Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


Qiymət strategiyasının formalaĢdırılması



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə47/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Qiymət strategiyasının formalaĢdırılması.
Bazar münasibətləri şəraitində hər bir sahibkar, 
firma və müəssisə istehsal etdiyi və bazara çıxardığı məhsulun qiymətini sərbəst olaraq müəyyən 
edir. Bu baxımdan bazarda qiymətin əmələ gəlməsinə əsas etibarilə iki yanaşma tərzi 
mövcuddur: 
a) istehsalçılar tərəfindən bazarda qiymətlərin fərdi qaydada müəyyən edilməsi; 
b) bazarda vahid qiymətlərin formalaşdırılması. 
Birinci halda qiymətlər alıcı və satıcı arasında razılaşmalar nəticəsində müqavilə əsasında 
formalaşır ki, burada da tərəflərin maraqlan təmin edilir. İkinci halda isə alıcılar əmtəələri eyni 
qiymətə əldə edirlər. Alıcılar üçün vahid qiymətlərin tətbiqi adətən konkret əmtəə bazarının 
xüsusiyyətləri, onun texniki cəhətdən mürəkkəbliyi və qiymətlərin differensialaşdırılmasına 
çəkilən xərclərlə bağlıdır. Bazarda vahid qiymətlərin formalaşması o zaman reallışır ki, 
sahibkarlar bazarda standart məhsullar təklif edirlər. Vahid qiymətlərin mövcudluğu barədə alıcı 
xəbərdar olmaqla onu müqayisə edə bilir və məhsulu əldə edərkən heç bir problem olmadan 
qərar qəbul edir. Qiymət vasitəsilə dövlət əhalinin aztəminatlı təbəqələrinin həyat səviyyəsinə 
təsir göstərmək imkanına malikdir. Son zamanlar istehlak bazarında rəqabətin qeyri-qiymət 
faktorları da geniş yayılmağa başlamışdır. Bütün bunlarla belə ənənəvi element kimi qiymət 
rəqabət siyasətində öz mövqeyini qoruyub saxlayır, bazarın ümumi konyukturuna və 
müəssisələrin mənfəət əldə etməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir çox firmalar qiymət 
siyasətinin həyata keçirilməsində tez-tez nəzərə çarpacaq qüsurlara yol verirlər. Bunlardan 
müşahidə olunanı aşağıdakılardır: qiymətin əmələ gəlməsi istehsal xərcləri ile həddindən artıq 
bağlı olur; qiymət bazar şəraitinin dəyişməsi ilə zəif uyğunlaşdırılır; qiymət faktorundan iqtisadi 
proseslərdə marketinqin
digər elementlərilə müqayisədə zəif istifadə olunur; qiymət bazarının 
seqmentlərində baş verən proseslərlə zəif əlaqələndirilir. 
Mövzu№ 6.Sahibkarlıq fəaliyyətində marketinq. 
Plan: 
4. Marketinq anlayışı və biznesdə onun rolu. 
5. Kiçik biznesdə marketinqin vəzifələri. 
6. Marketinq tədqiqatlarının sahibkarlıqda əhəmiyyəti. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin