hazırda əksər inkişaf etmiş ölkələrin iqtisadiyyatında həyata keçirilir. Dolayı vergi növü kimi
əlavə dəyər vergisi məhsul və xidmətlərin qiymətlərinə əlavələr formasında çıxış
edir və
bilavasitə sahibkarın gəlirlərinə toxunmur. Bu vergi əslində müəssisədən deyil, istehlakçıdan
tutulur. Mahiyyət və məzmun etibarı ilə müəssisələr yalnız həmin
vergiləri toplamaqla məşğul
olur. Əmtəə və xidmətlərin istehsalçıdan istehlakçıya çatdırılmasına qədər o, istehsal və
tədarükün uzun texniki mərhələsini keçir. Bu prosesin hər bir mərhələsində əlavə dəyər yaranır
və bu isə yalnız vergi- qoyma obyektinə xidmət edir. Əlavə dəyər
vergisi maddi qiymətlərin
faktiki dövriyyəsi ilə sıx əlaqədar olur. Öz sələfləri ilə müqayisədə (dövriyyədən vergi və
satışdan vergi) əlavə dəyər vergisi müəyyən üstünlüklərə malikdir.
Dövriyyədən vergi ilə
müqayisədə o daha səmərəli olub, bütün mərhələlərdə əmtəə dövriyyəsini və genişlənmiş vergi
bazarını əhatə edir. Bu vergi növünün ödənmə dərəcəsi digər ilə müqayisədə daim yüksəkdir.
Ayn-ayrı istehsalçılar üçün bu verginin alıcılıq dərəcəsi nisbətən aşağıdır. Bu isə onunla izah
edilir ki, verginin qoyulması bütünlükdə əmtəə dövriyyəsini deyil, təkcə dəyərin artmasını əhatə
edir. Bundan əlavə verginin ağırlığı əmtəə dövriyyəsinin bütün mərhələləri üzrə bölüşdürülür və
bazar münasibətlərinin bütün iştirakçılan üçün şərait yaranır.
Bu isə vergiqoymanm ən sadə
forması olub bütünlükdə vergi ödəyiciləri üçün vahid vergiyiğma mexanizmi ilə
müəyyənləşdirilir. Verginin bu növünün müəyyənləşdirilməsi dövlət üçün sərfəlidir. Ona görə ki,
ondan kənarlaşmaq o qədər də asan olmur və bütünlükdə maliyyə pozuculu-
ğunun səviyyəsini
aşağı salır. Əlavə dəyər vergisi sahibkarın təsərrüfat fəaliyyətindən edilən gəlirlərini yüksəltməyə
olan maraqlarını əhəmiyyətli dərəcədə arıtırır.
Dostları ilə paylaş: