Xocalı soyqırımının 3-cü ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 115,46 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü115,46 Kb.
#29169

 

 

Xocalı soyqırımının 3-cü ildönümünün keçirilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

(19 fevral 1995-ci il) 

 

1995-ci  il  fevral  ayının  26-da  Xocalı  soyqırımının  3-cü  ildönümü  tamam  olur.  Bu  faciənin  qurbanlarının 



xatirəsini dərin hüznlə yad edərək, Azərbaycan xalqının milli matəm günü münasibətilə qərara alıram: 

1. Xocalı soyqırımının 3-cü ildönümü ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı tərkibdə Dövlət 

Komissiyası yaradılsın: 

Ramiz Mehdiyev — Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri (sədr) 

Hidayət Orucov—Azərbaycan Respublikasının Dövlət müşaviri 

Qabil Hüseynli — Azərbaycan Respublikasının Dövlət müşaviri 

İzzət Rüstəmov — Azərbaycan Respublikası Baş nazirinin müavini 

Rəfael Allahverdiyev — Bakı şəhər İcra hakimiyyətinin başçısı 

Həsən Həsənov — Azərbaycan Respublikasının xarici işlər naziri 

Yusif  Hümbətov  —  Azərbaycan  Respublikası  Prezidenti  aparatının  Ərazi  idarəetmə  orqanları  ilə  iş 

şöbəsinin müdiri 

Fatma Abdullazadə — Azərbaycan Respublikası Prezidenti aparatının humanitar siyasət şöbəsinin müdiri 

Allahşükür Paşazadə—Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri 

Lidiya Rəsulova — Azərbaycan Respublikasının təhsil naziri 

Sabir Rüstəmxanlı—Azərbaycan Respublikasının mətbuat və informasiya naziri 

Polad Bülbüloğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri 

Əbülfəz Qarayev — Azərbaycan Respublikasının gənclər və idman naziri 

İlqar Rəhimov — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 

Vaqif Qasımov — Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının sədri 

Eldar Salayev — Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti 

Anar Rzayev — Azərbaycan Yazıçılar Birliyinin sədri 

Səttar Mehbalıyev — Azərbaycan həmkarlar İttifaqları Konfederasiyasının sədri 

Elman Məmmədov—Xocalı rayonu İcra hakimiyyətinin başçısı 

Babək Məmmədov—Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri 

Yusif Əliyev — Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini 

2. Xocalı soyqırımının 3-cü ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilsin (əlavə olunur). 

 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV. 

 

Bakı şəhəri, 19 fevral 1995-ci il. 



№ 157. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 115,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin