən 106  

qadının, 63 uşağın, 70 qocanın amansızcasına qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü, 3 nəfərin diri-diri yandırıldığını bildirdi. 

        Rektor  Rahim  Hüseynov  Xocalı  Faciəsini  dünyada  misli  görünməmiş  vəhşilik  və  qəddarlıq  adlandırdı,  bu  faciənin  Xatın,  Xirosima, 

Holokost faciələrinə bərabər, bəlkə də daha dəhşətli olduğunu dedi. Faciənin iştirakçısı, canlı şahidi kimi gördüklərindən, yaralılara göstərilən 

ilk  tibbi  yardımlardan  və  onların  müalicəsi  üçün  görülən  təşkilatçılıq  işindən,  xalqın  bu  faciəyə  münasibətindən,  insanların  yaralılara  necə 

yardım göstərdiyindən, qan vermək üçün növbəyə dayandıqlarından danışdı. 

 

         Xocalıda  soyqırımı  törədənlərin  hələdə  Ermənistanda  yüksək  vəzifələrdə 



olduğunu vurğulayan professor Rahim Hüseynov  insan haqları, demokratiyanın 

bərqərar olduğu bir zamanda hələdə törətdikləri cinayətlərə görə cəzalandırılma-

dığını da əsrin faciəsi adlandırırdı. XX əsrin əvvəllərindən başlayaraq ermənilərin 

azərbaycanlılara  qarşı  apardığı  etnik  təmizləmə  siyasətindən,  kəndlərimizin,  şə-

hərlərimizin,  dini,  tarixi  abidələrimizin,  məktəblərin,  xəstəxanaların,  məscidlərin 

dağıldılması və yandırılmasından danışdı. Aprel döyüşlərində ordumuzun qələbə-

sindən danışan Rahim Hüseynov Cocuq Mərcanlıya qayıdışı Qarabağa qayıdışın 

başlanğıcı adlandırdı. 

         Tədbirdə xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədəki hə-

qiqətlərin bütün dünyaya çatdırılmasının, gələcək nəsillərə əyani surətdə göstəril-

məsinin vacibliyi vurğulandı. Bu sahədə Heydər Əliyev fondunun vitse-prezidenti 

Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kompaniyasının əhəmiyyəti xüsusi qeyd edildi. Xocalı faciəsinin bəşəriyyətə qarşı ən 

böyük ədalətsizlik olduğu və bu faciəni törədənlərin, cəzasız qalmayacağı, gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəyi bildirildi. 

 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin