stimullaşdırılması ilə əlaqədar tədbirlər sistemi əlavə edilmişdir. Bu dövrdə döv-lət, sənayenin ən
mühüm sahələrinin inkişaf etdirilməsində, istehsal və sosial infrastrukturun yaradılmasında daha
fəal iştirak etməyə başlamışdır. Bu mərhələdə «kapitalizmin qızıl əsri» adlandırılan növbəti
mərhələnin başlanması üçün zəruri maddi zəmin yaradılmışdır.
XX əsrin 50-70-ji illərində yeridilən dövlət siyasəti aşağıdakı ilkin şərtlərə əsaslanmışdır:
1.
Iqtisadiyyat xüsusi kapitalist deyil, qarışıq olmalıdır. Dövlətin iqtisadiyyata
müdaxiləsinin zəruriliyi bazarın «nöqsanlı» olması, daha dəqiq desək, onun resursları
səmə-rəli bölüşdürmək iqtidarında olmaması ilə şərtlənir. Bu nöq-sanlara ijtimai
nemətlərin və təbii inhisarların, xariji təsirin mövjudluğu, bazar haqqında
informasiyaların kifayət qə-dər tam olmaması və s. aiddir;
2.
Bazar öz-özünə sabit makroiqtisadi nətijələrə gətirib çıxarmaq iqtidarında olmadığına
görə məqsədyönlü makroiqtisadi siyasət yeridilməsi zəruridir;
3.
Bazar, öz-özlüyündə gəlirlərin bərabər bölüşdürül-məsinə gətirib çıxarmır. Ona görə də
dövlət, bir tərəfdən gəlirlərin bölüşdürülməsini tənzimləməli, digər tərəfdən isə hər hansı
bir səbəbdən gəlir mənbəyindən məhrum olan şəxsləri müdafiə etməlidir. Dövlət, həm də
təhsil və səhiyyə infrastrukturlarının inkişaf etdirilməsi qayğısına qalmalıdır.
Bu dövrdə dövlətin başlıja məqsədi tam məşğulluğu, qiymətlərin sabitliyini və tədiyə balansının
tarazlığını təmin etməkdən ibarət olmuşdur. Bu dövrdə dövlət nəinki iqtisa-di, həm də sosial
münasibətlərin tənzimlənməsinə daha geniş müdaxilə etmiş, Qərbi Avropanın bir çox ölkələrində
ümumi rifah dövləti ideologiyası (Welfare State-rifah döv-ləti) formalaşmışdır.
Keçən əsrin 50-60-jı illərində yeridilən
dövlət siyasə-tinə təhsil
, səhiyyə, mənzil tikintisi üzrə
dövlət sistemi yara-dılması, habelə sosial təminat, əmək haqqının minimum məbləğini
tənzimləmək yolu ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün proqramlar daxil
edilmişdir. Bir qədər sonralar bu proqramlara demoqrafiya və ekolo-giya, milli mədəniyyətin
müdafiəsi və sairələrlə əlaqədar proqramlar əlavə edilmişdir.
Dostları ilə paylaş: