sahələrdə mənfəətin yüksək səviyyəsinə istiqamətlənərək və dinamik inkişaf edən obyektlərin
əlavə pul resurslarına oaln ehtiyacını təmin edərək kredit iqtisadiyyatın makro tənzimləyicisi
rolunda çıxış edir.
2.
Tədavül xərclərinə qənaət – bu funksiyanın praktiki olaraq reallaşması, bilavasitə kreditin
iqtisadi mahiyyətindən irəli gəlir və onun mənbəyi kimi sərbəstləşən maliyyə resursları çıxış
edir. Təsərrüfat subyektlərinin pul gəlirlərinin daxil olması ilə xərclənməsi arasındakı
zaman
fərqi nəinki bu resursların artıqlığını, həm də onun çatışmazlığını müəyyən edə bilir. Buna görə
də borc alanların bütün kateqoriyalar tərəfindən istifadə olunan kapitalın dövriyyəsinin
sürətləndirilməsinə kömək edən, bununla da tədavül xərclərinə qənaət edilməsinə imkan yaradan
borclardan istifadə olunması geniş yayılmışdır.
3.
Kapitalın təmərküzləĢməsinin sürətləndirilməsi – kapitalın təmərküzləşdirilməsi sosial-
iqtisadi inkişafın sabitliyinin zəruri şərti və hər bir təsərrüfat subyektlərinin isə başlıca
məqsədidir. Bu məsələnin həllində borc alınmış vəsaitlər təkrar istehsalı genişləndirmək və
bununla da əlavə mənfəət kütləsini əldə etməyə imkan verir. Əldə olunan mənfəətin bir hissəsi
borc verənlərlə hesablaşmalara yönəldilməsi zərurəti nəzərə alınarsa, belə
müəssisələrin xüsusi
vəsaitlərindən istifadə olunması ilə müqayisədə kreditdən istifadə olunması özünü daha çox
doğruldur.
4.
Əmtəə dövriyyəsinə xidmət – kredit nəğd pul kütləsinin bir hissəsini dövriyyədən sıxışdırıb
çıxartmaqla, təkcə əmtəə tədavülünün deyil, pul tədavülünün də sürətlənməsinə təsir edir.
Vekselləri, çekləri, krdit kartları tədavülə daxil etməklə, nəğd əməliyyatlar, nəğdsiz
əməliyyatlarla
əvəz olunur ki, bu da həm daxili, həm də beynəlxalq səviyyədə iqtisadi
münasibətlər müxanizmini sadələşdirir və sürətləndirir. Bu məsələnin həllində kommersiya
krediti
daha
fəal
rol
oyanyır.
5.
Elmi Texniki Tərəqqinin sürətləndirilməsi- – hazırda müasir
dövrdə ETT hər bir dövlətin
və müəssisənin iqtisadi inkişafında müəyyənedici amilə çevirilmişdir. Əksər elmi mərkəzlərin
fəaliyyəti EET-nin nailiyyətlərindən istifadə etmədən təsəvvür etmək mümkün deyil. Yeni
texnika və texnologiyanın istehsalata tətbiqi kimi innovasiya proseslərinin həyata keçirilməsi
inkidi dövrdə aktual xarakter daşıyır.
Kreditin psinsiplərinə nəzər yetirək:
1. Kreditin qaytarılması prinsipi- bu prinsip krediti digər iqtisadi kateqoriyalardan fərqləndirir.
Qaytarılmadan kredit ola bilməz, bu onun ayrılmaz cəhətidir. Bu o deməkdir ki,
borc alan
müvəqqəti istifadəyə götürdüyü vəsaitləri istifadə etdikdən sonra vaxtında kreditora qaytarır.
2. Kreditin müddətliliyi- onu qaytarmağın zəruriliyini göstərir. Bu o deməkdir ki, kredit istənilən
vaxt deyil, müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarılmalıdır. Bu prinsipin pozulması
kreditora kifayət qədər əsas verir ki, borc alana qarşı % dərəcələrini artrmaq yolu ilə borc alana
maliyyə sanksiyası tətbiq etsin, növbəti gecikdirmə zamanı isə məhkəmə qaydasında maliyyə
tələbləri irəli sürsün. Kredit vaxtında qaytarılmadıqda onun əsl mahiyyəti itir, nəticədə bu məsələ
pul tədavülünün vəziyyətinə pis təsir göstərir.
3. Kreditləşmədə fərdilik(differensiallıq)- bu o deməkdir ki, kredit verilməsi məsələsində banklar
potensial müştərilərə birmənalı yanaşmalı deyillər. Onlar ilk nöğvbədə elə təsərrüfat
subyektlərinə, elə şəxslərə kreditlər verirlər ki, onlar bu krediti vaxtında
və qaytarmaq
iqtidarında olsunlar(krediti qaytara bilsinlər). Bunun üçün banklar müştərinin balansını təhlil
edir, rentabellik səviyyəsini, təsərrrüfatdaxili imkanlarını və digər göstəriciləri tədqiq edir.
4. Kreditin təminatlılığı- borc alan tərəfindən üzərinə götürdüyü öhdəlikləri pozulduğu halda, bu
kreditorun mülki mənafelərinin qorunmasını təmin edir. Yəni bu prinsip kreditin təminatla,
zəmanətlə verilməsini əks etdirir. Bu məsələnin həllində bir sıra müqavilələr bağlanılır (misal
üçün girov qoymaq və s.).
5. Kreditin ödəncli olması prinsipi- borc alan kreditordan aldığı borca görə ona müəyyən haqq
ödəyir. Kreditdən istifadə nəticəsində əldə olunan mənfəət borc alanla kreditor arasında
bölüşdürülür. Təcrübədə bu bölgü bank %-i şəklində özünü göstərir
Dostları ilə paylaş: